Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gülabdan buta
Buta (butə, puta) — qönçə; badamabənzər naxış növüdür. Azərbaycan ornament sənətinin çox yayılmış bəzək elementlərindən biri. == Etimologiyası == Birmənalı olaraq, «buta/puta» sozünün ilkin mənası qədim türk xalqlarının mifoloji təsəvvürlərində sakral xarakter daşıyan rəmzlə bağlıdır. Zərdüşt təliminə əsasən, buta Günəşin, müqəddəs odun rəmzi, insanı bədnəzərdən, xəstəliklərdən qoruyan pak alov dilinin stilizə olunmuş təsviridir. Azərbaycanın toponimikasında, folklorunda, tətbiqi sənətində, memarlığında bu arxetipin forma və varianları ilə bağlı çoxsaylı misallar çəkmək olar: Misir ehramlarının yaşıdı sayılan Qız qalasının konturları yüksəklikdən butaya bənzəyir. Bakı şəhərinin heraldik rəmzində də buta təsvir olunmuşdur. Butanın atəşpərəstlik dövrünə məxsus bəzək forması olduğu ehtimal edilir. Bakı, Gəncə, Ərdəbil, Təbriz, Naxçıvan, Salyan, Muğan xalçalarında, binaların daxili bəzəkləri və digər sənət nümunələrində butadan geniş istifadə edilmişdir. Buta Orta Asiya və Yaxın Şərq ölkələrinin də (Hindistanın tirmə şallarında, İranın parça və metal məmulatlarında və s.) dekorativ və tətbiqi sənətində geniş yayılmışdır. Butalar forma etibarı ilə 4 qrupa bölünür: Xalça bəzəyində işlədilən butalar ("Muğan-buta", "Salyan-buta", "Xilə-buta", "Bakı-buta", "Sarabi-buta", "Gəncə-buta", "Şirvan-buta"); Ailə həyatını təmsil edən butalar ("bala-buta", "həmli-buta", "balalı-buta", "evli-buta", "qoşaarvadlı-buta" və s.); Rəmzi mahiyyət daşıyan butalar ("cıqqa-buta", "lələk-buta", "küsülü-buta", "qovuşan-buta", "yazılı-buta" və s.); Bu qrupa müxtəlif formalı butalar daxildir: "saya-buta", "əyri-buta", "dilikli-buta", "qıvrım-buta", "şabalıd-buta", "zərxara-buta", "badamı-buta", "qotazlı-buta", "çiçəkli-buta", "yanar-buta" və s.
Gülviran (Çaroymaq)
Gülviran (fars. گل ويران‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 83 nəfər yaşayır (17 ailə).
Gülinan (Soyuqbulaq)
Gülinan (fars. گلينان‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 368 nəfər yaşayır (58 ailə).
Qulfiya Yunusova
Qulfiya Yunusova ( başq. Гөлфиә Аҙнағол ҡыҙы Юнысова (Иҙелбаева) 10 sentyabr 1948, Sarışevo[d], Başqırd MSSR) — Başqırd şairəsi və tərcüməçisi, dramaturq, jurnalist. Başqırdıstan Respublikası Yazıçılar Birliyinin üzvü (1974), Başqırdıstan Respublikası Jurnalistlər Birliyinin üzvü (1979). Başqırdıstanın xalq şairi (2015). Yunusova Gulfiya 10 sentyabr 1948-ci ildə Başqırdıstan Muxtar Sovet Sosialist Respublikasının Əlşəy rayonu, Sarışevo kəndində anadan olmuşdur. Raevskiliseyini bitirdikdən sonra Başqırdıstan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur.. 1971-ci ildə Başqırd Dövlət Universitetini bitirir. 1970-ci ildən Sibay Pedaqoji Kollecində müəllim işləyir. 1973-cü ildən Sovet Başqırdıstanı qəzetinin ədəbiyyat və mədəniyyət şöbəsinin əməkdaşıdır. 1974-cü ildən "Pioner" jurnalında ədəbi işçi kimi çalışır.