Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Formalizm
Formalizm (←lat. forma) sözünün mənası: Formalizm — (burjua formalizmi adlanır) SSRİ-də, əsasən 1930–1950-ci illərdə istifadə olunan ideoloji sözdür. Sənətdə bütöv cərəyanlara qarşı ideoloji mübarizəyə və onun ayrı-ayrı nümayəndələrinin təqibinə əsaslanır. Partiya rəhbərliyinə kifayət qədər sədaqət ifadə etməyən xarici müəlliflər və sovet rəssamları, yazıçıları və musiqiçiləri adətən formalizmdə ittiham olunurdular. Formalizm (sənət) — Qərb incəsənət nəzəriyyəsində sonralar sovet klişesinin əsasına çevrilmiş bir konsepsiya üçün bir termindir. Rus formalizmi sovet ədəbiyyatşünaslığında cərəyandır. Formalizm (riyaziyyat) — riyaziyyat fəlsəfəsində fundamentalist cərəyanlardan biridir. "Formalizm" — formal sistem və hətta sadəcə qeydlər sistemidir (həmçinin nəzəri fizikada, informatikada və s.). Formalizm (etika) — əxlaqi problemlərin məzmununun təhlilindən etik sistemin formal məqamlarının üstünlük təşkil etdiyi prinsipdir. Formalizm — hüququn, hüquq mədəniyyətinin deformasiyasının formasıdır.
Normanizm
Norman nəzəriyyəsi və ya normanizm — tarixşünaslıqda varyaqları Kiyev Rus dövlətinin yaradıcıları hesab edən istiqamət. == Tarixi və arqumentləri == Nəzəriyyə XVIII əsrin ikinci rübündə Peterburq Elmlər Akademiyasında işləyən alman alimlər irəli sürmüşdür. Onlar "Ömənillərin basmanı"nda varyaq knyazlarının dəvət olunması haqqındakı hekayəsi əsas götürmüşdülər. XVIII–XIX əsr Çar Rusiyası tarixşünaslığında (N. M. Karamzin və b.) Norman nəzəriyyəsi Kiyev Rus dövlətinin mənşəyi barədə rəsmi fikir xarakteri almışdır. XX əsrin 20-ci illərindən etibarən Norman nəzəriyyəsi Qərb tarixşünaslığınıb tərkib hissəsi olmuşdur. == Tənqidi == Sovet tarixşünaslığında Norman nəzəriyyəsinin hərtərəfli tənqidi verilmişdir. Onlara görə, Norman nəzəriyyəsinin siyasi mahiyyəti qədim slavyanları müstəqil dövlət yaratmağa qadir olmayan xalq, normanları (varyaqları) isə qədimdən başlayaraq Rusiyanın inkişafına təsir göstərən qüvvə kimi qələmə verməkdən ibarət idi. Hələ XVIII əsrin ortalarında M. V. Lomonosov Norman nəzəriyyəsinin əsassız olduğunu bildirmişdir. Çar Rusiyası tarixçilərindən bəziləri Norman nəzəriyyəsinin müəyyən müddəalarını tənqid etsələr də, onun elmə zidd olmasını göstərə bilməmişlər. Sovet tarixçilərinə görə, antikommunizmin ideoloqları SSRİ-yə və sosialist ölkələrə qarşı mübarizədə Norman nəzəriyyəsindən istifadə etmişdir.
Formalin
Formalin — formaldehidin metanol ilə stabilləşmiş sulu məhluludur (metanal). == Əsas məlumatlar == Formalinin ən çox yayılmış 40% formaldehid, 8% metil spirti və 52% su ehtiva edən formasıdır. Formaldehidin mənbəyi, dezinfeksiyaedici və dezodorant maddələr, anatomik preparatların qorunması və dərinin aşılanması üçün mayelərdir. Qıcıqlandırıcı və zəhərlidir. Texniki formalin FM GOST 1625-2016 markalı "Texniki. Formalin. Texniki şərtlər" [1] – formaldehidin su-metanol məhlulu – rəngsiz şəffaf mayedir. Saxlama zamanı 40°C-dən çox olmayan bir temperaturda həll olunan bulanma və ya ağ çöküntü əmələ gəlməsinə məqbuldur. Belə məhlul 37 % formaldehid ehtiva edir və stabilləşdirici metanolun miqdarından asılı olaraq təxminən 1,1 q/sm³ sıxlığa malikdir. == Tətbiqi == Sintetik qatranlar, sintetik kauçuk, səthi-aktiv maddələr (SAM), çoxatomlu spirtlər, formallar və digər metilen törəmələrinin istehsalında istifadə olunur.
Moralizm
Moralizm - 19-cu əsrdə yaranan və cəmiyyəti bir sıra əxlaqi prinsiplər, adətən ənənəvi davranışlar, həmçinin, "ədalət, azadlıq və bərabərlik" şüarı ilə ruhlandırmağa çalışan fəlsəfi cərəyan. Ailə birliyi və cinsi əxlaq kimi şəxsi məsələlər də daxil olmaqla, temperans hərəkatı kimi ictimai məsələlərlə əlaqəli olaraq Şimali Amerika və ingilis mədəniyyətinə təsir etdi. == Tarixi == Moralizmin köklərini araşdıran sosioloq Malkolm Votersə görə "moralizm orta-sinif protestantlar ilə protestant qruplar arasındakı bərabərləkçi, antiillektual evangelist qruplar arasındakı mübahisədən yaranmışdır".19-cu əsrdə abolisionizm və temperans moralizmin "əkiz sütunları"-na çevrilmişdir. Bu "əkiz sütunlar" ABŞ-dəki həm protestant, həm də katolik kilsəsində məşhurlaşmışdı. Kvakerlər kimi bəzi xristian məzhəblər tərəfindən önə çəkilən moralizm abolisionizmə dəstək kimi təzahür etdi.Moralizm qadınlara seçki hüququnun verilməsi, antiabort hərəkatlarının fəlsəfi əsasına çevrilmişdi.
Döş formalı təpə
Döş formalı təpə – formaca qadının döşünü xatırladan təpə. Bu cür antropomorfik coğrafi quruluşlar dünyanın müxtəlif yerlərində rast gəlinir. Bir çox mədəniyyətdə döş formalı təpələr ana tanrıları ilə əlaqələndirilir və onlara ana tanrıları ilə bağlı adlar verilib. Məsələn, İrlandiyada yerləşən Anunun döşləri xristianlıq öncəsi İrlandiyanın əhəmiyyətli qadın ilahəsi olan Anunun adını daşıyır. == Ümumi baxış == İngiltərənin Mançester şəhərinin adının Mamutsium qəsrinin adından gəldiyi güman olunur və fərziyyəyə görə bu söz kelt dilində "döş formalı təpə" mənasına gəlir. Çünki qəsrin yerləşdiyi yer döş formasını xatırladırmış. Bu ad daha sonra dəyişərək Mançester halını almışdır.Döş formalı təpələrin çoxu yerli məhsuldarlıq və çoxalma ilahları ilə əlaqələndirilir. Hətta bəzi arxeoloji qazıntı yerləri döş formalı təpələrin yaxınlığında yerləşir: Siciliyanın Samson adasının döş formalı Şimal təpəsi və Cənub təpəsində məzarlıqlar kəşf edilmişdir. İspaniyanın Araqon bölgəsində yerləşən Burren və Burrera təpələrində Urnfild mədəniyyətinə aid arxeoloji qazıntı yerləri yerləşir.Döş formalı təpələr və ya dağlarla bağlı tarixdə müxtəlif əfsanələr və miflər qeydə alınmışdır. Məsələn, bir mifə görə Asiyanın naməlum bir regionunda Döş dağı adlı dağ yerləşir və buddist rahib Bodhidharma bu mağarada uzun illər meditasiya ilə məşğul olmuşdur.Koloniya dövrünün səyyahları və xəritəçiləri bu cür təpələrin adlarını tez-tez dəyişirdilər.
Ox formalı qanad
Ox formalı qanad və ya Ox bucaqlı qanad yüksək sürətli təyyarələrdə istifadə olunan bir qanad növüdür və adını yuxarıdan baxıldıqda qanadlarının ucları geriyə çəkilmiş bir ox formasında olmasından almışdır. Geriyə çəkilən qanadlar geriyə çəkilmiş ox bucağını ifadə edərkən, irəliyə çəkilmiş ox formalı qanadları olan təyyarələr də tarixdə görülmüşdür. Ox formalı qanadların mövcudluğunun səbəbi səs sürətinə yaxın bir sürətdəki havanın aerofoildəki davranışıdır. == Faydaları və tarixi == Ox formalı qanadlar əsasən hərbi təyyarələrdə olmaqla, məsələn təyyarələr, iş təyyarələri və ticarət təyyarələri olmaqla uçuşunun bir hissəsini səs sürətinə yaxın sürətlərdə yerinə yetirən təyyarələrdə görülür. Ox bucağının təyin edilməsinin əsas səbəbi kritik mach sayını artırmaqdır. Kritik mach sayı səs sürətinə yaxın sürətlə hərəkət edən havanın qanad profilinin yuxarı səthində sürətləndikdə və səs sürətinə çatdıqda təyyarənin çatdığı sürətə deyilir. Kritik mach sayında hərəkət edən bir təyyarənin qanadında oblik (əyri) bir şok dalğası müşahidə edilir. Bu, sürüklənməni artıran səbəblərdən biri olaraq həm daha çox yanacaq istehlakına, həm uçuş zamanı səbəb olduğu sarsıntılara görə qanad gərginliyinə və ya idarəetmənin itirilməsinə səbəb ola bilər. Ox bucağının iş prinsipi, ən sadə mənada həndəsə ilə əlaqədardır. Bir ox bucağı olmayan qanadlarda axıntı tamamilə qanada dik gəlir və qanad üstündə sürətlənərək axıb gedir, lakin bir ox bucağı olan qanadlarda hücum kənarı ilə qarşılaşan hava kənara dik deyildir və burada nəzərə alınacaq axıntının sürəti də axıntının öz sürəti deyildir, kənara dik uzanan sürət komponentidir.
Ulduz formalı qala
Ulduz formalı qala ilk dəfə XV əsrdə İtaliyada görülən və xüsusilə orta əsrlərdə barıt və döyüş toplarının müharibə meydanlarına girməsindən sonra inşa edilməyə başlanan qala formalı bir istehkam növüdür. == Ümumi məlumat == Ulduz qalaların sələfi qalalardır. Hündür divarları ilə qorunan qaladakı müdafiəçilər atdıqları oxlarla düşmənin qalanın istehkamlarına yaxınlaşmasının qarşısını almağa çalışarkən, təcavüzkarlar da öz növbəsində qala qapısını sındıraraq və ya nərdivan kimi mühasirə alətləri ilə divarlara çıxaraq qalaya girməyə çalışırdılar. Coğrafi baxımdan da strateji yerlərdə tikilən belə qalaları tutmaq çox çətin idi. XV əsrdə topların müharibə meydanlarına girməsi ilə qala divarları dağılmağa başladı. Ehtiyat tədbirinə görə, istehkamçılar artilleriya atəşinə məruz qalan əraziləri redutlarla gücləndirməyə başladılar. Divarlara hücum edən düşmənin hər tərəfdən atəş altında qalması və görünüş probleminə görə gizlənə bilməməsi üçün ulduz şəklində bir qala dizaynı hazırlanmışdır. Hakim nöqtələr düşmənin əlinə keçdikdən sonra belə müdafiəni təşkil edə bilmək üçün, bir-birinin döyüş mənzilinə girə biləcək şəkildə yerləşdirilmiş toplara malik ulduz formalı qalalar hazırlanmışdır. Bu formada divarlara yaxınlaşmağa çalışan toplar müəyyən bir məsafədən keçirilmirdi. Ulduz formalı qalalar köhnə qalalardan daha aşağı və daha böyük bir ərazidə yerləşərək dərin müdafiəyə imkan verir.