FƏRRAŞ

is. [ ər. ] köhn. Müxtəlif tapşırıqları yerinə yetirən xidmətçi.
[Şah xacəyə:] Bu saat fərraşı göndər, münəccimbaşını mənim hüzuruma gətirsin. M.F.Axundzadə.
Şah qəzəblə çağırdı fərraşın; Dedi: – Al tiği, kəs bunun başın. S.Ə.Şirvani.

FƏRMAYİŞ
FƏRRAŞBAŞI
OBASTAN VİKİ
Fərraş
Fərraş — Azərbaycan Respublikasının Laçın rayonu Fərraş kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Fərraş kəndi Vaqazin kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Fərraş kənd Soveti yaradılmışdır. Kənd 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrdə Zəngəzur qəzasında maldarlıqla məşğul olmuş sarallı tayfasına məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçılar bu oykonimi Fərraş şəxs adı və ya orta əsrlərdə saray xidmətçisi vəzifəsi ilə əlaqələndirirlər. Əslində, faraş sözü Azərbaycan dilinin qərb qrupu dialektlərində heyvanlara və bitkilərə aid olub "tez böyüyən, iriləşən, vaxtından əvvəl yetişən" mənasında işlənir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir. == Əhalisi == 2006-cı ilin statistikasına görə kəndin əhali sayı 250 nəfər olmuşdur. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.

Значение слова в других словарях

ветря́нка допра́шивать загуще́ние книгодержа́тель кре́пко обмета́ть рудоко́п третье... авиапассажи́р зачёсываться ме́жду жизнью и смертью отку́поривать покре́пче черепа́хой ворс речетать сопули augmentation camstone chamber-deacon imperviable pop-shop skilful промышлять чистилище