Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Formalin
Formalin — formaldehidin metanol ilə stabilləşmiş sulu məhluludur (metanal). == Əsas məlumatlar == Formalinin ən çox yayılmış 40% formaldehid, 8% metil spirti və 52% su ehtiva edən formasıdır. Formaldehidin mənbəyi, dezinfeksiyaedici və dezodorant maddələr, anatomik preparatların qorunması və dərinin aşılanması üçün mayelərdir. Qıcıqlandırıcı və zəhərlidir. Texniki formalin FM GOST 1625-2016 markalı "Texniki. Formalin. Texniki şərtlər" [1] – formaldehidin su-metanol məhlulu – rəngsiz şəffaf mayedir. Saxlama zamanı 40°C-dən çox olmayan bir temperaturda həll olunan bulanma və ya ağ çöküntü əmələ gəlməsinə məqbuldur. Belə məhlul 37 % formaldehid ehtiva edir və stabilləşdirici metanolun miqdarından asılı olaraq təxminən 1,1 q/sm³ sıxlığa malikdir. == Tətbiqi == Sintetik qatranlar, sintetik kauçuk, səthi-aktiv maddələr (SAM), çoxatomlu spirtlər, formallar və digər metilen törəmələrinin istehsalında istifadə olunur.
Formal
Formal – 1)rəsmi, qanuni formaya uyğun olan. Məsələn, formal sübut, formal təsir; 2)yalnız forma (zahir) üçün olan, işin həqiqi vəziyyəti ilə hesablaşmayan, rəsmiyyətçilik xatirinə olan. Formal məntiq – təfəkkürün elementar qanun və formaları haqqında elm. Formal məntiq – təfəkkür haqqında elm. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Ağ formalar
Ağ formalar (ing. White forms) - Amerikan rəssam, abstrakt ekspressionist və Mücərrəd Rəssamlıq Formasının nümayəndəsi Frans Klaynın məşhur əsərlərindən biri.
Formal dillər
Formal dillər — insanın müxtəlif fəaliyyət sahələri üçün yaradılmış və öz əlifbası, qrammatik qaydaları, sintaksisi olan xüsusi dillərdir. Riyazi məntiq və riyazi proqramlaşdırma dillərini formal dillərə aid ən önəmli nümunələr olaraq qeyd etmək olar. Formal dillərin hamısı müəyyən şəxslər tərəfindən yaranıb. Formal dillər elm və texnikada geniş istifadə olunur.Elmi tətqiqatlarda və praktiki fəaliyyətdə formal dillər təbii dillərlə paralel istifadə olunur. Bunlardan biri digərini tam əvəz edə bilməz. Təbii dil daha güclü ifadə imkanlarına malik olsa da,formal dil biliyin daha dəqiq təqdimatı cəhətdən üstündür. == Tarixi == Riyaziyyatın bütün inkişaf tarixində müxtəlif obyektləri və anlayışları işarə etmək üçün həmişə simvolik işarələrdən istifadə olunmuşdur.Lakin işarələrdən başqa hər zaman təbii dillərdən də istifadə olunmuşdur.Elmin inkişafının müəyyən mərhələsində,əsasən ΧVΙΙ əsrdən başlayaraq,riyazi analizin ciddi məntiqi təhlilini və teoremlərin hökmlərini əsaslandırmaq üçün yeni bir yanaşmaya ehtiyac yarandı.Riyazi nəzəriyyələrin ciddi formalarla təqdimatı olmadan bir sıra məsələlərin həllinin mümkünsüzlüyü aydın oldu.Beləliklə,ΧΧ ərdən etibarən formal dillər yaranmağa başladı. == Formal dillər üzərində əməliyyatlar == === Dil, onun əlifbası və söz === Hər bir dil informasiyanı qarşı tərəfə çatdırmaq üçün istifadə olunur.Qarşı tərəf dedikdə insan,kompüter və s. nəzərdə tutulur.Dil informasiyanı birbaşa,yaxud dolayı yolla çatdırır.Dillər sintaksis və semantikadan ibarət olur.Sintaksis cümlənin quruluşunu müəyyənləşdirmək üçün istifadə olunur,semantika isə cümlənin mənasını müəyyənləşdirir.Semantika sözlərin və cümlələrin məzmununu düzgün qurmağa xidmət edir.Simvollar çoxluğuna əlifba deyilir,əlifba-simvolların nizamlanmış çoxluğudur.Əlifbaya ixtiyari simvollar:hərflər,ədədlər,heroqliflər,yol nişanları və s. daxil ola bilər.Simvolların müəyyən sintaksis qaydalar ilə düzülüşündən əmələ gələn konstruksiyaya söz deyilir.Sözdəki simvolların sayına sözün uzunluğu deyilir.Tutaq ki,A={a1,a2,…,an} hər hansı əlifbadır.Verilmiş əlifbada bütün sonlu sözlərdən(yəni uzunluğu sonlu olan)ibarət çoxluğa universum deyilir,bunu A* ilə işarə edək.Aydındır ki,bu çoxluğun gücü hesabidir.Verilmiş B={0,1} əlifbasının universumu B*={0,1,00,01,10,11,000,001,…} olar.Heç bir simvolu olmayan sözə "boş söz" deyilir və {e} ilə işarə olunur.Universumdan {e} sözünün kənarlaşması ilə alınan çoxluq A+=A*\{e}.
Formal məntiq
Formal məntiq — İnsan mühakimələrinin konkret məzmununu nəzərə almadan onların formasını — (strukturunu), quruluşunu öyrənir. Başqa sözlə, formal məntiq konkret məzmunu nəzərə almadan əqli nəticə və isbat qaydalarında, mühakimə, anlayışlar arasında əlaqənin və məntiqi nəticə çıxarılmasının qanunlarını öyrənir. Formal məntiqin əsasını Aristotel qoymuşdur. Formal məntiq – təfəkkür haqqında elm. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Formal qrammatika
Formal qrammatika — dedikdə elə qaydalar sistemi başa düşülür ki, onun vasitəsi ilə verilmiş formal dilin(yalnız bu dilin) düzgün sözləri qura bilir. Qrammatika vasitəsi ilə qurulan formal dilin sözlər çoxluğu sonlu, sonsuz, və ya boş çoxluq ola bilər. Qrammatika sözlər çoxluğunu ixtiyari qaydada qura, yaxud müəyyənləşdirə bilər. Beləliklə, qrammatika sözlərin daxili quruluşunun qanunlarını açıqlayır ki, bunlara sintaksis deyilir. Formal qrammatika— müəyyən sintaksis nəzəriyyə çərçivəsində qurulan qrammatik riyazi modeldir. == Formal qrammatikanın növləri == Alqoritmik nöqteyi-nəzərdən formal qrammatikaların aşağıdakı növləri var: Tanıyan qrammatikalar: Bu qrammatikalar bir növ elə qurğudur ki, bunun girişinə daxil olan söz verilmiş dilə aiddirsə, "hə", aid deyilsə- "yox" çap olunur. Sadalayan qrammatikalar: Bu qrammatikalar verilmiş dilin bütün sözlərini bir-bir çap etməklə(sadalamaqla) iş görür. Aydındır ki, dilin sözlərinin sayı sonsuz olarsa, qrammatika heç zaman dayanmayacaq. Ancaq qrammatikanı məcburi o zaman dayandırmaq olar ki, lazım olan söz çap olunmuşdur. Doğuran qrammatikalar: Bunlar elə "qurğu"dur ki, dilin lazımlı sözlərini qurur.
Formal sistem
Formal sistem, Aksiomatika — Riyaziyyat elminin bu və ya digər sahəsinin aksiomları sistemidir. Məsələn, Elementar həndəsənin 25-ə yaxın aksiomu, Ədədlər meydanının 9 aksiomu, və s. var. Aksiomlar üzərinə üç tələb qoyulur: Aksiomlar sisteminin ziddiyyətsizliyi. Yəni bu sistemdən məntiqi mühakimə ilə bir-birini inkar edən iki təklif alınmasın. Aksiomlar sisteminin asılı olmaması. Yəni aksiomlar sisteminin heç bir aksiomu məntiqi mühakimələrlə sistemin digər aksiomlarından alınmasın. Başqa sözlə, aksiomlar sisteminin asılı olmaması tələbi bu sistemdəki aksiomların sayını minimuma endirir. Aksiomlar sisteminin tamlığı. Yəni ziddiyyətsiz aksiomlar sisteminin ixtiyari iki modeli (interpretasiyası) izomorfdur.
Döş formalı təpə
Döş formalı təpə – formaca qadının döşünü xatırladan təpə. Bu cür antropomorfik coğrafi quruluşlar dünyanın müxtəlif yerlərində rast gəlinir. Bir çox mədəniyyətdə döş formalı təpələr ana tanrıları ilə əlaqələndirilir və onlara ana tanrıları ilə bağlı adlar verilib. Məsələn, İrlandiyada yerləşən Anunun döşləri xristianlıq öncəsi İrlandiyanın əhəmiyyətli qadın ilahəsi olan Anunun adını daşıyır. == Ümumi baxış == İngiltərənin Mançester şəhərinin adının Mamutsium qəsrinin adından gəldiyi güman olunur və fərziyyəyə görə bu söz kelt dilində "döş formalı təpə" mənasına gəlir. Çünki qəsrin yerləşdiyi yer döş formasını xatırladırmış. Bu ad daha sonra dəyişərək Mançester halını almışdır. Döş formalı təpələrin çoxu yerli məhsuldarlıq və çoxalma ilahları ilə əlaqələndirilir. Hətta bəzi arxeoloji qazıntı yerləri döş formalı təpələrin yaxınlığında yerləşir: Siciliyanın Samson adasının döş formalı Şimal təpəsi və Cənub təpəsində məzarlıqlar kəşf edilmişdir. İspaniyanın Araqon bölgəsində yerləşən Burren və Burrera təpələrində Urnfild mədəniyyətinə aid arxeoloji qazıntı yerləri yerləşir.
Ox formalı qanad
Ox formalı qanad və ya Ox bucaqlı qanad yüksək sürətli təyyarələrdə istifadə olunan bir qanad növüdür və adını yuxarıdan baxıldıqda qanadlarının ucları geriyə çəkilmiş bir ox formasında olmasından almışdır. Geriyə çəkilən qanadlar geriyə çəkilmiş ox bucağını ifadə edərkən, irəliyə çəkilmiş ox formalı qanadları olan təyyarələr də tarixdə görülmüşdür. Ox formalı qanadların mövcudluğunun səbəbi səs sürətinə yaxın bir sürətdəki havanın aerofoildəki davranışıdır. == Faydaları və tarixi == Ox formalı qanadlar əsasən hərbi təyyarələrdə olmaqla, məsələn təyyarələr, iş təyyarələri və ticarət təyyarələri olmaqla uçuşunun bir hissəsini səs sürətinə yaxın sürətlərdə yerinə yetirən təyyarələrdə görülür. Ox bucağının təyin edilməsinin əsas səbəbi kritik mach sayını artırmaqdır. Kritik mach sayı səs sürətinə yaxın sürətlə hərəkət edən havanın qanad profilinin yuxarı səthində sürətləndikdə və səs sürətinə çatdıqda təyyarənin çatdığı sürətə deyilir. Kritik mach sayında hərəkət edən bir təyyarənin qanadında oblik (əyri) bir şok dalğası müşahidə edilir. Bu, sürüklənməni artıran səbəblərdən biri olaraq həm daha çox yanacaq istehlakına, həm uçuş zamanı səbəb olduğu sarsıntılara görə qanad gərginliyinə və ya idarəetmənin itirilməsinə səbəb ola bilər. Ox bucağının iş prinsipi, ən sadə mənada həndəsə ilə əlaqədardır. Bir ox bucağı olmayan qanadlarda axıntı tamamilə qanada dik gəlir və qanad üstündə sürətlənərək axıb gedir, lakin bir ox bucağı olan qanadlarda hücum kənarı ilə qarşılaşan hava kənara dik deyildir və burada nəzərə alınacaq axıntının sürəti də axıntının öz sürəti deyildir, kənara dik uzanan sürət komponentidir.
Ulduz formalı qala
Ulduz formalı qala ilk dəfə XV əsrdə İtaliyada görülən və xüsusilə orta əsrlərdə barıt və döyüş toplarının müharibə meydanlarına girməsindən sonra inşa edilməyə başlanan qala formalı bir istehkam növüdür. == Ümumi məlumat == Ulduz qalaların sələfi qalalardır. Hündür divarları ilə qorunan qaladakı müdafiəçilər atdıqları oxlarla düşmənin qalanın istehkamlarına yaxınlaşmasının qarşısını almağa çalışarkən, təcavüzkarlar da öz növbəsində qala qapısını sındıraraq və ya nərdivan kimi mühasirə alətləri ilə divarlara çıxaraq qalaya girməyə çalışırdılar. Coğrafi baxımdan da strateji yerlərdə tikilən belə qalaları tutmaq çox çətin idi. XV əsrdə topların müharibə meydanlarına girməsi ilə qala divarları dağılmağa başladı. Ehtiyat tədbirinə görə, istehkamçılar artilleriya atəşinə məruz qalan əraziləri redutlarla gücləndirməyə başladılar. Divarlara hücum edən düşmənin hər tərəfdən atəş altında qalması və görünüş probleminə görə gizlənə bilməməsi üçün ulduz şəklində bir qala dizaynı hazırlanmışdır. Hakim nöqtələr düşmənin əlinə keçdikdən sonra belə müdafiəni təşkil edə bilmək üçün, bir-birinin döyüş mənzilinə girə biləcək şəkildə yerləşdirilmiş toplara malik ulduz formalı qalalar hazırlanmışdır. Bu formada divarlara yaxınlaşmağa çalışan toplar müəyyən bir məsafədən keçirilmirdi. Ulduz formalı qalalar köhnə qalalardan daha aşağı və daha böyük bir ərazidə yerləşərək dərin müdafiəyə imkan verir.
Kompüterin formal modeli
1936-cı ildə alqoritmlərin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş kompüterin formal modeli, amerikalı alim Emil Post (Emil Leon Post), praktiki modeli isə ingilis riyaziyyatçısı Alan Türinq (Alan Turing) tərəfindən eyni zamanda yaradılmışdır. == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.