Fəranək Fərid
Fəranək Fərid 1961, Təbriz — azərbaycanlı şairə, tərcüməçi, qadın və insan haqları və çevrə mudafiəçisi.
== Həyatı ==
Fəranək Fərid 1961-ci ildə Təbriz şəhərində anadan olub. O, ibtidai və orta təhsilini Təbrizdə alıb. Ali təhsilini isə iki ixtsas üzrə: 1983-cü ildə Təbriz Universitetinin laboratoriya elmləri və 2004-cü ildə ingilis dili dilmanclığı üzrə alıb. O, etiraz aksiyası gedə-gedə, küçədə saxlanılıb.
== Yaradıcılığı ==
Fəranək Fərid ədəbiyyatda şeir, nəsr, tərcümə və tənqid kimi fərqli sahələrdə yazıb yaratmaqdadır. O, bir çox əsərlərini "İpək" təxəllüsü ilə nəşr etdirmişdir. 1998-ci ildə təşkil olunan Birinci Şimali-Qərb Jurnallar Festivalında "Ana" adlı şeiri ilə birinci yeri tutub. İctimai fəal 2001-ci ildə 8 Mart Dünya Qadınlar Günü münasibətilə Təbriz qadınlar zindanı amfi-teatrında təşkil olunan proqramın aparıcısı olmuşdur.
Ədibin 2009-cu ildə "Yuxuda ayılmaq", 2010-cu ildə "Cızıq" adlı şeir kitabları, 2013-cü ildə "Xanıməli", "Bağlı otaq", "Afrika macərası", 2015-ci ildə "Brilyant gözlər" adlı nəsr kitabları nəşr olunmuşdur.