Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fraza
Fraza – [yun. phrasis – ifadə etmək] 1)bitkin fikir; 2)təmtəraqlı məzmunsuz söz; 3)cümlə, ifadə ibarə. Məsələn, motivlərə bölünməyən bütöv frazalar da var. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Hazem
“Hazem” İran İslam Respublikasının Silahlı Qüvvələri tərəfindən istifadə edilən pilotsuz uçuş aparatının bir növüdür. “Hazem” hədəfləri bombalamaq üçün də istifadə edilə bilən uzaqmənzilli PUA-dır. İran Hava Hücumundan Müdafiə Qoşunlarının komandanının sözlərinə görə “Hazem” üç modeldə - qısa, orta və uzun mənzilli versiyalarda hazırlanıb. Bu PUA-ların Hava Hücumundan Müdafiə mütəxəssisləri tərəfindən Anbiya HHM bazasının gizli obyektlərinin mühafizəsi üçün yaradıldığı ehtimal edilir. Ondan kəşfiyyat missiyalarında istifadə də mümkündür. “Hazem” PUA-ları partlayıcı maddələrlə silahlandırıla bilir. Bir tədqiqatçı, dronun stels çatışmazlığına görə Hazemin ciddi hərbi əməliyyatlar meydanında İran üçün ciddi bir taktiki effektə sahib ola bilməyəcəyini bildirmişdir. == Versiyaları == “Hazem 1” - uzaqmənzilli “Hazem 2” - ortamənzilli “Hazem 3” - yaxınmənzilli == Taktiki-Texniki Xüsusiyyətləri (“Hazem A”/“Hazem B” üçün) == Uzunluğu: 11.9 m; Eni: 3.8 m; Qanad uzunluğu: 23 m; Qanad sahəsi 45 kv.m; Maksimum qalxma çəkisi: 5 t; Boş çəkisi: 1800 kq/2100 kq; Faydalı yükün çəkisi: 480 kq; Qanadlarda çənlərlə birlikdə yanacaq tutumu: 3200 kq/2900 kq; Maksimum sürəti: 130 düyün/100 düyün; Kreyser sürəti: 70 düyün; Döyüş radiusu: 260 km/240 km; Havada qalma müddəti: 15-32 saat/50-100 saat (faydalı yükdən asılı olaraq); Maksimum uçuş hündürlüyü: 30000 fut; Qalxma üçün zolağın uzunluğu: 750 m/1050 m; Enmə üçün zolağın uzunluğu: 500 m/550 m.
Frozen Streyt
Frozen Streyt (ing. Frozen Strait) — Hudzon körfəzinin şimalında, Kanadanın Nunavut vilayəti, kivallik regionunda yerləşir. Boğaz Melvill yarımadasını Sauthempton adasından ayırır. Qərbdə yerləşən Repals körfəzini şərqdə yerləşən Foks körfəzi ilə birləşdirir. Boğazın uzunluğu 80 km, eni isə 19 – 32 km arasında dəyişir. belə bir fikir vardır ki, Qrenlandiya balinaları şimala miqrasiya etdikləri zaman təkcə Ros Velkom Saund boğazından deyil həmcinin Frozen Streyt boğazındanda istifadə edirlər. == Tarixi == 1615-ci ildə Msvka şirkətinin dəstəyi ilə Robert Baylotun gəmisi Şimal-Qərb keçidi ilə Hindistana getmək istərkən Diskaveri buzlaqlqrında qəzaya uğramışdır. 1742-ci ilin avqustunda boğazın qərb hissəsinə digər ingilis səyyshı Kristofer Midlton yan ala bilmişdir. O, Ros Velkom Saund boğazı ilə şimal yönəlmiş və burada yerləşən boğazın buzlarla tıxandığını müşahidə etmişdir. Bundan sonra boğaza Frozen Streyt (azərb.
Suzie Fraser
Suzie Fraser (27 avqust 1983, Brisben) — Avstraliyanı təmsil edən su poloçusu. Suzie Fraser, Avstraliya yığmasının heyətində 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatılıb və bürünc medal qazanıb. Suzie Fraser, 2008-ci ildə Avstraliya yığması ilə birgə XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 9:9 (3:2 penaltilər seriyasında) hesabı ilə məğlub edən Avstraliya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu.
Tobias Franek
Tobias Franek (29 iyul 1996) — Avstriyalı peşəkar kişi BMX velosipedçisi. Tobias Franek Avstriyanı beynəlxalq yarışlarda təmsil edir. Tobias Franek 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 34.356 saniyəlik nəticəsi ilə 76-cı yeri tutdu.
Frezer Stoddart
Frezer Stoddart (24 may 1942[…], Edinburq) — Şotland və Amerika kimyaçısı, Şimal-Qərb Universitetinin professoru, Supramolekulyar kimya və nanotexnologiyalar sahəsində mütəxəssis, Jan-Pyer Savaj və Bernard Feringa ilə birlikdə 2016-cı il kimya üzrə Nobel mükafatçısı. == Təhsil və erkən həyatı == Frezer Stoddart 24 may 1942-ci ildə Şotlandiyanın Edinburq şəhərində Tom və Jean Stoddartın ailəsində anadan olub. S. Frezer etiraf edir ki, uşaqlıq illərində tapmacalara və oyuncaqla tikinti tikməyə həvəsinin olması, onun molekulyar quruluşa marağının əsasını məhz bunun təşkil etdiyinə inanırdı. Frezer Stoddart utancaq, sakit və gənc idi. İbtidai təhsilini Midlotian ştatının Carrington şəhərindəki yerli kənd məktəbində almışdır. Daha sonra Edinburqdakı Melville Kollecində təhsilini davam etdirdi. O, 1960-cı ildə Edinburq Universitetində təhsil almağa başladı, burada ilkin olaraq kimya, fizika və riyaziyyatı mükəmməl öyrəndi. O, 1964-cü ildə kimya üzrə bakalavr dərəcəsi, daha sonra 1966-cı ildə Edinburq Universitetinin Edmund Lengli Hirst və DMV Andersonun rəhbərliyi altında akasiyalarda təbii qatranların tədqiqi mövzusunda tədqiqatlarına görə doktorluq dərəcəsi aldı. == Karyerası == 1967-ci ildə Milli Tədqiqat Şurasının elmi işçisi kimi Kuins Universitetinə (Kanada) getdi. 1970-ci ildə o, kimya üzrə müəllim kimi akademik heyətə qoşulmazdan əvvəl Imperial Chemical Industries (ICI) şirkətindən elmi işçi kimi Şeffild Universitetinə köçdü.
Fram
Fram (boğaz) — Qrenlandiya adası ilə Şpitsbergen arxipelaqını ayıran boğaz. Fram boğazı — Nansen adasını Taymır yarımadasından ayıran boğaz. Fram (gəmi) — Qütb tədqiqatlarında iştirak etmiş gəmi.
Frame Relay
Frame Relay — (kadrların retranslyasiyası) 1984-cü ildə CCITT (Consultative Committle for International Telegraph and Telephone) yaradılmış və sonra ANSI(American National Standarts Institute) tərəfindən təkmilləşdirilmişdir. == Frame Relay-ın üstün cəhətləri == X.25 protokolundan fərqli olaraq Frame Relay daha güclü informasiya axınına malik əlaqə xətləri üçün nəzərdə tutulub ki, bu da onun daha yüksək məhsuldarlıqlını və keyfiyyətini təmin edir. Bundan başqa Frame Relay-ın üstün cəhətlərindən biri də səhvlərin aşkar edilməsi üçün tsiklik-artıqlı koddan (FCS) istifadə edilməsidir. Ancaq burada həmin səhvlərin düzədilməsi mexanizmi yoxdur. == Frame Relay verilənlər blokunun formatı == Bayraqlar (flags) verilənləri hər iki tərəfdən məhdudlaşdırır (hərəsi 1 bayt). Öndəki bayraqdan sonra 2 baytlıq ünvan (address) sahəsi gəlir. Sonra verilənlər sahəsi gəlir – Data. Daha sonra 2 baytlıq FCS sahəsi gəlir. Frame Relay həm ümumi, həm də xüsusi şəbəkələrdə istifadə edilə bilər. Bu zaman Frame Relay interfeysi olan T1 multipleksorundan istifadə edilir ki, bu da başqa interfeysləri də ona qoşmağa imkan verir ( məs.səsin ötürülməsi, videotelekonfras keçirilməsi və s.).
Kazem Afradniya
Kazım Əfrəndniya (1945 – 28 Yanvar 2017) — İranlı film aktyoru. Əfrəndniya 28 yanvar 2017-ci ildə 71 yaşında vəfat etmişdir.
Razim Məmmədov
Razim Məmmədov (21 iyun 1966, Ağdü, Sisian rayonu) – Xətai Rayon İcra Hakimiyyətinin başçısı (2006–2018). Məmmədov Razim İsa oğlu 21 iyun 1966-cı ildə Qərbi Azərbaycanda, Sisiyan rayonunun Ağudi kəndində anadan olub. İlk əmək fəaliyyətinə 1983-cü ildə "Azərittifaq"ın Kitab Ticarəti idarəsində fəhlə və komplektləşdirici kimi başlayıb. 1984–1986-cı illərdə hərbi xidmətdə olub. 1991-ci ildə Moskva Kooperasiya İnstitutunun Əmtəəşünaslıq fakültəsini, 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1999-cu ildə yaradılmış "Real-İnşaat" firmasının həmtəsisçisi, 2004-cü ildə Sumqayıt şəhərində yaradılmış "Real Tibb Mərkəzi" MMC-nin təsisçisi və direktoru olub. Azərbaycan Respublikasının Prezidentinin 26 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, üç övladı var.
Razim Paşayev
Razim Paşayev — Azərbaycan bəstəkarı. Onun bir çox bəstələri illər uzunu xalq mahnısı adıyla tanınıb. Tanınmış müğənni Səyyad Əlizadənin "Sənin üçün oxuyuram" adlı kompakt—disk şəklində çıxan albomuna xalq mahnıları və onlar qədər həzin və məlahətli səslənən Razim Paşayevin bəstələri də daxil edilib. "Ədalət" qəzetinin baş redaktor müavini, şair Əbülfət Mədətoğlu yazdığı şerlərə bəstələnmiş bir kompakt-disk də dinləyicilərə məlumdur.
Rotterdamlı Erazm
Rotterdamlı Erazm (lat. Desiderius Erasmus Roterodamus; 28 oktyabr 1466[…], Rotterdam, Cənubi Hollandiya – 12 iyul 1536, Bazel) — ilahiyyatçı, alim və yazar. Erasmus Renessans dövrünün böyük nümayəndələrindən hesab olunur. Avropa İntibahının böyük ustası və klassik ədəbiyyat tədqiqatçısı, humanist alim və ilahiyyatçı. Bugünkü orta təhsili əvəz edən təhsil aldıqdan sonra Auqustin təriqətinə girərək rahib oldu. Ancaq heç bir zaman ənənəvi mənada bir rahib olaraq fəaliyyət göstərmədi; həyatını daha çox elmə həsr etmək istədiyinə görə, dini qurumlardan "cübbə geyməmək" icazəsini aldı. Paris Universitetinə daxil oldu. 1499-cu ildə İngiltərəyə gedərək, John Colet, Thomas More (Morus) kimi alimlərlə tanış oldu və bu dostluqlar nəticəsində dünyagörüşü daha da genişləndi. Papalığın düşüncələr üzərində qurduğu hegemoniyaya qarşı çıxaraq, əsl Xristianlıq ruhunu antik çağın təbiiliyində axtarırdı. İncəsənətin və elmlərin yayılmasının, Avropanın ortaq bir incəsənət və elm mərkəzində birləşməsini, humanizmin birinci şərti sayırdı.
Erazm Darvin
Erazm Darvin (ing. Erasmus Darwin; 12 dekabr 1731[…] – 18 aprel 1802[…]) — ingilis həkimi, təbiətşünası, ixtiraçı və şairi. İngilis maarifçiliyinin ən görkəmli simalarından biri. Derbi Fəlsəfə Cəmiyyətinin təsisçisi, Lichfield Botanika Cəmiyyətinin təşkilatçısı və Lunar Cəmiyyətinin yaradıcılarından biri, London Kral Cəmiyyətinin üzvü. O, köləliyin əleyhdarı idi və qadınların təhsil almasını müdafiə edirdi. Təkamülçü Çarlz Darvinin babası və antropoloq Frensis Qalton, həkim Robert Darvinin atası. İsveç Elmlər Akademiyasının ilk prezidenti Karl Linneyin əsərlərinin ingilis dilinə tərcümələrinin müəllifidir. J.J.Russonun həmsöhbəti olmuşdur.
Fraza şablonu
Fraza şablonu — ayrı-ayrı frazalar yaratmaq üçün sözlərlə doldurula bilən bir və ya bir neçə boş yerləri özündə daşıyan uzun bir fraza kollokasiyası. == Təsviri == Fraza şablonu ayrı-ayrı frazalar yaratmaq üçün sözlərlə doldurula bilən bir və ya bir neçə boş yerləri özündə daşıyan uzun bir fraza kollokasiyasıdır. Çox vaxt müəyyən boşluqları doldurmağa icazə verilən sözlərin qrammatik kateqoriyasında bəzi məhdudiyyətlər var. Fraza şablonları boşluqların müvafiq məlumatlarla doldurulmalı olduğu formalara bənzəyir. Fraza şablonu termini ilk dəfə 1983-cü ildə prosodiyanın linqvistik tədqiqatında ortaya çıxmışdır, lakin 1990-cı illərin sonlarına qədər ümumi istifadəyə gəlmədiyi müşahidə edilmişdir. Buna misal "adi səhmlər 1,72-dən 340,36-ya yüksəldi" ifadəsidir. "Snouklon" neologizmi populyar klişeləri "klonlayan" fraza şablonlarının xüsusi halına aid edilir. Məsələn, Diana Vrilandın "Çəhrayı Hindistanın göyüdür" əsərinin yanlış sitat gətirilməsi "<rəng> yeni qaradır" şablonunun yaranmasına, onun da öz növbəsində "<X> yeni <Y>dir" şablonuna çevrilməsinə səbəb olmuş ola bilər. == Həmçinin bax == Bekus-Naur forması Frazeologizm Kral öldü, yaşasın kral!
Faze Kristmas
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Fram (boğaz)
Farm boğazı (norv. Framstrædet) - Qrenlandiya adası ilə Şpisbergen arxipelaqını ayırır. Şimal Buzlu okeanına daxil olan Qrenland dənizi akvatoriyasına aiddir. Boğazın daxilində qərbdə soyuq Şərqi Qrenlandiya cərəyanı keçir. Şərqdə isə isti Norveç cərəyanının bir qolu Qərbi Şpisbergen cərəyanı keçir. Boğaz Norveç arktika ekspedisiyasının əsas gəmisi Framın şərəfinə adlandırılmışdır.
Fram boğazı
Fram boğazı (rus. Фрам пролив ) - Nansen adasını Taymır yarımadasından ayırır. Nansen adası Nordenşeld arxipelaqına daxildir. Şimal Buzlu okeanına daxil olan Kara dənizində yerləşir. Boğazın eni ən dar yerdə (Etifeeva (Nansen adası), Eremeeva (Taymır yarımadası) burunları arasında yerləşir) 2,5 km, uzunluğu 10 km, dərinliyi 33 m təşkil edir. Boğazın adı rus qütb ekspedisiya rəhbəri E.B.Tallya ilə bağlıdır. Boğazdan ilk dəfə 1900-cü ildə keçilir.