Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gəlmədin (mahnı)
Gəlmədin — Dəyirman qrupu ilə Röyanın ifa etdiyi mahnı. == Haqqında == Mahnı Dəyirman qrupunun sayca beşinci musiqi albomu olan Atmosferə daxildir. Eyni ildə rejissor Ülviyyə Könül tərəfindən klipi çəkilmişdir. == Gəlmədin (2018) == 2018-ci ildə keçmiş Dəyirman qrupunun üzvü ABD Malik Röya ilə mahnının fərqli versiyasını duet şəklində oxumuşdur. Musiqi nömrəsi ABD Malikin Çata bilim albomunda da yer almışdır.
Gələşin (Salmas)
Gələşin (fars. گله شين‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ yaşayış yoxdur.
Qələbin
Qələbin — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 334 nəfərdir. == Toponimiyası == Toponim qələ (qala) və bin (alt, dib) sözlərindən ibarət olub, “qala altı, qalanın dibi” mənasındadır. Kəndin yerləşdiyi coğrafi mövqe də bunu təsdiq edir. Kənd qədim Zəməqalanın ətəyində yerləşir. Yerli əhali arasında Qalaaltı da adlanır. Rayonun Mistan inzibati ərazi vahidində eyniadlı köçəbə də vardır.
Relyefin düzəlməsi
Relyefin düzəlməsi- (rus. выравнивание рельефа, ing. levelling of relief)qalxma sahələrində denu-dasiya və enmə sahələrində akku¬mul¬yasiya proseslərinin birgə təsiri nəticəsində relyefin kontrastlığının azalması.
Relyefin inversiyası
== Relyefin inversiyası == Relyefin inversiyası (lat. inversio-əks qayda, əks paylanma)-ərazinin geoloji strukturunun əksinə olan eroziya-denudasiya mənşəli relyef formasına deyilir. Məsələn, dağ silsilələri sinklinal, dərələr isə antiklinal strukturda yerləşir.
Qələbin şəlaləsi
Qələbin — Azərbaycannın Lerik rayonunda Veri ərazisinin Qələbin kəndində yerləşən şəlalə. Talış dağlarının zirvəsində olan şəlalə yuxarı və aşağı şəlalələrdən ibarətdir. == Şəlalə haqqında == Mənbəyi təqribən dəniz səviyyəsindən 1000 metr hündürdə yerləşən Talış dağları olan şəlalənin hündürlüyü təqribən 65–70 metrdir.
Relyefin alçalan inkişafı
Relyefin alçalan inkişafı- (rus. нисходящее развитие рельефа, ing. descending evolution of relief) denudasiya proseslərinin tektonik qalxmadan üstün olduğu şəraitdə baş verir. Relyefin alçalan inkişafı üçün mütləq və nisbi yüksəkliyin azalması, yamacların hamarlanması və peneplenin əmələ gəlməsi səciyyəvidir.
Relyefin eol formaları
Küləyin dağıdıcı və ya akkumulyativ fəaliyyəti nəticəsində əmələ gələn müxtəlif relyef formalarıdır. Bu formalar: eol sütunundan, barxandan, dyundan, qum təpəsindən, qum tirəsindən və s. dən ibarətdir. Relyefin eol formaları başlıca olaraq arid iqlim şəraitində , yəni səhrada əmələ gəlir.
Relyefin müsbət formaları
== Relyefin müsbət formaları == Relyefin müsbət formaları-qurunun və ya dəniz dibinin orta hipsometrik (və ya batimetrik) səviyyəsindən yuxarıda yerləşən, yer səthinin nisbətən yüksək sahələrinə (dağ silsilələri, tirələr, vulkan konusları, barxanalar, dyunlar. qayotlar və s.) deyilir.
Relyefin mənfi formaları
== Relyefin mənfi formaları == Relyefin mənfi formaları-qurunun və ya dəniz dibinin orta hipsometrik (və ya batimetrik) səviyyəsindən aşağıda yerləşən, yer səthinin nisbətən çökək sahələrinə (göl çalaları, karst və suffoziya qıfları, dərələr, qrabenlər, sualtı kanyonlar, okean dibi çökəklikləri və.s) deyilir.
Relyefin skulptur forması
== Relyefin skulptur forması == Relyefin skulptur forması (lat.sculptura-heykəl)-denudasiya amillərinin fəaliyyəti nəticəsində aşınma materiallarının kənara aparılıb, onun yerində meydana gələn yer səthinin relyef formasına deyilir. Relyef əmələgətirici denudasiya amilinə uyğun olaraq:eroziya, buzlaq, eol, abraziya və b.relyefin skulptur formasını ayırırlar.
Relyefin struktur forması
== Relyefin struktur forması == Relyefin struktur forması (lat.structura-quruluş)-məhəllin geoloji quruluşunun xüsusiyyətlərini özündə əks etdirən relyef formasına deyilir. Relyefin struktur forması başlıca olaraq endogen proseslər nəticəsində əmələ gəlir.
Relyefin ümumi səciyyəsi
Relyefin ümumi səciyyəsi - Azərbaycan Respublikasının ümumi sahəsi 86.6 min km² olub Qafqazın kənar cənub-şərq hissəsində yerləşir və Cənubi Qafqazın çox hissəsini əhatə edir. Ərazi şərqdən 825 km məsafədə Xəzər dənizi ilə əhatələnir. Cənubda Talış dağ silsilələri və Araz çayının dərəsi ilə İran və Türkiyə ilə həmsərhəddir. Şimalda Baş Qafqaz silsiləsinin suayrıcı və Samur çayının aşağı axını ilə Dağıstan MR-ilə, qərbdə və şimal-qərbdə isə Gürcüstan Respublikası və Ermənistanla həmsərhəddir. Respublikamızın ərazisində zirvələri qar və buzlaqlarla örtülü uca dağlar, yaylalar, dağarası çökəklilklər, geniş düzənliklər, ovalıqlar bir-birini əvəz edir. Göstərilən səth formalarının hamısı relyef adlanır. Azərbaycan Respublikası ərazisinin relyefi çox müxtəlifdir. Burada düzənliklər və dağlar üstünlük təşkil edir. Azərbaycan dağlıq ölkə hesab edilsə də, ərazisinin yarıya qədəri düzənliklərdən ibarətdir. Respublikamızın əsas geomorfoloji vahidləri Böyük Qafqaz, Kiçik Qafqaz dağları, Talış dağları, Kür-Araz ovalığı, Arazyanı düzənliklərdən və silsilələrdən ibarətdir.