Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fideizm
Fideizm (fr. fideisme, lat. fides - etiqad, inam) — elmi dinə tabe etməyə, elmi biliklərdən dini ehkamların müdafiəsində istifadəyə çalışan təlim. Əsasında belə fikir durur ki, elm yalnız hadisələr, faktlar haqqında, törəmə (fiziki) səbəblər haqqında bilik verir. Lakin ilkin (fövqəltəbii) səbəbləri aşkara çıxarmağa, varlığın daha dərin mənbələrini izah etməyə qadir deyil. Fideistlər bildirirlər ki, elmi idrak həqiqəti axıra qədər aça bilməz, onların fikrincə əsasən din dünya binasının mövcudluğu və qayəsi prinsiplərinə həqiqi izah verir, insan həyatına məna və məzmun gətirir, elm isə bunun həyata keçirilməsi üçün yalnız müəyyən vasitələr verir. Əslində, istər elm, istərsə də fəlsəfə yalnız insan şüurunun çərçivəsində hərəkət edə bilir və insan şüurunun imkanlarından kənarda olan məsələləri izah etməkdə çətinlik çəkir. Belə hallarda yalnız din köməyə gəlir və bu cür qaranlıq məsələlərin izahında yol göstərir.
Dudeizm
Dudeizm — internetdə yayılmış din. "Böyük Lebovski" filminin baş qəhrəmanı, 1998-ci ildə Koenin qardaşları tərəfindən çəkilmiş, əsas təlimləri fəlsəfəyə və "Oğlanın" uydurulmuş personajının həyat prinsiplərinə uyğundur. Dinin banisi — Tay əsilli Los-Ancelesli jurnalist Oliver Bencamindir.
Fiksizm
Fiksizm- (rus. фиксизм, ing. fixism) /lat. fixus-bərk, sərt, sabit/- şaquli istiqamətli tek¬tonik hərəkətlərin həlledici ro¬luna və qitələrin vəziyyətinin sabit¬liyi haqqında təsəvvürlərə əsas¬lanan, tektonik fərziyyələr qrupu. Mo¬bilizmin əksinə olaraq F. ma¬teriklərin üfqi istiqamətdə böyük yerd-əyişmələrini inkar edir. F. XX əsrin 60-cı illərinə qədər tekto-nika¬da əsas istiqamət olmuşdur.
Liderizm
Rus siyasi termini olan liderizm (rus. вождизм, vojdizm; ing. leaderism) "bir şəxsin qüsursuz və mübahisəsiz lider kimi təsdiqlənməsinə istiqamətlənmiş siyasət" anlamına gəlir. Vojdizm əsasən totalitar və avtoritar rejimin hökm sürdüyü ölkələrdə geniş yayılmışdır. Aristotelin "Siyasət" əsərində də qeyd olunmuş qədim Yunan tiranlığı liderizmin başlanğıc forması olmuşdur. Liderizmin formalarına İtalyan faşizmi, Führerprinzip, Stalinizm, Maoizm və Çuçxe daxildir. Nikolay Berdyayevə görə Leninizm də liderizmin yeni formalarından birini təmsil etmişdir. Müasir Rus yazıçılarına görə bir çox İslam liderləri və eyni zamanda Mixail Saakaşvili və Vladimir Putin rejimləri liderist cəmiyyətləri təmsil edirlər.
Deizm
Deizm (lat. deus — Tanrı) — Tanrının mövcudluğunu və kainatın onun tərəfindən yaradıldığını bəyan edən, lakin Tanrının insanlara və təbiətə müdaxiləsini, dinlərin Tanrı tərəfindən yaradılmasını inkar edən təlimdir. Bir çox deistlər fikirləşirlər ki, Tanrı kainatı yaratdıqdan sonra heç bir hadisələrə qarışmayıb. Digər deistlər isə fikirləşirlər ki, Tanrı hələ də hadisələrə müdaxilə edir, lakin onu bütövlükdə idarə etmir. Deizm kainatın bir Tanrı tərəfindən yaradıldığı fikrini irəli sürən fəlsəfi təlimdir. Bununla belə, deizmdə Tanrının təbiətə müdaxilə etməsi, insanlara doğru yol göstərəcək dinlər, müqəddəs kitablar və peyğəmbərlər göndərməsi kimi düşüncə və inanclara yer yoxdur. Deizm bütün dini doqmaları inkar edərək, Tanrının ağıl və məntiq yolu ilə qavranıla biləcəyini, bunun üçün heç bir dinə gərək olmadığını söyləyir. Deizmə görə bütün İbrahimi və ənənəvi dinlər hər hansı bir məqsədlə insanlar tərəfindən uydurulmuş və insanlığın yetərli savada və azad düşüncə haqlarına sahib olmaması səbəbilə ətrafına çox sayda təqibçi yığmışdır. Deizm təklif edir ki, düşüncə, məntiq və təbiəti müşahidə Tanrını və onun iradəsini qavramağın yeganə yoludur. Deizm insan düşüncəsini və azadlığını yüksək qiymətləndirir.