Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Frame Relay
Frame Relay — (kadrların retranslyasiyası) 1984-cü ildə CCITT (Consultative Committle for International Telegraph and Telephone) yaradılmış və sonra ANSI(American National Standarts Institute) tərəfindən təkmilləşdirilmişdir. == Frame Relay-ın üstün cəhətləri == X.25 protokolundan fərqli olaraq Frame Relay daha güclü informasiya axınına malik əlaqə xətləri üçün nəzərdə tutulub ki, bu da onun daha yüksək məhsuldarlıqlını və keyfiyyətini təmin edir. Bundan başqa Frame Relay-ın üstün cəhətlərindən biri də səhvlərin aşkar edilməsi üçün tsiklik-artıqlı koddan (FCS) istifadə edilməsidir. Ancaq burada həmin səhvlərin düzədilməsi mexanizmi yoxdur. == Frame Relay verilənlər blokunun formatı == Bayraqlar (flags) verilənləri hər iki tərəfdən məhdudlaşdırır (hərəsi 1 bayt). Öndəki bayraqdan sonra 2 baytlıq ünvan (address) sahəsi gəlir. Sonra verilənlər sahəsi gəlir – Data. Daha sonra 2 baytlıq FCS sahəsi gəlir. Frame Relay həm ümumi, həm də xüsusi şəbəkələrdə istifadə edilə bilər. Bu zaman Frame Relay interfeysi olan T1 multipleksorundan istifadə edilir ki, bu da başqa interfeysləri də ona qoşmağa imkan verir ( məs.səsin ötürülməsi, videotelekonfras keçirilməsi və s.).
.NET Framework
. NET Framework — Microsoft tərəfindən inkişaf etdirilən, açıq İnternet protokolları və standartları üzərinə qurulmuş bütöv bir "tətbiq" inkişaf etdirmə platformasıdır. Daha əvvəl Microsystems tərəfindən inkişaf etdirilmiş olan Java Platformasına əhəmiyyətli bənzərliklər göstərməkdədir. Buradakı tətbiq anlayışının əhatəsi çox genişdir. Bir masaüstü tətbiqindən bir veb skaner tətbiqinə qədər hər şey bu platforma içində düşünülmüşdür və dəstəklənilmişdir. Bu tətbiqlərin bir-birləriylə və inkişaf etdirildiyi mühit fərqinə varmadan dünyadakı bütün tətbiqlərlə ünsiyyəti üçün asanca veb xidmətləri yaradılmasına imkan verilmişdir. Bu platforma, əməliyyat sistemindən və təchizatdan daha üst səviyyədə daşına bilər olaraq hazırlanmışdır. . Net arxitekturası, ortaq bir icra etmə mühiti (runtime environment), ortaq bir dəyişən növ sistemi, və portativ əlaqəli kitabxanalardan meydana gələr. . Net kitabxanası köhnə visual basic üçün hazırlanmış API (proqramçılar üçün bir çox funksiya) lərin təsnif edilmiş halıdır. Çünki API təsnif edilməmiş və bu səbəblər proqramçılar üçün bir kabus halını almaqda idi. . Net kitabxanası proqramın əməliyyat sistemi ilə asanca uyğunlaşma içində işini təmin etmişdir.
Arame
Arame və ya Aramu (e.ə 858–844-cü illər), Urartunun ilk tanınmış kralı idi.
Flame
Flame — Kompüter virusu, hansı ki, Microsoft, Windows 7, XP, Vista əməliyyat sistemlərində fəaliyyət göstərir. Bu virusu Roel Şuvenberg Wiper virusunu, hansıki İranın dövlət kompüterlərinə hücum etdi, izləyəndə aşkarladı. Roel Şuvenberg Kasperski laboratoryiasında kompüter təhlükəsizliyi departamentində işləyir. Virus 2010-cu ilin mart ayından işləyir. Əsas təhlükəli funksiyalari: Sistemin fayllarını yığmaq Kompüterin göstəricilərini dəyişmək Səs yazma Danışıqlıqlara qoşulma Ekranın şəklini (skrinşotu) yadda saxlamaq Flame virusunun proqram kodu Stuxnet virusunun kodundan 20 qat artıqdı (20МВ). Flame sıxılış üçün zlib, libbz2, ppmd kitabxanalarını, sqlite3 informasiya bazasını , Lua virtual maşınını istifadə edir.
Fram
Fram (boğaz) — Qrenlandiya adası ilə Şpitsbergen arxipelaqını ayıran boğaz. Fram boğazı — Nansen adasını Taymır yarımadasından ayıran boğaz. Fram (gəmi) — Qütb tədqiqatlarında iştirak etmiş gəmi.
Flame Towers
Alov qüllələri (ing. Flame Towers) — Bakı şəhərində bina. Hündürlüyü 182 m-dir. Xarici görünüşü ilə bu tikinti alov dillərini xatırladır. == Layihə == Flame Towers — üç çoxmərtəbəli binalardan ibarət kompleksdir. Bura yataqxanalar, mənzillər və ofislər daxildir. Tikilinin ümumi sahəsi 235 min kv.metrdir. Binanın tikilişinə 2007-ci ilin oktyabr ayından başlanmışdı və bu işi Azərbaycan-Türk kompaniyası "DİA Holding" yerinə yetirmişdir. Binaların tikintisinin başa çatdırılması 2010-cu ilə planlaşdırılırdı. Amma əlverişsiz hava şəraitinə görə bu vaxt 2012-ci ilə qədər uzadıldı və məlumata görə 2013-cü ildə inşası başa çatmışdır.
Fram (boğaz)
Farm boğazı (norv. Framstrædet) - Qrenlandiya adası ilə Şpisbergen arxipelaqını ayırır. Şimal Buzlu okeanına daxil olan Qrenland dənizi akvatoriyasına aiddir. Boğazın daxilində qərbdə soyuq Şərqi Qrenlandiya cərəyanı keçir. Şərqdə isə isti Norveç cərəyanının bir qolu Qərbi Şpisbergen cərəyanı keçir. Boğaz Norveç arktika ekspedisiyasının əsas gəmisi Framın şərəfinə adlandırılmışdır.
Fram boğazı
Fram boğazı (rus. Фрам пролив ) - Nansen adasını Taymır yarımadasından ayırır. Nansen adası Nordenşeld arxipelaqına daxildir. Şimal Buzlu okeanına daxil olan Kara dənizində yerləşir. Boğazın eni ən dar yerdə (Etifeeva (Nansen adası), Eremeeva (Taymır yarımadası) burunları arasında yerləşir) 2,5 km, uzunluğu 10 km, dərinliyi 33 m təşkil edir. Boğazın adı rus qütb ekspedisiya rəhbəri E.B.Tallya ilə bağlıdır. Boğazdan ilk dəfə 1900-cü ildə keçilir.
The Fame
The Fame — Lady Gaganın ilk studiya albomudur. 19 avqust 2008 tarixində yayımlanan albom, Interscope Records etiketi ilə satışa buraxılmışdır. Lady Gaga hələ Nyu-York klublarında oxuduğu vaxtlarda onun ilk studiya albomu The Fame işıq üzü gördü. Sənətçinin 2008-ci ilin avqust ayında çıxan ilk studiya albomu "The Fame" tənqidçilərdən müsbət rəylər aldı və dünya hit siyahılarında birinci oldu. Albomdan çıxan "Just Dance" və "Poker Face" sinqlları beynəlxalq nailiyyətlər əldə edərək başda Billboard Hot 100 olmaq üzrə bir çox ölkədə bir nömrəyə yüksəldi.
Baku Flame Towers
Alov qüllələri (ing. Flame Towers) — Bakı şəhərində bina. Hündürlüyü 182 m-dir. Xarici görünüşü ilə bu tikinti alov dillərini xatırladır. == Layihə == Flame Towers — üç çoxmərtəbəli binalardan ibarət kompleksdir. Bura yataqxanalar, mənzillər və ofislər daxildir. Tikilinin ümumi sahəsi 235 min kv.metrdir. Binanın tikilişinə 2007-ci ilin oktyabr ayından başlanmışdı və bu işi Azərbaycan-Türk kompaniyası "DİA Holding" yerinə yetirmişdir. Binaların tikintisinin başa çatdırılması 2010-cu ilə planlaşdırılırdı. Amma əlverişsiz hava şəraitinə görə bu vaxt 2012-ci ilə qədər uzadıldı və məlumata görə 2013-cü ildə inşası başa çatmışdır.
Fiame Naomi Mataafa
Afioga Fiamē Naomi Mata ʻ afa (29 aprel 1957, Apia) (Şablon:IPA-sm) Samoanın yeddinci Baş Naziridir və eyni zamanda [[Faʻatuatua i le Atua Samoa ua Tasi]] (FAST) partiyasının lideri vəzidəsində -ci ildən bəri xidmət edən Samoalı siyasətçi və ölkənin Ali Rəisdir (matai). Samoa tarixinin ilk baş naziri olmuş Fiamē Mataʻafa Faumuina Mulinuʻu II- nin qızı olan Mata'afa da öz növbəsində Samoanın hökumət başçısı vəzifəsini icra edən ilk qadın və 1982-ci ildən bəri İnsan Hüquqlarını Müdafiə Partiyasının (HRPP) üzvü olmayan ilk qadın siyasətçidir. 2020-ci ilə qədər HRPP-nin üzvü olub, O həm də Samoa tarixində Nazirlər Kabinetinə təyin olunan ilk qadın olub. Mata'afa 1991–2006-cı illər arasında ölkədə baş nazir postunu tutmuş Tofilau Eti Alesana və [[Tuilaʻepa Saʻilele Malielegaoi|Tuilaʻepa Saʻilele Malieleqaoi]] hökumətlərində Təhsil Naziri vəzifəsini icra etmişdir. Bundan əlavə o, 2006–2011-ci illərdə Qadın naziri, 2011–2016-cı illərdə isə Ədliyyə naziri vəzifələrini icra edib. Mata'afa 2016–2020-ci illər arasında Samoanın ilk qadın baş nazirinin müavini və HRPP liderinin müavini vəzifəsində çalışıb, ancaq o mübahisəli Torpaq və Titllər Qanununa qarşı istefa verib. Növbəti il yeni yaradılmış FAST partiyasına qoşuldu. Partiyanın 2021-ci ilin martında keçirdiyi seçdikdə yekdilliklə partiyanın lideri seçildi Mata ʻ 2021-ci il seçkilərində lazım olan səs çoxluğunu qazandı, lakin məğlub olan keçmiş Baş nazir [[Tuilaʻepa Saʻilele Malielegaoi]] vəzifəsini tərk etməkdən imtina etdi və yaranmış bu vəziyyət 2021-ci ildə Samoa konstitusiya böhranına səbəb oldu. Böhran 23 iyul 2021-ci ildə Samoanın Apellyasiya Məhkəməsi tərəfindən həll edildi və məhkəmə Mata ʻ fanın həmin ilin 24 Maydan bu yana ölkənin baş nazir olduğuna qərar verdi.
The Fame Monster
The Fame Monster — Lady Gaganın ilk üçüncü extended play. 18 noyabr 2009 tarixində yayımlanan albom, Interscope Records etiketi ilə satışa buraxılmışdır.
Hall of Fame (mahnı)
Hall of Fame mahnısı — The Script rok qrupunun #3 albomunun ilk mahnısıdır. 2012-ci il İyul ayında çıxan mahnının klipi 21 avqust 2012-ci ildə çəkilmişdir. Klipdə həmçinin Will. I. Am da yer almışdır. Mahnının 2 versiyası vardır. Biri orijinal versiya, yəni təkcə The Script oxuyan, digəri isə klipdəki kimi Will. I. Am ilə. Mahnının klipi beynəlxalq video portalı olan YouTube-da yüz milyondan çox baxış əldə etmişdir.
The Fame Ball Tour
The Fame Ball Tour — Lady Gaga-nın The Fame Monster albomundakı mahnılara verilmiş konsert turu. Bu tur indiyə kimi ən yaxşı keçirilmiş turlardan bir hesab olunur. Həm də bu tur təzə çıxan müğənninin ən çox qazanc gətirmiş turu hesab olunur. Tur 27 noyabr 2009-da başlamış,6 may 2011-ci ildə sona çatmşdır. Bu vaxt ərzində 119 şov baş tutmuşdur. Bunlardan 6-ü Avropa-da, 15-i Okeaniya-da,4-ü Asiya-da baş tutub. Bu vaxt ərzində Gaga 227.4 milyon ABŞ dolları gəlir əldə edib.
(Marie's The Name) His Latest Flame
(Marie's the Name) His Latest Flame 1961-ci ildə Elvis Presli tərəfindən audio lentə yazılmış musiqidir. Musiqinin sözləri Dok Pomus və Mort Şumana məxsusdur və ilk ifaçısı Del Şennon olmuşdur. Lakin musiqinin ən uğurlu və məşhur versiyasını məhz Elvis Presli 1961-ci ilin avqust ayında ifa etmişdir. Həmçinin mahnı nüfuzlu Billboard Hot 100 hit-paradında nömrə 4 olaraq və UK Singles Chart hit-paradında ardıcıl 4 həftə nömrə 1 olaraq qiymətləndirilmişdir. == Heyət == 1961-ci ilin 25 iyun tarixində Neşvill şəhərində yerləşən RCA studiyasında lentə alınmışdır.
Prince of Persia 2: The Shadow and The Flame
Prince of Persia 2: The Shadow and The Flame (azərb. Fars şahzadəsi 2: Kölgə və Alov‎) — Cordan Mexner tərəfindən hazırlanılan və "Broderbund Software, Inc." oyun şirkəti tərəfindən 1993-cü ildə yaradılan sinematik platforma janrında videooyundur. "Prince of Persia 2: The Shadow and The Flame" oyunu əvvəl məşhur olsa da, hal-hazırda satışa qoyulmadığından "Abandonware" statusuna malikdir. Videooyun əvvəlki seriya kimi 2D formatındadır. 1996-cı ildə videooyun "SNES" platforması üçün istehsal edilmişdir. "Prince of Persia 2: The Shadow and The Flame" videooyununun rejissor və ssenari müəllifi Cordan Mexnerdir. Oyunun hekayəsində Şahzadə ilk dəfə olaraq həyatı haqqında öyrənəcək, Sultanın qızını xilas etmək üçün yenidən Vəzirlə döyüşəcəkdir. Bu videooyuna hal-hazırda "Abandonware" (ing. Tərk etmək), yəni, istehsalda olmayan videooyun statusu verilmişdir. Qəhrəmanın şahzadəni qurtarmasından düz 11 gün sonra qəddar vəzir yenidən peyda olur.
Prince of Persia 2: The Shadow and The Flame (video oyun, 1994)
Prince of Persia 2: The Shadow and The Flame (azərb. Fars şahzadəsi 2: Kölgə və Alov‎) — Cordan Mexner tərəfindən hazırlanılan və "Broderbund Software, Inc." oyun şirkəti tərəfindən 1993-cü ildə yaradılan sinematik platforma janrında videooyundur. "Prince of Persia 2: The Shadow and The Flame" oyunu əvvəl məşhur olsa da, hal-hazırda satışa qoyulmadığından "Abandonware" statusuna malikdir. Videooyun əvvəlki seriya kimi 2D formatındadır. 1996-cı ildə videooyun "SNES" platforması üçün istehsal edilmişdir. "Prince of Persia 2: The Shadow and The Flame" videooyununun rejissor və ssenari müəllifi Cordan Mexnerdir. Oyunun hekayəsində Şahzadə ilk dəfə olaraq həyatı haqqında öyrənəcək, Sultanın qızını xilas etmək üçün yenidən Vəzirlə döyüşəcəkdir. Bu videooyuna hal-hazırda "Abandonware" (ing. Tərk etmək), yəni, istehsalda olmayan videooyun statusu verilmişdir. Qəhrəmanın şahzadəni qurtarmasından düz 11 gün sonra qəddar vəzir yenidən peyda olur.
Arama
Arama (lat. Aramus guarauna) — Durnakimilər dəstəsinin Sığırçı durnalar fəsiləsinə aid yeganə quş növü.
CRAMM
CRAMM (CCTA Risk Analysis and Managment Method) CRAMM riskin analizi vә idarә edilmәsi metodologiyası 1985-ci ildə Britaniya Mərkəzi kompüter və telekommunikasiya agentliyi (CCTA) tərəfindən işlənmişdir. CRAMM proqram təminatı müxtəlif növ təşkilatlar üçün nəzərdə tutulmuşdur, onlar öz biliklər bazası – profillərlə fərqlənirlər. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Drake
Emmanuel Dreyk del Kastillo (fr. Emmanuel Drake del Castillo, 1855 — 1904) — ispan mənşəli fransız botaniki.
Ferae
Ferae (hərfi mənası: vəhşi heyvanlar) — heyvanların qranddəstəsi.
Fiume
Riyeka (xorv. Rijeka) — Xorvatiyanın Zaqreb və Splitdən sonra üçüncü ən böyük şəhəri. Riyeka ölkənin ən böyük liman şəhəridir və Dalmasiya bölgəsinin şimalında, İstriya yarımadasının yaxınlığında yerləşir. Əhali sayı 128 624 nəfər (2011-ci ilin siyahıyaalınmasına görə). Əhalinin 82,5 %-i xorvatlardır. == Ümumi məlumat == Şəhər Riyeçina çayının mənsəbində (eyni adlı körfəzə tökülür) yerləşir. Bu çay şəhərə öz adını verib. Riyeka xorvat dilindən tərcümədə elə "çay" mənasını verir. Riyeka ölkənin ən böyük həm sərnişin, həm də yük limanıdır. Şəhərin əsas gəlir mənbələri: liman, gəmiqayırma və turzimdir.
Frank
Frank — ad. Frank Qorşin — ABŞ aktyoru. Frank Şvalba-Hot — siyasətçi. Digər Frank (musiqi albomu) — Emi Uaynhausun birinci albomu.
Frans
Frans — ad. Frans (müğənni) — İsveç müğənnisi və bəstəkarı.
Fraza
Fraza – [yun. phrasis – ifadə etmək] 1)bitkin fikir; 2)təmtəraqlı məzmunsuz söz; 3)cümlə, ifadə ibarə. Məsələn, motivlərə bölünməyən bütöv frazalar da var. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Frimer
Frimer (fr. frimaire, fr. frimas — şaxta) — Böyük Fransa inqilabından sonra tərtib olunmuş, 1793-cü ilin oktyabrından 1 yanvar 1806-cı ilə qədər qüvvədə olmuş təqvimə əsasən III ay (21/23 noyabr - 20/22 dekabr).
Drama
Drama (yun. Δράμα) — Yunanıstanda şəhər. Dəniz səviyyəsindən 115 metr yüksəklikdə, Kavalanın 32 kilometr şimal-qərbində, Seredən 51 kilometr şərqdə, Salonikidən 116 kilometr şimal-şərqdə və Afinadan 354 kilometr şimalda yerləşir. Şərqi Makedoniya və Frakiyanın periferiyasında eyniadlı icmanın (dima) inzibati mərkəzi və eyniadlı periferik vahidi. 2011-ci il siyahıyaalınmasına görə şəhərdə 44,823 nəfər yaşayır. 12 saylı milli avtomagistral Dramanı Sere və Kavala ilə birləşdirir. 14 saylı milli yol Dram ilə Xantini əlaqələndirir. 57 saylı milli yol Dram ilə Kato-Neurocopionu birləşdirir. Şəhərdə Selanik - Aleksandrupolis dəmir yoluna aid "Dram" dəmir yolu stansiyası var. Şəhərə qədim tarixə və çoxlu memarlıq abidələrinə malikdi.
Grace
Grace — ABŞ müğənnisi Ceff Baklinin yeganə studiya albomu. 23 avqust 1994-cü ildə Columbia Records tərəfindən buraxılıb.
Fraga
Qaytarma (lat. Potentilla) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Pentaphylloides Duhamel Quinquefolium Ség.
Fraxt
Fraxt (alm. "Fracht", ingilis "freight") - Ölkədaxili və beynəlxalq yük daşımaları istənilən dövlətin iqtisadi fəaliyyətinin tərkib hissəsidir. Göndərən və daşıyıcı arasındakı münasibət müqavilə ilə tənzimlənir ki, onun mühüm məqamlarından biri də ödəniş şərtləridir. Əgər daşıma dəniz və ya hava yolu ilə həyata keçirilirsə, onda xidmətlərin dəyəri “fraxt” anlayışı ilə göstərilir. Əslində bu, malların daşınması üçün ödənişdir. Yükün miqdarı tərəflərin razılığı ilə müəyyən edilir. Tərəflər arasında razılaşma olmadıqda, yükün məbləği yükün yükləndiyi yerdə və yükün yüklənməsi zamanı tətbiq edilən tariflər əsasında hesablanır. Əgər yük gəmiyə müqavilədə nəzərdə tutulduğundan artıq miqdarda yüklənərsə, fraxtın miqdarı müvafiq olaraq artır. Su ilə kommersiya daşınması sahəsində fraxt termini çox vaxt bir ton yükün daşınması xərclərini ifadə edir. Müvafiq olaraq, kirayəçi daşınma müqaviləsində nəzərdə tutulmuş minimum miqdarda yükün yüklənməsini təmin etmədikdə, gəmi sahibi itirilmiş mənfəəti kompensasiya etmək üçün kirayəçidən “ölü fraxt” almaq hüququna malikdir.
France
Fransa Respublikası (fr. République Française), yaxud qısaca Fransa, köhnə mənbələrdə Firəngistan — Qərbi Avropada dövlət. O, Belçika, Lüksemburq, Almaniya, İsveçrə, İtaliya, Monako, Andorra və İspaniya ilə həmsərhəddir. Fransa Avropa İttifaqının qurucu üzvüdür. Rusiya və Ukraynadan sonra ərazicə Avropanın ən böyük 3-cü ölkəsidir. Avropa qitəsinin qədim dövlətlərindən sayılır. Kontinental Fransa cənubda Aralıq dənizindən şimalda La-Manş və Şimal dənizinə, şərqdə Reyn çayından qərbdə Atlantik okeanına qədər uzanan torpaqlarda yerləşir. Fransızlar torpaqlarının formasına görə ölkələrini altıbucaqlı (fransızca: L'Héxagone, "l'e-gza-gon" kimi oxunur) adlandırırlar. Fransa idarəetmədə yarı prezident sistemi olan unitar dövlətdir. Ölkənin əsas prinsipləri və idealları İnsan və Vətəndaş Hüquqları Bəyannaməsində izah edilir.
Gramen
Çovdar (lat. Secale) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Çovdarın vətəni Qafqazın, Kiçik və Orta Asiyanın dağətəyi rayonlarıdır. Çovdar payızlıq buğda və arpanın əkinlərində bitən alaq otları növündən yaranıb. Çovdar e.ə. I–II minillikdə Dnepr, Dnestr, Oka çaylarının hövzələrində, İsveçrənin, Macarıstanın, Danimarkanın ərazilərində becərilirdi. Çovdarın əkin sahələri barədə məlumata ilk dəfə XI-XII əsrlərin əlyazmalarında rast gəlmək mümkündür. O bir sıra Avropa ölkələrində geniş yayılmışdır. == İstifadəsi == Çovdar unundan çörək bişirilir. O, buğdanın məhdudiyyətli istehsalı olan rayonlarda əsas çörək bitkisidir.
Ərimə
Ərimə və ya termal birləşmə, bərk maddənin istilik qəbul edərək maye vəziyyətə keçməsidir. Bu fiziki hadisənin baş verdiyi temperatura ərimə temperaturu deyilir. Ərimə donmanın əksi olaraq da ifadə edilə bilər; Çünki donma zamanı maddə istilik verir, ərimədə isə maddə istilik alır. == Ərimə temperaturu == Ərimə temperaturu bərk cisimlərdə fərqləndirici xüsusiyyətdir. Ərimə temperaturu maddədən maddəyə dəyişir. Bu təzyiq və saflıqdan asılı olaraq dəyişir. Eyni tipli saf maddələrin ərimə və donma temperaturları bərabərdir. Saf maddələrdə ərimə baş verərkən temperatur sabit olsa da, eyni zamanda istilik artımı davam edir və bu temperatur artımı bərk maddə tam əriyənə qədər davam edir. Daha sonra tamamilə ərimiş maddənin istilik və temperatur artımı növbəti vəziyyət dəyişikliyinə qədər davamlı olaraq artır.