Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gülabdan buta
Buta (butə, puta) – qönçə; badamabənzər naxış növüdür. Azərbaycan ornament sənətinin çox yayılmış bəzək elementlərindən biri. == Etimologiyası == Birmənalı olaraq, «buta/puta» sozünün ilkin mənası qədim türk xalqlarının mifoloji təsəvvürlərində sakral xarakter daşıyan rəmzlə bağlıdır. Zərdüşt təliminə əsasən, buta Günəşin, müqəddəs odun rəmzi, insanı bədnəzərdən, xəstəliklərdən qoruyan pak alov dilinin stilizə olunmuş təsviridir. Azərbaycanın toponimikasında, folklorunda, tətbiqi sənətində, memarlığında bu arxetipin forma və varianları ilə bağlı çoxsaylı misallar çəkmək olar: Misir ehramlarının yaşıdı sayılan Qız qalasının konturları yüksəklikdən butaya bənzəyir. Bakı şəhərinin heraldik rəmzində də buta təsvir olunmuşdur. Butanın atəşpərəstlik dövrünə məxsus bəzək forması olduğu ehtimal edilir. Bakı, Gəncə, Ərdəbil, Təbriz, Naxçıvan, Salyan, Muğan xalçalarında, binaların daxili bəzəkləri və digər sənət nümunələrində butadan geniş istifadə edilmişdir. Buta Orta Asiya və Yaxın Şərq ölkələrinin də (Hindistanın tirmə şallarında, İranın parça və metal məmulatlarında və s.) dekorativ və tətbiqi sənətində geniş yayılmışdır. Butalar forma etibarı ilə 4 qrupa bölünür: Xalça bəzəyində işlədilən butalar ("Muğan-buta", "Salyan-buta", "Xilə-buta", "Bakı-buta", "Sarabi-buta", "Gəncə-buta", "Şirvan-buta"); Ailə həyatını təmsil edən butalar ("bala-buta", "həmli-buta", "balalı-buta", "evli-buta", "qoşaarvadlı-buta" və s.); Rəmzi mahiyyət daşıyan butalar ("cıqqa-buta", "lələk-buta", "küsülü-buta", "qovuşan-buta", "yazılı-buta" və s.); Bu qrupa müxtəlif formalı butalar daxildir: "saya-buta", "əyri-buta", "dilikli-buta", "qıvrım-buta", "şabalıd-buta", "zərxara-buta", "badamı-buta", "qotazlı-buta", "çiçəkli-buta", "yanar-buta" və s.
Gülabad
Gülabad (Piranşəhr)
Gülalan
Gülalan — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Gülalan Xaçmaz-Niyazabad yolunda yerləşir. Qaraçı İnzibati Ərazi Dairəsi tərkibindədir. Qaraçı, Qaraqurdlu, Cığatay, Hacıqurbanoba, Qarabağı kəndləri ilə qonşudur. Gülalan gölü qoruğu kəndin ərazisində yerləşir.
Gülabad (Piranşəhr)
Gülabad (fars. گل اباد‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 98 nəfər yaşayır (16 ailə).
Gülabad (Sərab)
Gülabad (fars. گل اباد‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 329 nəfər yaşayır (67 ailə).
Gülabad (Şəbüstər)
Gülabad (fars. گل اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 766 nəfər yaşayır (186 ailə).
Gülabba Xəlilov
Gülabba Ağaşirin oğlu Xəlilov (5 dekabr 1910, Həşimxanlı, Cavad qəzası – 29 dekabr 1982, Nizami, Sabirabad rayonu) — Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputat. Gülabba Xəlilov 1941–1944-cü illərdə Böyük Vətən Müharibəsində iştirak edib, 1944–1955-ci illərdə isə əmanət kassasında müdir, müfəttiş, rayon icraiyyə komitəsinin katibi və maşın-traktor stansiyasının (MTS) aqronomu işləyib. 1955-ci ildən Sabirabad rayon Jdanov adına kolxoza sədrlik edib. SSRİ Ali Soveti Rəyasət Heyətinin 10 mart 1982-ci il tarixli fərmanı ilə əməkdə göstərdiyi nailiyyətlərə və qəhrəmanlığa görə Gülabba Ağaşirin oğlu Xəlilov Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb, eyni zamanda Lenin Ordeni və "Oraq və Çəkic" qızıl medalı alıb. Sovet Azərbaycanının miqyasında G.Xəlilovu görkəmli insan hesab edilir.
Köhnə əndəmic (Gülaman)
Köhnə əndəmic (Gülaman) — Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Yuxarı Əndəmic kəndindən qərbdə arxeoli abidə. == Tarixi == Divar qalıqlarına əsasən demək olar ki. evlərin tikintisində daş və möhrədən. bəzi evlərdə kvadrat formalı çiy kərpicdən istifadə edilmişdir. Evlər dördkünc formalıdır. Onlar bir, iki, bəzən isə üç otaqlıdır. Yaşayış binaları dağın yamacında yaradılan səkilərdə inşa olunmuşdur. Tədqiqat zamanı Son Orta əsrlərə aid şirli və şirsiz keramika məmulatına rast gəlinmişdir. Araşdırmalara əsasən demək olar ki, yaşayış yerində XIV-XVIII əsrlərdə yaşayış olmuşdur.
Gülabar-i Süfla (İcrud)
Gülabar-i Süfla (fars. گلابرسفلي‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,883 nəfər yaşayır (505 ailə).
Qalaban (Mərənd)
Qalaban (fars. گله بان‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 3,042 nəfər yaşayır (703 ailə).
Qaladan-qalaya
Qaladan-qalaya – Ayrı-ayrı diaqonal üzrə tamaşaçılardan solda kişilər, sağda qadınların düzülməsi ilə ifa olunan yallının musiqisi çox məşhurdur və həmişə aşağıdakı oxuma ilə müşayiət olunur: Yallının xarakterik xüsusiyyətlərindən biri də odur ki, həm kişi, həm də qadın yallıbaşılar oyunun ifası məqamında əllərində taxtadan düzəldilmiş qılınc tuturlar. Rəqsin əvvəlində onlar həmin taxta qılıncları meydanın ortasına atırlar. Bir-birinin dirsəyindən tutaraq barmaqlarını çarpazlaşdırmış vəziyyətdə sıx duraraq sola hərəkət edilir. Hərəkətlər çox sadədir-sağa addım atmalı, sol ayağı sağın qarşısına çarpaz qoymaq lazımdır.
Qulaman (Raz və Cərgəlan)
Qulaman- İranın Şimali Xorasan ostanının Raz və Cərgəlan şəhristanının Qulaman bəxşində şəhər. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 2,867 nəfər yaşayır (860 ailə). === Milli tərkibi === Əhalisi Xorasan türklərindən ibarətdir və Xorasan-türk dilində danışırlar.
Qaladan tapılan mücrü (film, 1982)
Qaladan tapılan mücrü — rejissor Gülbəniz Əzimzadənin filmi. == Məzmun == Filmdəki hadisələr Bakıda cərəyan edir. İki məktəbli dost — Mənsur (Kamran Şahmərdanov) və Ənvər (Ülvi Səfərov) xəzinə tapmaq arzusu ilə yaşayırdılar. Bir gün uşaqlar İçərişəhərin sökülüləri arasından içərisində qiymətli daş-qaş olan mücrü tapırlar. Lakin uşaqları güdən cinayətkarlar xəzinəni ələ keçirirlər. Uşaqlar bu barədə milisə məlumat verir və quldurların tutulmasında milis əməkdaşlarına köməklik göstərirlər. Filmin yaradıcılarının ümdə məqsədi gənc tamaşaçılara vicdan, yoldaşlıq, fədakarlıq kimi məfhumlar barədə söhbət açmaq, xeyirlə şəri bir-birindən ayırmaqda onlara kömək etməkdən ibarətdir. == Festivallar və mükafatlar == 1) 1983-cü ildə Gənc nəslin təlim-tərbiyəsində bu vacib problemin yaradıcılıqla işlənməsinə görə rejissor Gülbəniz Əzimzadəyə Özbəkistan Gənclər İttifaqı MK-nın Fəxri Fərmanı verilmişdir. == Film haqqında == Film operator Ələkbər Muradovun quruluşçu operator kimi kinoda ilk işidir. 1983-1984-cü illərdə bu film digər Azərbaycan kinolentləri arasında Sovet İttifaqında tamaşaçı sayına görə (4 milyon 80 min nəfər) I yeri tutmuşdur.