Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fırıldaq
Dələduzluq — ən ümumi mənada aldatma məqsədilə qəsdən həyata keçirilən hərəkətdir. Dələduzluq növlərinə görə fərqlənə bilər. Arxeologiya, ədəbiyyat, daşınmaz əmlak, sənəd saxtakarlığı və s. dələduzluq növləri vardır. Aldatma , özgə əmlakını əmlak hüququnu ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair.
Fırıldaq ailəsi (teleserial, 2013)
Fırıldak Ailəsi (türk. Fırıldak Ailesi) — Türk animasiya televiziya serialıdır. Türk televiziyalarında yetkinlərə istiqamətli edilən ilk yerli cizgi filmdir. 11 fevral 2013-cü il tarixində başlamışdır. == Məzmun == Fırıldak Ailəsi bencillikleri və çıkarcılıklarıyla ön plana çıxmış bir ailədir. Ana, ata və üç uşaqdan ibarət olan Fırıldak Ailəsində; Davamlı bəlaya bulaşan Ata Sabri, tarazlıq ünsürü Ana Yıldız, tənbəl Zeki, xəyalpərəst Afet və daha yeni danışmağa başlayan balaca Tosun. Təbii bir də pərdənin arxasında nənə Dürdane var. == Personajlar == Sabri Fırıldak Ailənin rəisi. Tutduğu futbol komandası davamlı dəyişər, dəstəklədiyi partiya davamlı dəyişir. Nəbzə görə şərbət verir.
Sabri Fırıldak
Sabri Fırıldak — Fırıldak Ailesi serialının baş qəhrəmanıdır. Ailənin rəisi. Tutduğu futbol komandası davamlı dəyişər, dəstəklədiyi partiya davamlı dəyişir. Nəbzə görə şərbət verir. Şərq hiyləgəri deyilə biləcək bir quruluşu vardır. Bir çox hadisədə yanar-dönər rəftarını göstərir.
Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmə Fakültəsi
Ay fırıldağı
Ay fırıldağı — Bir qrup insan tərəfindən irəli sürülmüş bir iddiadır. Apollon Layihəsi ilə insanlığın Aya ayaq basmadığını, əslində bütün layihənin bir yalandan ibarət olduğu iddiaları ictimaiyyət də əhəmiyyətli dərəcədə tərəfdar toplamışdır. Bu iddialar tarixçilər və kosmik araşdırmaçıları tərəfindən qəbul edilmir və bu əsilsiz iddianı təsdiq edən çoxlu sayda elmi dəlillər mövcud olduğu üçün bu fakt, elmi ictimaiyyətdə şübhə doğurmur. Ay fırıldağı iddialarının ABŞ əleyhdarı olan ölkələr, toplumlar və şəxslər ilə yaxından əlaqəsi vardır. Çünki Apollon Layihəsi, Soyuq Müharibə illərində ABŞ ilə SSRİ-nin girişdiyi Kosmik yarışın bir parçası idi və ABŞ-nin qələbəsi ilə nəticələnmişdi. Xüsusilə siyasi olaraq müxalif və ABŞ xaricindəki milliyyətçi iqtidara meylli kəslər, Apollon Layihəsini ABŞ-nin qlobal təhkiminin bir simvolu olaraq görməkdədir. Bu kəslərin ABŞ əleyhdarı duyğuları, Aya insanın getməsi fikrinin gətirdiyi qeyri-mümkünlük hissiylə birləşincə Ay fırıldağı inancına səbəb olmuşdur. Ay enişlərinin saxtakarlıq olduğunu müdafiə edənlər, bu iddialarını müxtəlif konkret dəlillərlə dəstəkləməyə çalışır. Ancaq indiyə qədər iddiaların etibarlılığının qəti bir dəlili ortaya qoyulmamışdır. 2000-ci illərin sonlarından bu yana, Apollon proqramının Ay üzərindəki izləri LROC kosmik gəmisi tərəfindən yüksək keyfiyyətli fotoşəkillərlə göstərilmişdir.
Nigeriya fırıldağı
Nigeriya fırıldağı (Nigerian scam)- elektron poçtla kütləvi göndərişlərin (spamların) meydana çıxması ilə geniş inkişaf edən fırıldaqçılıq növü. Məktubların belə adlandırılmasına səbəb, bu növ fırıldaqçılığın Nigeriyada xüsusilə, həm də İnternetin geniş yayılmasından öncə adi poçtla yayılması olub. Ancaq Nigeriya fırıldağı başqa Afrika ölkələrindən, eləcə də Nigeriya diasporunun böyük olduğu şəhərlərdən də (London, Amsterdam, Madrid, Dubay kimi) gəlir. Məktubların kütləvi göndərilməsi 1980-ci illərin ortasında başlanıb. 2005-ci ildə nigeriyalı spamerlərə ədəbiyyat üzrə Anti-nobel (Ig Nobel) mükafatı təsis edilib. Belə məktublarda məktubu alanın böyük məbləğdə pul əldə etmək imkanının olduğu və bu işdə məktub göndərənin ona yardım edə biləcəyi bildirilir. Sonra məktub göndərən, guya sənədləşmə və ya bank hesabı açmaq üçün onun hesabına azacıq pul göndərilməsini xahiş edir. Fırıldaqçıların əsas məqsədi də məhz bu məbləği qoparmaqdır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qarıldaq
Qarıldaq (lat. Nycticorax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi.
Fırıldaqçı
Dələduzluq — ən ümumi mənada aldatma məqsədilə qəsdən həyata keçirilən hərəkətdir. Dələduzluq növlərinə görə fərqlənə bilər. Arxeologiya, ədəbiyyat, daşınmaz əmlak, sənəd saxtakarlığı və s. dələduzluq növləri vardır. Aldatma , özgə əmlakını əmlak hüququnu ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair.
Adi qarıldaq
Adi qarıldaq (lat. Nycticorax nycticorax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin qarıldaq cinsinə aid heyvan növü.
Parıldaq arılar
Parıldaq arılar lat. Chrysididae-Hazırda dünya faunasında 200-ə yaxın növü məlumdur (Tobias, 1978). Chrysidoidea fəsiləüstü İki fəsilədən ibarətdir: Cleptidae və Chrysididae. Birinci fəsilə Azərbaycanda qeydə alınmamışdır.Parıldaq arılar fəsiləsi – Chrysididae. Hazırda dünya faunasında 200-ə yaxın növü məlumdur (Tobias, 1978). Onlar başlıca olaraq isti ölkələrdə yayılmışdır. Dişilərin qarıncığı xaricdən görünən üç seqmentdən ibarətdir, qalan seqmentlər isə nazik hərəki boruya - yumurtaqoyana çevrilmişdir. Bədəni metal rənglərində – mavi, yaşıl, qırmızı, parlaqdır. Parlaq arılar arıkimilərin sürfələrində parazitlik edir. Onların sahiblik dairəsi genişdir və bəzən bir növ hüdudlarında çox rəngarəngdir.
Qarıldaq cinsi
Fırıldaqçı (film)
Fırıldaqçı (ing. I Care a Lot ) — satirik qara yumor triller janrında 2020-ci ildə rejissor J Bleykson tərəfindən çəkilmiş filmdir. Filmdə baş rolları Rozamund Payk, Eiza Qonzalez, Kris Messina, Dayan Uist və Piter Dinkleyc ifa etmişdirlər. Filmdəki roluna görə Payk komediya və ya musiqili filmdə ən yaxşı qadın rola görə Qızıl Qlobus Mükafatını və eyni zamanda "Qızıl Qlobus" mükafatını almışdır. Filmin dünya üzrə premyerası 12 sentyabr 2020-ci ildə Toronto Beynəlxalq Film Festivalında baş tutmuşdur.
Unutsam, fısılda
Unutsam, fısılda — ssenaristi və rejissoru Çağan İrmaq olan, 2014-cü il istehsalı türk melodram sinema filmi. Film bir-birlərindən çox fərqli 2 bacı — Xədicə və Hənifənin həyat hekayələrindən bəhs edir. Xədicə mahnı oxumaq sevgisi olan və həyatının, xəyallarının ardınca getməyə meyilli biridir. Böyük bacısı Hənifə də həyat sevgisi ilə dolu olsa da, içinə qapanıq biridir. Bir gün qəsəbəyə yeni gələn musiqiçi Tarıkın Xədicəni kəşf etməsi, aralarında başlanan böyük sevgi və Türkiyənin ulduzları olma həvəsləri onları İstanbula qədər aparır. Uzun müddətdən sonra evinə dönən Xədicə onun qayıtmasını gözləyən və keçmişdəki yaşananlar üçün hesablaşmaq istəyən, əsəbi və incik bir Hənifəni görür. Fərəh Zeynəb Abdullah - Xədicə Bülənt Düzgünoğlu - Xədicənin atası Xülya Gülşən - Xədicənin anası Kərəm Bursin - gənc Ərhan Köksal Əngür - yaşlı Ərhan Gözdə Çığacı - gənc Hənifə İşıl Yücəsoy - yaşlı Hənifə Məhməd Günsür - Tarik Lalə Başar - Tarikin anası Rəha Özcan - Ərhanın atası Hümeyra - Aypəri Gürkan Uyqun - Kəmal Jalə Aylanç - Handənin anası Meriç Aral - Mədiha Gümeç Alpay - Handə 47. Sinema Yazarları Dərnəyi Mükafatları Ən yaxşı aktrisa performansı (Fərəh Zeynəb Abdullah) - namizəd Ən yaxşı köməkçi kadın aktrisa performansı (Hümeyra) - namizəd Ən yaxşı musiqi Ən yaxşı sənət rejissoru (Soydan Quş) 20. Sədri Alişıq Teatr və Sinema Aktyor Mükafatları İlin ən uğurlu aktrisası (Fərəh Zeynəb Abdullah) - namizəd Köməkçi rolda ilin ən uğurlu aktrisası (İşıl Yücəsoy) - namizəd 22.
Fırıldaqçı (film, 1981)
Fırıldaqçı — Kəmal Sunal, Ülkü Özen, Ali Şen, Turgut Özatay, Reha Yurdakul, Nizam Ergüdenin rol aldığı Türkiyə filmi. == Süjet == Rıfkı (Kemal Sunal) mərhum atasının malını satmaq üçün Almaniyadan kəndinə qayıdır. Kəndə çatdıqda sonra Rıfkı yağış üçün dua edən kəndlilərə yarım saatda yağış yağdırır. Evdə qalan yaşlı qadınların taleyini açır. O, şikəstləri üfürərək ayağa qaldırır. Bu arada bəzi mənfəətpərəstlər Rıfkını kəndin bələdiyyə sədri seçkisinə qatılmasını istəyir. Başqa bir bələdiyyə namizədi Rıfkıya seçkiyə qatılmaması üçün rüşvət verir. Rıfkı seçkilərdə qazanır və kənddə olan bir çox problemləri həll edir.
Unutsam, fısılda (film, 2014)
Unutsam, fısılda — ssenaristi və rejissoru Çağan İrmaq olan, 2014-cü il istehsalı türk melodram sinema filmi. Film bir-birlərindən çox fərqli 2 bacı — Xədicə və Hənifənin həyat hekayələrindən bəhs edir. Xədicə mahnı oxumaq sevgisi olan və həyatının, xəyallarının ardınca getməyə meyilli biridir. Böyük bacısı Hənifə də həyat sevgisi ilə dolu olsa da, içinə qapanıq biridir. Bir gün qəsəbəyə yeni gələn musiqiçi Tarıkın Xədicəni kəşf etməsi, aralarında başlanan böyük sevgi və Türkiyənin ulduzları olma həvəsləri onları İstanbula qədər aparır. Uzun müddətdən sonra evinə dönən Xədicə onun qayıtmasını gözləyən və keçmişdəki yaşananlar üçün hesablaşmaq istəyən, əsəbi və incik bir Hənifəni görür. Fərəh Zeynəb Abdullah - Xədicə Bülənt Düzgünoğlu - Xədicənin atası Xülya Gülşən - Xədicənin anası Kərəm Bursin - gənc Ərhan Köksal Əngür - yaşlı Ərhan Gözdə Çığacı - gənc Hənifə İşıl Yücəsoy - yaşlı Hənifə Məhməd Günsür - Tarik Lalə Başar - Tarikin anası Rəha Özcan - Ərhanın atası Hümeyra - Aypəri Gürkan Uyqun - Kəmal Jalə Aylanç - Handənin anası Meriç Aral - Mədiha Gümeç Alpay - Handə 47. Sinema Yazarları Dərnəyi Mükafatları Ən yaxşı aktrisa performansı (Fərəh Zeynəb Abdullah) - namizəd Ən yaxşı köməkçi kadın aktrisa performansı (Hümeyra) - namizəd Ən yaxşı musiqi Ən yaxşı sənət rejissoru (Soydan Quş) 20. Sədri Alişıq Teatr və Sinema Aktyor Mükafatları İlin ən uğurlu aktrisası (Fərəh Zeynəb Abdullah) - namizəd Köməkçi rolda ilin ən uğurlu aktrisası (İşıl Yücəsoy) - namizəd 22.
Qızıldağ
Qızıldağ (Azərbaycan) — Şahbuz rayonu ərazisində dağ (hünd. 1319,1 m).
Diridağ
Diridağ (Cəbrayıl) — Cəbrayıl rayonu ərazisində dağ. Diridağ (Ordubad) — Ordubad rayonu ərazisində dağ.
Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir (kitab)
Qızıldağ (Azərbaycan)
Qızıldağ — Şahbuz rayonu ərazisində dağ (hünd. 1319,1 m). Naxçıvançayla Cəhriçayın suayırıcısında, Cəhri kəndindən 2,5 km şimal-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin maili yatımlı terrigen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid eyniadlı ikinci dərəcəli maili sinklinalın nüvə hissəsində yerləşir. Zirvə hissəsindən şimal-qərbə istiqamətlənmiş fay, cənub-qərb yamacından isə Naxçıvan dərinlik qırılması keçir.
Qızıldağ (Çaroymaq)
Qızıldağ (fars. قزل داغ‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə kənddə 197 nəfər yaşayır (43 ailə).
Diridağ (Cəbrayıl)
Diridağ — Cəbrayıl rayonu ərazisində dağ. == Haqqında == Diridağ kəndi - Araz çayının sahilindədir. Dağda Diri kəndinin və qalasının xarabalıqları qalır. Yerli əhalinin məlumatına görə, XVIII-XIX əsrlərdə Diri kəndinin əhalisi Cənubi Azərbaycanın Qaradağ mahalına köçmüşdür. Lakin sonralar onların bir qismi geri qayıdaraq indiki Zəngilan rayonu ərazisində Dirili adlı yaşayış məntəqəsinin əsasını qoymuşdur. Hazırda həmin kənd Muğanlı kəndinə birləşmişdir. Tədqiqatçıların fikrincə, toponim özündə Qafqaz Albaniyasında erkən orta əsrlərdə mövcud olmuş Tri əyalətinin və eyniadlı qalanın, yaxud monastırın adını əks etdirir. Zəngilan rayonunda, Oxçu çayının Araza töküldüyü yerdə Tiri adlı qala var. Sonralar burada salınmış kənd də qalanın adı ilə adlandırılmışdır. XIX əsrə aid mənbələrdə həmin kənd Diri kimi qeydə alınmıĢdır.
Diridağ (Ordubad)
Diridağ — Ordubad rayonu ərazisində dağ (hünd. 2528,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Azərməsçid aşırımından (3474,7 m) cənub-qərbə ayrılan Uçurdağ qolunda zirvə Vənəndçayın sol sahilində, Pəzməri kəndindən 1,5 km cənub-şərqdədir. Mehri-Ordubad batolitinin Orta Eosen yaşlı qabbro-qranit formasiyasına aid qranodiorit və adamellitlərdən təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb qanadında yerləşir.
Qırmızıdağ-1 (Qızıldağ)
Qırmızıdağ - Babək rayonu ərazisində dağ (hünd. 1004,2 m). Naxçıvan dağarası çökəkliyinin cənub-şərq qurtaracağındakı Nehrəm platosunun cənub-qərb kənarında zirvə. Nehrəm kəndindən 4,5 km cənub-şərqdədir. Orta Miosenin Tarxan regiomərtəbəsinin alt hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen süxurlarından təşkil olunmuş günbəzvari sıldırım yamaclı yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cavan çöküntüləri ilə örtülmüş Culfa qalxımının şimal-şərq qanadında yerləşir.
Qızıldağ-i Kürd (Maku)
Qızıldağ-i Kürd (fars. قزل داغ كرد‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 838 nəfər yaşayır (141 ailə).
Qızıldağ-i Əcəm (Maku)
Qızıldağ-i Əcəm (fars. قزل داغ عجم‎ ‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 359 nəfər yaşayır (79 ailə).