HARINLAMAQ

f.
1. Yaxşı bəslənməkdən, yaxşı qulluq edilməkdən kökəlmək, qızışmaq, harınlaşmaq. At bütün qışı tövlədə xama bağlanıb, yeyib harınlamışdı. “M.N.lətif.”
2. məc. Qudurmaq, azğınlaşmaq, vəhşiləşmək, harınlaşmaq.
Dəniz kimi kükrədilər, dalğa kimi döş gərdilər; Harınlamış ( f.sif. ) polislərə onlar yumruq göstərdilər. B.Vahabzadə.

Синонимы

  • HARINLAMAQ dikbaşlanmaq — lovğalanmaq
  • HARINLAMAQ dövlətlənmək — varlanmaq — zənginləşmək
  • HARINLAMAQ piylənmək — kökəlmək
HARINLAMA
HARINLAŞMA

Значение слова в других словарях