Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gərdiyan (Salmas)
Gərdiyan (fars. گرديان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 158 nəfər yaşayır (26 ailə).
Bərdiya
Qaumata (e. ə. VI əsr, Pasargad, Fars ostanı – e.ə. 522, Pasargad, Fars ostanı) — kahin, üsyan rəhbəri, yalançı şahzadə, hökmdar. == Həyatı və fəaliyyəti == Fars epik əsərlərinin leytmotivi olan İran-Turan qarşıdurmasının qaynağı, fars-türk münaqişələrinin başlanğıcı pers və mada əyanlarının hakimiyyət uğrunda mübarizəsi, İran imperiyası sarayındaki çevrilişlərdə gah pers, gah da mada sülalələrinin qələbəsi ilə bağlı yaranmışdır. Belə saray çevrilişlərindən biri də məşhur Qam Ata (Qaumata) üsyanıdır. Bu tarixi şəxsiyətin İran imperiyasındakı rolunu geniş tədqiq və təsvir edən onlarla iranşünasın heç biri onun etnik mənsubiyətini açmağa cəhd göstərməmişdir. Herodot bu etnik qarşıdurmanı Əhəmənilər sülaləsindən olan İran şahı Kambizin (Kuruşun oğlu) dilindən verir. Qam Ata üsyanını eşidən Kambiz ölümqabağı fars əyanlarını yanına çağırıb deyir: "Şahların öcünü sürdürən Tanrıların adını anaraq, sizlərə borcunuzun nə olduğunu söyləyirəm; bunu hamınıza, xüsusilə aranızda olan əhəmənilərə deyirəm. Taxtın madalılara keçməsinə yol verməyin, əgər hiylə ilə ələ keçirsələr, siz də hiyləyə baş vurun, əgər zorla alsalar, siz də zorla ordularınızla onların əlindən alın.
Bərdiyan (Urmiya)
Bərdiyan (fars. برديان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 318 nəfər yaşayır (46 ailə).
Gərdivan (Urmiya)
Gərdivan (fars. گردوان‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.259 nəfər yaşayır (211 ailə).
Sədiyar Rəhimov
Rəhimov Sədiyar Soltan oğlu — Sədiyar Rəhimov 25 mart 1958-ci ildə İsmayıllı rayonu, Qalacıq kəndində anadan olmuşdur. 1971-ci ildə Qalacıq kənd orta məktəbinin 8-ci sinifini qurtarıb, Bakı şəhərində 1saylı fizika-riyaziyyat təmayüllü orta məktəbinə daxil olmuşdur. 1974-cü ildə həmin məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinə daxil olmuşdur. 1977-1979-cu illərdə ordu sıralarında xidmət etmişdir. 1975-ci ildən AMEA-nın Fizika İnstitutunda işləyir. 1982-ci ildə BDU-nin Fizika fakultəsini bitirmiş, 1985-ci ildə Fizika İnstitutunun qiyabi aspiranturasına daxil olmuş və 1988-ci ildə oranı bitirmişdir. 1990-cı ildə “Ag-Sb-Te sistemində kinetik hadisələr” mövzusunda namizədlik dissertasiyasını, 2010-cu ildə isə “Yuxarıtemperaturlu ifratkeçirici Y-Ba-Cu-O, Bi-Sr-Ca-Cu-O sistemlərində elektrik yüklərinin və istiliyin daşınması hadisələri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1993-2003-cü illərdə böyük elmi işçi, 2003-cü ildən isə aparıcı elmi işçi, 2016-cı ildən laboratoriya rəhbəri və Fizika İnstitutunun İnnovasiya sektorunun rəhbəri vəzifəsində çalışır. Ag-Sb-Te sistemində kinetik hadisələr tədqiq edilmiş və alınan nəticələr ilk dəfə olaraq ikifazalı mühüt nəzəriyyəsi əsasında izah edilmişdir. 5000C temperaturunda kəskin soyudulmuş AgSbTe2 və Ag19Sb29Te52 tərkiblərinin yüksək həssas termoelektrik materialı kimı istifadə edilməsi tövsiyə edilmişdir.
Herniyar
Herniyar (lat. Herniaria) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi. == Ümumi məlumat == Yer kürəsi ərazisində fəsilənin 80-dən çox cinsi və 20000-ə qədər növü yayılmışdır. Dünya florasının tərkibində Herniyar cinsinin 45-ə qədər növü yayılmışdır. Azərbaycanda 4 növünə təsadüf edilir. Əsasən 2 növündən təbabətdə və kosmetikada istifadə edilir. Hamar herniyar – Herniaria glabra L. və tüklü herniyar – H. hirsuta L. Hamar herniyar - H.glabra L. 5-15 (20) sm uzunluğunda, gövdəsi çoxlu sayda yerə sərilmiş budaqlardan ibarət və saçaqlı oduncaqlı kökə malik olan sarımtıl-yaşıl rəngli çoxillik ot bitkisidir. == Təbii yayılması == Bitkini vegetasiya dövrü ərzində toplayırlar. Toxumu vasitəsilə çoxaldırlar. == Azərbaycanda yayılması == Hamar herniyar Azərbaycanın daşlı-çınqıllı yerlərində, çay kənarlarında, Kür ovalığında, Lənkəranın və Naxçıvan MR-in dağlıq sahələrində yayılmışdır.
Qərdaya
Qərdaya (ərəb. غرداية‎) — Əlcəzairin mərkəzi hissəsinin şimalında şəhər, eyniadlı vilayət və rayonun inzibati mərkəzi. 2005-ci ilin məlumatına görə, əhalisi 120 min nəfərdir. Şəhər Böyük Səhranın şimal kənarında, Mzab vəhasında yerləşir. Kəskin kontinental iqlimə görə, Qərdaya gecə 0 ° C-dən gündüz +46 ° C-ə qədər temperaturun düşməsi ilə xarakterizə olunur. Qum fırtınaları martdan may ayına qədər müşahidə olunur. Bununla belə, bəzən məsələn, 2008-ci ilin oktyabrında uzun sürən yağışlar nəticəsində daşqınlar baş verir. Mzab vahəsində yerləşən Qərdaya 1048-ci ildə Uarqladan, sünnilərin dini təqiblərindən qaçan ibadi qaçqınları tərəfindən qurulmuşdur. Orta əsrlərdə burada ağ və qırmızı kərpic ilə tikilmiş tikililər mövcuddur. Onların bir çoxundan bu gün də yaşayış binası kimi istifadə olunur.
Tüklü herniyar
Tüklü herniyar (lat. Herniaria hirsuta) — herniyar cinsinə aid bitki növü.
Çılpaq herniyar
Çılpaq herniyar (lat. Herniaria glabra) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin herniyar cinsinə aid bitki növü.