VƏRDƏNƏ

is.
1. Xəmir və s. yaymaq üçün ağacdan və s.-dən qayrılan silindrşəkilli alət.
Gənclər bir tərəfi nazik olan vərdənəyə bənzər millərdən yapışıb oynatmağa başladılar. Çəmənzəminli.
[Usta] şagirdinin vərdənə ilə yaydığı kündələri kürəyə sərir, tez-tez oda atır, neçə dəqiqə keçməmiş, buğlanan səngəkləri qızmar kürədən çıxarırdı. Mir Cəlal.

2. tex. Yeri və ya başqa bir şeyi hamarlamaq üçün işlədilən müxtəlif alətlərin adı. Əl vərdənəsi. Traktora qoşulan vərdənə. Qırı vərdənə ilə hamarlamaq.

Синонимы

  • VƏRDƏNƏ vərdənə bax oxlov

Этимология

  • VƏRDƏNƏ Ordubadda və bəzi digər rayonlarda oxlov yerinə vərdənə sözünü işlədir­lər. Sözün əsli “kərdənə”dir, fars mənşəlidir, mənası “fırlanan”, “dolanan” dem
VƏRDƏLƏMƏK
VƏRDƏNƏLƏMƏ

Значение слова в других словарях