Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cərrahlıq
Cərrahiyyə (cərrahlıq) — xəstəliklərin açıq cərrahi üsulları ilə müalicəsi, habelə tibb elminin xəstəliklərin əməliyyat yolu ilə müalicə üsullarından bəhs edən şöbəsi. == Etimologiya == Bəzi dilçilər "cərrah" sözünün ərəb dilindən gəldiyini və ərəbcə "cırma, yırtma, kəsmə" anlamına gəldiyini yazır. Ancaq "cır- / yar- / yırt-" kökü bütün türk dillərində də mövcuddur. == Tarix == Azərbaycanda kliniki cərrahiyyənin ilk inkişaf tarixi Bakı Universitetinin və onun tibb fakültəsinin yaradılması (1920) ilə əlaqədardır. Universitetin təşkilində böyük əməyi olan professor V. İ. Razumovski Rusiyanın görkəmli klinisist cərrahı idi. Təhsil ocağına ilk tələbə qəbulu 25–30 nəfər olmuşdu. Cərrahiyyə üzrə təhsil isə 1922–1923-cü illərdə başlamışdır. Həmin dövrdə milli kadrlar olmadığından yaradılmış cərrahiyyə kafedralarının müdirləri Rusiyadan dəvət olunmuşdular (professorlar Okinşeviç, B. Finkelşteyn və s). Hospital cərrahiyyəsi kafedrasında (müdiri B. Finkelşteyn) birinci assistent azərbaycanlı M. Mirqasımov olmuşdur. İlk illər universitetin kliniki bazalarının yararsızlığı və eləcə də peşəkar cərrah kadrlarının azlığı geniş cərrahi xidmətin yaradılmasına imkan verməmişdir.