Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Corc Foreman
Corc Foreman (10 yanvar 1949, Marşall[d], Texas) — istefaya çıxmış ABŞ professional boksçusu, iki dəfəlik Dünya Ağır Çempionu, Olimpiya qızıl medalisti. Ring jurnalı tərəfindən bütün zamanların ən böyük 25 döyüşçüsündən biri seçildi. Mexikoda keçirilən 1968-cı il Yay Olimpiadalarında ağır çəkidə qızıl medal qazanmışdır. Peşəkar kariyesinde cəmi 81 dəfə yarışmış, 76 döyüşü udmuşdur, bunlardan 68-i nakault ilə nəticələnmişdir. 5 dəfə məğlub olmuşdur. Corc Foreman indi uğurlu iş adamıdır.
Aqreman
Aqrement (fr. agrément — təsdiqləmə, razılaşma) — qəbul edən ölkənin hökumətinin müəyyən şəxsi diplomatik nümayəndəliyin başçısı qismində təyinatına razılıq. == Normativ baza == Aqreman razılığı 18 aprel 1961-ci il tarixli "Diplomatik münasibətlər haqqında Vyana Konvensiyası" ilə tənzimlənir. == Ümumi qaydaları == Aqreman sorğusunun edilməsi faktının açıqlanmasına yol verilmir. Çünki sorğuya rədd cavabının aşkarlığı iki ölkə arasında münasibətlərin gərginləşməsinə gətirib çıxara bilər. Əksər hallarda bu razılıq alınır. Lakin qəbul edən dövlətin hökuməti təklif olunan şəxsin qeyri-məqbul olduğunu hesab etsə, rədd cavabı verilə bilər. Bir qayda olaraq, qəbuledilməmə haqda rəsmi eyham da namizəd üzrə təklifin geri çağırılması üçün kifayətdir. Vyana konvensiyası dövlətin aqremandan izahat vermədən imtina etmək hüququnu saxlayır. Razılıq alındıqda namizəd persona qrata, əks hal baş verdikdə persona non qrata kimi qəbul edilir.
Biregan
Birgan, Bireqan, və ya Biregan — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Kuhrəng şəhristanının Mərkəzi bəxşində şəhər.Əhalisinin əksəriyyəti bəxtiyari elinin Həftləng qolundan ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
Bireqan
Birgan, Bireqan, və ya Biregan — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Kuhrəng şəhristanının Mərkəzi bəxşində şəhər.Əhalisinin əksəriyyəti bəxtiyari elinin Həftləng qolundan ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
Firuzan
Firuzan — İranın Həmədan ostanının Nahavənd şəhristanının Xəzəl bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,054 nəfər və ya 1,069 ailədən ibarət idi.
Fəriman
Fəriman — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Fəriman şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 32,610 nəfər və 8,203 ailədən ibarət idi.
Girdman
Girdman —VII əsrin əvvəllərindən Qafqaz Albaniyasının birinci böyük knyazları olan Mehranilər sülaləsinin biri irsi mülkü. Bu vilayətin lokallaşdırılması ilə bağlı üç nəzəriyyə mövcuddur. Bəziləri onun Ağsu - Girdman çayları rayonunda (İ.Əliyev, F.Osmanov), digərləri müasir Qazax rayonu ərazisində (S.T.Yeremyan), üçüncü qrup isə Yerevançay hövzəsi ətrafında və müasir Gədəbəy rayonu ərazisində (Z.M.Bünyadov) yerləşdiyini iddia edirlər. Fəridə Məmmədova isə Girdman vilayətinin Albaniyanın şimal-qərbində, Kürün sağ sahilində, erməni və gürcü torpaqları ilə sərhəddə yerləşdiyini bildirir. Favstos Buzandın yazdığına görə, Girdman, Arsaq və Uti birlikdə 387-ci ilə qədər indiki Azərbaycan ərazisinin qərbində olmuşdur. Albaniyanın tarixi gerçəkliklərinin öyrənilməsi göstərmişdir ki, Girdman heç vaxt Ermənistana daxil olmamışdır. Mehranilər bu ərazilərdə Girdman qalasını, Mehrəvan şəhərini və çoxlu məbədlər inşa etdirmişlər. VII əsrin əvvəllərində Albaniyanın Girdiman vilayətində Girdiman knyazlığı yaranmışdır.
Direjan
Direjan (kürd. Dirêjan) — Türkiyənin şərq və cənub-şərq regionlarında, həmçinin İranda yaşayan kürd tayfası. == Etimologiya == Direjan tayfasının adı həmçinin, Dirican, Dirijan və Dirican kimi qeyd edilir. Bir nəzəriyyəyə görə, tayfanın adı türkcədəki "diri" və farscadakı "can" sözlərindən formalaşmışdır, "güclü və qüvvətli" deməkdir. Başqa bir nəzəriyyəyə görə, bu ad kürd dilinin kurmanci dialektində "uzun" mənasında olan "direj" və "uzunboylu insanlar" mənasında olan "direjbun" sözləri ilə əlaqədardır. == Məskunlaşma == İndiki dövrdə Malatya və rayonlarından başqa, müxtəlif şəhərlərlə yanaşı, Sivas, Elazığ, Adıyaman vilayətlərində də məskunlaşıblar. Tayfanın əksəriyyəti Malatya vilayətində yaşayır. Osmanlı imperiyası dövründə onlar Anadolunun şərqi, cənub-şərqi, mərkəzi hissələrində, qismən Qara dəniz regionunda yaşamışlar. Osmanlı dövründə səpələndikləri regionlarda şəraitə görə heyvandarlıq həyat tərzindən ayrılaraq müxtəlif ərazilərə üz tutmuşdular. == İstinadlar == == Əlavə ədəbiyyat == Akın, Fatma.
Birema
Birema (qədim yunanca Βιήρης, lat. Birēmis))- finikiyalılar tərəfindən kəşf edildiyi güman edilən qədim döyüş gəmisi. Finikiyalılar biremalardan e.ə. VIII əsrin əvvəli, yunanlar isə e.ə. VIII əsrin sonlarında istifadə etməyə başlamışlar. Hər bir hərbi gəminin sağ və sol tərəflərində iki sıra avar olduğundan, onları birema adlandırırdılar. Birema taranla da təchiz edilirdi. Böyük döyüş qalasına və düşmən gəmisinin gövdəsini dağıtmaq üçün böyük bloka malik ola bilərdi. Biremanın uzunluğu adətən 30–38 m, su tutumu 60–100 ton təşkil edirdi. == Tarixi == Biremalar pentekonterlərin inkişafı nəticəsində yaranmış və daha sonra, triyeralara çevrilmişdilər.
Fərman
Fərman, hökümdarın möhürünü daşıyan yazılı əmir. Farsca buyurmaq, əmr etmək mənasına gələn fərman ( fars. فرمان‎ ) sözündən yaranmışdır. Elxanilər, Qızıl Orda və Kırım xanlığında yarlıq sözü, Qaraqoyunlu ilə Ağqoyunlularda sözümüz, Böyük Səlcuq, Anadolu Səlcuqlularında pərvanə, Məmlüklərdə mevkii sözü işlədilməkdə idi.
Kirman
Kirman şəhəri — İranın cənub-şərqində yerləşən şəhər. Kirman ostanının mərkəzi. 515 114 nəfər əhalisi var.
Firma
Şirkət və ya Firma — iki və daha çox fiziki şəxs yaxud hüquqi şəxsin mülkiyyətdən istifadə etməklə, məhsul istehsalı və satışından və ya xidmət göstərilməsində sistematik olaraq gəlir əldə edən hüquqi şəxs
Aleksandr Fridman
Aleksandr Aleksandroviç Fridman (rus. Алекса́ндр Алекса́ндрович Фри́дман) (16 iyun 1888, Sankt-Peterburq — 16 sentyabr 1925, Leninqrad) — rus və sovet riyaziyyatçısı, fiziki və coğrafiyaşünası, qeyri-stasionar kainat nəzəriyyəsinin banisi. == Əsərləri == Frenkel’ V. Ya. "Aleksandr Aleksandrovich Fridman (Friedmann): a biographical essay". Sov. Phys. Usp. 31 (7): 645–665 (1988) Фридман А. А. О кривизне пространства. Z. Phys. 10 (1922), pp.
Faraman (En)
Faraman (fr. Faramans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Meksimyo kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01198. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 390 km cənub-şərqində, Lion şəhərindən 28 km şimal-şərqdə və Burk-an-Bres şəhərindən 35 km cənubda yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 681 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 475 nəfər (15-64 yaş) arasında 373 nəfər iqtisadi cəhətdən, 102 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78.5%, 1999-cu ildə 75.4%). 373 aktiv sakindən 358 nəfər (202 kişi və 156 qadın), 15 nəfəri işsizdir (7 kişi və 8 qadın).
Faraman (İzer)
Faraman (fr. Faramans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kot-Sent-Andre kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38161. Kommunanın 1999-cu il üçün əhalisi 734 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 342 ilə 444 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Fersman adası
Fersman adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. == Yerləşməsi == Arxipelaqın mərkəzində, Heys adasının şimal-şərq quaracağından 800 m şimalda yerləşir. Ermak boğazı akvatoriyasına daxildir. == Təsviri == Ada uzunsov formaya malikdir. Uzunluğu 1.7 km, eni isə 800 metrdir. Yayda buzdan azad olur. Adada yerləşən maksimal hündürlük 46 metrdir. Digər əraziləri daşlı sahələrlə örtülüdür. Ada SSRİ geokimyaçısı Aleksadr Fresmanın şərəfinə adlandırılmışdır..
Firavan Əsgərov
Fəriman şəhristanı
Fəriman şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Fəriman şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 86,428 nəfər və 20,925 ailədən ibarət idi.
Milton Fridman
Milton Fridmen (ing. Milton Friedman; 31 iyul 1912[…], Bruklin, Nyu-York ştatı – 16 noyabr 2006[…], San-Fransisko, Kaliforniya[…]) — amerikalı iqtisadçı, monetarizm nəzəriyyəsinin yaradıcısı. 1976-cı ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Milton Fridmen 31 iyul 1912-ci ildə Nyu Yorkda Avstriya-Macarıstan İmperiyasından yeni köçmüş bir yəhudi ailənin oğlu kimi anadan olub. Fridmen uşaq olarkən ailəsi Nyu Cersiyə köçdü. Fridmen burada 16 yaşında olarkən 1928-ci ildə məktəb-liseydən məzun oldu. 1932-ci ildə Ratqers Universitetinin riyaziyyat bölməsindən məzun olaraq diplom aldı. ABŞ-də baş verən iqtisadi böhran dövründə məzun olmuşdu. Fridmenin iqtisadi düşüncəsinin formalaşmasında ilk əvvəl bu böhran, sonra isə universitetdəki müəllimlər rol oynamışdı. Çikaqo Universitetində iqtisadiyyat üzrə magistr təhsili aldı və burada olan məşhur iqtisadçılardan, Ceykob Viner, Frenk Nayt və Henri Simonsdan təsirləndi.
II Farsman
II Cəsur Farsman (gürc. ფარსმან II ქველი) — İberiyanın Farnavazianlar sülaləsindən olan hökmdarı, Roma imperatoru Adrianın müasiridir. Professor Kiril Tumanovun axtarışlarına görə Parsman 117-138-ci illər arasındakı dövrdə hökmranlıq etmişdir.
I Farsman
I Böyük Farsman (gürc. ფარსმან I დიდი) — II Farnavazın qız nəvəsi idi. II Arşak erməni-gürcü ordusu ilə məğlub edib hökmdar olmuşdu. 35-ci ildə isə Ermənistanın özünü işğal etdi. Qardaşı Mihrdatı Ermənistana vali qoyaraq özü İberiyada çarlıq taxtına oturan Parazman Roma ilə yaxınlaşdı. IV Tiqranın qızı ilə evlənən Parazmanın 3 övladı var idi. İkinci oğlu Radamist 51-ci ildə əmisi Mihrdatı devirərək Ermənistan çarı olmuşdu. I Trdat tərəfindən devriləndən sonra atasının yanına qayıtsa da buna görə edam edildi. Parazman 58-ci ildə oğlu I Mitridat ilə əvəz olundu.
Robert Kirkman
Robert Kirkman (30 noyabr 1978[…], Leksinqton, Kentukki) — amerikalı komiksçi, ssenarist və prodüser. O, "Gəzən ölülər" və "Invincible" komikslərinin və "Fear the Walking Dead" teleserialının yaradıcısıdır. Robert həmçinin Marvel Comics-in məhdud buraxılışı olan "Marvel Zombies"in müəllifir. O, 2010-cu ildə Skybound Entertainment şirkətinin əsasını qoymuşdur. Robert Kirkman 30 noyabr 1978-ci ildə Kentukki ştatının Leksinqton şəhərində doğulub. O, ştatın digər şəhəri olan Sintianada böyümüşdür. Kirkman zombi filmlərinin və oyunlarının pərəstişkarıdır. Onun sevdikləri arasında "Yaşayan ölülərin gecəsi" və "Zombi 2" filmləri və "Resident Evil" oyun seriyası var.
Cerom Fridman
Cerom İsak Fridman (28 mart 1930[…], Çikaqo, İllinoys) — amerikalı fizik. O, Massaçusets Texnologiya İnstitutunda professor və fizika üzrə fəxri professordur. Henri Kendall və Riçard Teylor ilə birlikdə 1990-cı ildə "hissəciklər fizikasında kvark modelinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən elektronların protonlar və bağlı neytronlar üzərində dərin qeyri-elastik səpilməsi ilə bağlı qabaqcıl tədqiqatlarına" görə Fizika üzrə Nobel mükafatını qazandı. Fridman Atom Alimləri BülleteniSponsorlar Şurasında oturur. == Həyatı və karyerası == İllinoys ştatının Çikaqo şəhərində Lillian (née Varşava) və tikiş maşını satıcısı Seliq Fridmanın ailəsində anadan olan Fridmanın yəhudi valideynləri Rusiyadan ABŞ-yə mühacirət ediblər. İncəsənət sahsəsində yüksək nəticələr göstərən Cerom Fridman , Albert Eynşteynin nisbilik nəzəriyyəsi haqqında yazdığı kitabını oxuduqdan sonra fizika ilə maraqlanmağa başladı. Çikaqo Universitetində fizika üzrə təhsil almaq üçün Çikaqo İncəsənət İnstitutundan təqaüd almaqdan imtina etdi. Orada təhsil alarkən o, Enriko Ferminin rəhbərliyi altında çalışıb, 1956-cı ildə fizika üzrə fəlsəfə doktoru dərəcəsini alır. 1960-cı ildə Massaçusets Texnologiya İnstitutunun fizika fakültəsinə daxil olub. 1968–69-cu illərdə o, Stanford Xətti Sürətləndirici Mərkəzində Henri Kendall və Riçard Teylor ilə təcrübələr aparır və protonların daxili quruluşa malik olduğuna dair ilk eksperimental sübutu verən bu təcrübələr sonradan kvarklar olaraq bilinir.
Daniel Fridman
Deniyl Friedman (ivr. ‏דניאל פרידמן‎‏‎; 17 aprel 1936, Britaniya Fələstini) — Təl-Əviv Universitetinin Hüquq Fakültəsinin keçmiş professoru və dekanıdır. 2007-2009-cu illərdə o zamankı baş nazir Ehud Olmert tərəfindən təyin edilmiş İsrailin ədliyyə naziri vəzifəsini icra etdi. 7 fevral 2007-ci ildə Tzipi Livninin ardından and içdi. 2009-cu ildə Yaakov Nemanın yerinə gəldi.
Fərman Abdullayev
Fərman Şəkili (4 noyabr 1954, Nuxa – 5 mart 2013, Bakı) — Azərbaycan aktyoru, rejissor, ssenari müəllifi. == Həyatı == Fərman Abdulcabbar oğlu Abdullayev (Şəkili) 4 noyabr 1954-cü ildə Şəkidə anadan olub. Şəki Aktyorluq Məktəbində, Gürcüstanda Mixail Tumanişvilinin aktyorluq kursunda təhsil alıb. 1975-ci ildən peşəkar səhnədədir. Şəki Dövlət Teatrında çalışıb. Quruluş verdiyi tamaşalar beynəlxalq festivallarda mükafatlara layiq görülüb. "Dahi" adlı pantomim pyesin müəllifidir. Azərbaycanda klounada sənətinin yaradıcısı olmuşdur. Azərbaycanın tanınmış aktyoru Fərman Abdullayev (Şəkili) uzun sürən ağır xəstəlikdən 5 mart 2013-cü ildə 58 yaşında vəfat etmişdir.. == Filmoqrafiya == Aşkarsızlıq şəraitində… (film, 1986) Boş yer (film, 1989) Zirzəmi (film, 1990) "Fransız" (film, 1995) Həm ziyarət, həm ticarət...
Fərəcan
Aşağı Fərəcan
İrəvan
İrəvan (erm. Երևան, BFƏ: jɛɾɛˈvɑn) — indiki Ermənistan Respublikasının paytaxtı və ən böyük şəhəri. Qərbi Azərbaycanın mədəniyyət mərkəzi olmuşdur. Ermənistan və dünyanın ən qədim davamlı məskunlaşan şəhərlərindən biridir. Razdan çayı boyunca yerləşən İrəvan ölkənin inzibati, mədəni və sənaye mərkəzidir. 1918-ci ildən Ermənistan tarixində on dördüncü və Ararat düzənliyində və ya onun ətrafında yerləşən yeddinci paytaxtdır. Şəhər həm də Erməni Apostol Kilsəsinin ən böyük yeparxiyası və dünyanın ən qədim yeparxiyalarından biri olan Araratian Papa Yeparxiyasının iqamətgahı kimi xidmət edir. İrəvanın tarixi eramızdan əvvəl 8-ci əsrə, eramızdan əvvəl 782-ci ildə Urartu kralı I Argişti tərəfindən Ararat düzənliyinin qərb kənarında Erebuni qalasının əsasının qoyulması ilə başlayır. Erebuni "böyük bir inzibati və dini mərkəz, tam kral paytaxtı kimi nəzərdə tutulmuşdu". Mərhum qədim Erməni Krallığı dövründə yeni paytaxt şəhərlər yaradıldı və İrəvanın əhəmiyyəti azaldı.
Firədun İbrahimov