Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gərənə
Gərənə — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gərənə Bərdə r-nunun Güloğlular inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Əsl adı Qaranüydür. Gərənə bu adın təhrif forması hesab olunur.Oykonim "qara" (burada "sıx" mənasındadır) və "nüy" (Azərb. dilinin dialektlərində "çaysahili meşəlik" deməkdir) sözlərindən düzəlib, "çaysahili sıx meşəlik" mənasındadır. XIX əsrin məlumatlarına görə əkin və bağ üçün təmizlənmiş meşə yeri də yerli əhali arasında nüy adlanırdı. == İqtisadiyyatı == Uzun müddət qaz şəbəkəsi olmayan Gərənə kəndinə 2011-ci ildə qaz xətti çəkilmiş və həmin ilin noyabr ayında kəndə təbii qaz verilməsinə başlanmışdır.
Gərdasə (Piranşəhr)
Gərdasə (fars. گرداسه‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 291 nəfər yaşayır (45 ailə).
Gərənə bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Gərnə (İcrud)
Gərnə (fars. گرنه‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 71 nəfər yaşayır (21 ailə).
Qedunq Sate
Qedunq Sate Bandunq, Qərbi Yava, İndoneziyada ictimai bir binadır. Holland memar J. Qerber tərəfindən indiki İndoneziya elementlərini birləşdirən neoklassik memarlığı təsvirinə əsasən Niderland Ost-Hindi Dövlət Müəssisələrindən olan (Hökumət Sektorları Departamenti sözündən ibarətdir) bu bina 1920-ci ildə tamamlandı. Bu gün bina Qərbi Yava əyalətinin qubernatorluğu və muzey kimi xidmət edir. Onun ümumi adı Qedung sate indoneziyalıların "satay binasına" çevrilmiş bir ləqəbidir və bu binanın mərkəzi zirvəsinin şəklinə istinaddır - indoneziyanın ənənəvi yeməklərindən biri olan "satay" adına bənzəyir.
Qərinə Kərimova
Qərinə Rəhim qızı Kərimova (d. 16 iyun 1964, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikasının xalq artisti, Prezident mükafatçısı. == Həyatı == Qərinə Kərimova 1964-cü ildə Bakıda anadan olmuşdur.Q.Kərimova Ü.Hacıbəyov adına Azərbaycan Dövlət konservatoriyasının vokal fakültəsini bitirmişdir. 1986-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solistidir. Bir çox beynəlxalq vokal müsabiqələrinin (Vokalçıların M.Qlinka adına müsabiqəsi, Musiqi ifaçılarının VII Zaqafqaziya müsabiqəsi, Vokalçıların Bülbül adına I Beynəlxalq müsabiqəsi) qalib və laureatı olan Qərinə Kərimova Opera və Balet teatrının repertuarında olan bir çox milli (Nigar — "Koroğlu", Sevil -"Sevil") və klassik (Aida — "Aida", Toska — "Toska", Çio-Çio-San — "Çio-Çio-San", Mikaella — "Karmen") opera tamaşalarında aparıcı partiyaları ifa edir. 2003-cü ildə Rusiya Dövlət Akademik Böyük teatrı rəhbərliyinin dəvətilə Q.Kərimova həmin teatrın səhnəsində Puççininin "Toska" operasında Toska rolunda müvəffəqiyyətlə çıxış etmişdir. Qərinə Kərimova geniş yaradıcılıq fəaliyyəti ilə yanaşı, həm də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin vokal fakültəsinin müəllimi vəzifəsində çalışır. Qərinə Kərimova son illərdə Azərbaycan incəsənət ustalarının nümayəndə heyətinin tərkibində bir çox xarici ölkələrdə — Türkiyə, Kipr, Fransa, Almaniya, Rusiya, Ukrayna, Avstriya və s. qastrol səfərlərində olmuş və milli vokal sənətimizi ləyaqətə təmsil etmişdir. Milli vokal sənətini dünya səhnələrində ləyaqətlə təmsil etdiyinə görə istedadlı vokalçı Azərbaycan Teatr Xadimləri ittifaqı tərəfindən "Qızıl dərviş" mükafatına layiq görülmüşdür.
Ərgünə-xun
Ərgənəqon (türk. Ergenekon) və ya Ərgünə-xun (monq. Эргүнэ Хун/Ergüne xun) — mənbələrə görə Göytürklərin dirilişi ilə əlaqəli hekayə. Ərgənəqon türklərin Orta Asiyadakı əfsanəvi anayurdu. Rus tarixçi Gumilevin araşdırmalarına görə Dik Yamac mənasını daşıyır., Qədim əsərlərdəki təsvirlərə görə Ərgənəqonun Altay dağlarındakı, Beluça dağında olduğundan bəhs edilir. == Tarixi əsərlərdə == XIV əsrdə Rəşidəddin Fəzlullah ibn Əbil-Xeyrə Əli Həmədaninin qələmə aldığı Cəmi ət-Təvarix (Tarix toplusu) adlı əsərinin "Mujallad-i Awwal" (Birinci Kitabı: Monqol tarixi)in "Bab-i Awwal" (Birinci Bölüm: Türk ve Monqol qəbilələrinin tarixi)ində monqolların yaradılış dastanı olaraq qeyd edilmiş əfsanə, 17. yüzildə Şibanın nəvələrindən və Xivə xanlığının xanı olan Əbulqazi Bahadır xanın qələmə aldığı Şəcərəyi Türk adlı əsərdə də monqolların yaradılış dastanı olaraq qeyd edilmişdir, lakin bəzi mənbələrə görə də Türk dastanıdır. Bəhsi keçən hər iki tarixi mənbədə Nekuz (Nüküz) və Qiyan (Kıyan) adlı qardaşlar ilə xanımları tatarlar tərəfindən məğlub edildikdən sonra Ərgənəqon (Farsca:ارگنه قون; Ergene Qon) adı verilən dar və sıldırım bir yerə getmiş, 400 ildə sülaləsi çoxalıb Ərgənəqondan çıxmşdır. Ərgənəqondan çıxdıqları zaman yol göstərənin Börteçine olduğu düşünülməkdədir.Ancaq Göytürklərin diriliş dastanı ilə olan oxşarlıqları səbəb göstərərək Türklərə aid bir dastan olduğunu iddia edən tədqiqatçılar da var. Talat Sait Halman isə mifoloji bir varlıq olan Bozqurdun müdafiəsi sayəsində soyunun tükənmə təhlükəsindən qurtulan və yenə Bozqurtlar sayəsində dağlarla əhatə olunmuş Ərgənəqon vadisindən çıxan bir Türk toplumunun hekayəsindən bəhs edildiyini iddia edir.
Ərgünə (Həştrud)
Ərgünə (fars. رقنه‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 432 nəfər yaşayır (95 ailə).
Aşağı Qeşqünə (Soyuqbulaq)
Aşağı Qeşqünə (fars. قشقونه سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 65 nəfər yaşayır (7 ailə).
Yuxarı Qeşqünə (Soyuqbulaq)
Yuxarı Qeşqünə (fars. قشقونه عليا‎‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 62 nəfər yaşayır (6 ailə).
Boz Qurdun Harayı (1991)
Boz qurdun harayı qısametrajlı sənədli filmi rejissorlar Tofiq Məmmədov və Ramiz Əliyev tərəfindən 1991-ci ildə çəkilmişdir. "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Film Azərbaycanda 1990-cı il yanvarın 20-də həlak olmuş şəhidlərin ildönümünə həsr olunmuşdur. == Məzmun == Film Azərbaycanda 1990-cı il yanvarın 20-də həlak olmuş şəhidlərin ildönümünə həsr olunmuşdur.
Boz qurdun harayı (film, 1991)
Boz qurdun harayı qısametrajlı sənədli filmi rejissorlar Tofiq Məmmədov və Ramiz Əliyev tərəfindən 1991-ci ildə çəkilmişdir. "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Film Azərbaycanda 1990-cı il yanvarın 20-də həlak olmuş şəhidlərin ildönümünə həsr olunmuşdur. == Məzmun == Film Azərbaycanda 1990-cı il yanvarın 20-də həlak olmuş şəhidlərin ildönümünə həsr olunmuşdur.