Gərənə

GərənəAzərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.

Gərənə
40°25′54″ şm. e. 47°06′31″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Bərdə rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 73 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Gərənə xəritədə
Gərənə
Gərənə

Gərənə Bərdə r-nunun Güloğlular inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Əsl adı Qaranüydür. Gərənə bu adın təhrif forması hesab olunur.Oykonim "qara" (burada "sıx" mənasındadır) və "nüy" (Azərb. dilinin dialektlərində "çaysahili meşəlik" deməkdir) sözlərindən düzəlib, "çaysahili sıx meşəlik" mənasındadır. XIX əsrin məlumatlarına görə əkin və bağ üçün təmizlənmiş meşə yeri də yerli əhali arasında nüy adlanırdı.[1]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Uzun müddət qaz şəbəkəsi olmayan Gərənə kəndinə 2011-ci ildə qaz xətti çəkilmiş və həmin ilin noyabr ayında kəndə təbii qaz verilməsinə başlanmışdır.[2]

  1. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 284.  (az.)
  2. Bərdə rayonunun iki kəndinə təbii qaz verilmişdir[ölü keçid]