Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şahnamə
Şahnamə (fars. شاهنامه‎)- böyük İran-fars şairi Əbülqasım Firdovsinin məşhur əsəridir. Bu əsər qədim İran tarixi, onun şahları və pəhləvanları haqqında olub Firdovsinin ən məşhur əsəri sayılır. Şahnamə poeması bütün dünyada şöhrət qazanmış və bir çox dillərə tərcümə edilmişdir. Şahnamə İran şahları, onların həyatını şeir formasinda əks etdirir. Şahnamə altmış min beytdən ibarətdir. Bu əsərin ilk nüsxəsi Moskvada çap olunub. Şahnamə İranşünaslıq elmində əhəmiyyətli mənbə olub İranın qədim tarixi haqqında geniş təsəvvür yaratmağa imkan verir. Bu kitabda əfsanəvi İran-Turan müharibələrindən də söz açılır. Firdovsi Şahnamədə nəinki özünü dahi söz ustadı kimi göstərir, həmçinin dövrünün siyasi və ictimai problemlərinə də toxunur.
Dəhnamə
Dəhnamə (On məktub) — xüsusi ədəbi janrla və bədii obrazlar sistemi ilə seçilən bir sıra şərq farsdilli və türkdilli müəlliflərin əsərləri. Dəhnamə — Əvhədi Marağalının fars dilində yazdığı poeması (1306—1307-ci illər). Dəhnamə — Yusif Əmirinin özbək dilində poeması (1429—1430-cu illər). Dəhnamə — Şah İsmayıl Xətainin azərbaycan dilində poeması (1506).
Ruhnamə
Ruhnama və ya Ruhnamə (Ruhun kitabı) – 1990–2006-cı illərdə Türkmənistan Prezidenti Saparmurat Niyazovun qələmə aldığı iki cildlik bir əsər. Türkmən millətinin təməlini vurğulayan dövlət-təbliğat vasitəsi kimi istifadə edilməsi nəzərdə tutulmuşdu.Ruhnamə türkmən mədəniyyətinə pilləli, daha sonra isə son dərəcə geniş şəkildə daxil edildi. Niyazov ilk olaraq nüsxələri ölkənin məktəb və kitabxanalarında yerləşdirdi, daha sonra içindəkilərdən imtahan edəcək qədər iləri getdi və nəticədə kitab sürücülük imtahanının bir ünsürünə çevrildi. Məktəblərdə, universitetlərdə və dövlət təşkilatlarında Ruhnamə oxumaq məcburi idi. Yeni dövlət işçiləri iş görüşmələrində kitab üzərindən imtahan olunurdu. 2006-cı ilin dekabrında Niyazovun ölümündən sonra da kitab populyarlığını yüksək olaraq saxladı. Lakin sonrakı illərdə prezident Qurbanqulu Berdiməhəmmədovun onu dövlət məktəblərinin tədris proqramından çıxarması və abituriyentlərin biliklərinin kitab üzərindən sınanması təcrübəsi dayandırdırması nəticəsində kitabın əvvəlki yayğınlığı azaldı. == Fon == Dastanlar əsrlər boyu Orta Asiyanın sosial həyatında bir çox mühüm rol oynamışdır. Regionun müasir dövrdən öncəki rəhbərləri mətni mənimsəyir və hökmranlığı üçün özləri ilə epik qəhrəmanlar arasında bir bağ yaradırdılar.Stalin bu dastanları "siyasi baxımdan şübhəli" və kütlələr arasında millətçi hissləri qızışdırmağa qadir hesab edirdi; demək olar ki, bütün mühüm türkmən dastanları 1951–52-ci illərdə qınandı və qadağan edildi. Bu dastanlar yalnız Qlasnostun başlaması ilə birlikdə yenidən gün üzünə çıxdı və Ruhnamə də həmin reabilitasiya mərhələsində yaranmışdır.
Salnamə
Salnamə - tarixi hadisələrin xronoloji ardıcıllıqla yazılması, orta əsrlərin tarixi əsərlərinin əsas növlərindən biri. Salnamə xronika ilə eyniyyət təşkil edir.
"Salnamə" Studiyası
Salnamə — Azərbaycanda film studiyası. == Tarix == 1988-ci ildə xronikal-sənədli, elmi–kütləvi və tədris filmləri birliyinin bazasında yaradıldı. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərir. Sənədli filmlər istehsal edir. Rəhbəri Nazim Hüseynovdur. 1993-cü ildən sonra isə dövlət statuslu müstəqil sənədli filmlər studiyası adlandırıldı. Hər il dövlət sifarişi ilə 1 film çəkilir. Bundan başqa süjetlər, kinoçarxlar istehsal olunur. Maliyyənin 90 faizini dövlət ödəyir. 3 dəqiqəlik lentlərə xronikal süjetlər çəkilir.
Dəhnamə (Xətai)
Dəhnamə — Azərbaycan ədəbiyyatının klassiki Şah İsmayıl Xətainin məsnəvi janrında yazdığı poema. Əsər Azərbaycan ədəbiyyatının yazılı abidəsi hesab edilir. 1506-cı ildə Azərbaycan dilində yazılan şeir əsəri Azərbaycan ədəbiyyatında məsnəvi janrında yazılan ilk poemalardan biri sayılır.Məsnəvidə aşiq oğlan (yəni şairin özü) və onun sevgilisi bir birinə on sevgi məktubu göndərirlər, buna görə də əsərin adı elə "Dəhnamə" ("On məktub") qoyulub. Poema bütövlüklə 1532 beytdən ibarətdir. == Tədqiqi və nəşri == 1923-cü ildə tədqiqatçı Salman Mümtaz XVII əsrə aid əlyazmaları istifadə edərək "Dəhnamə"nin tam olmayan siyahısını dərc etdi, indi o siyahı Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılır.1961-ci ildə Əzizağa Məmmədov "Şah İsmayıl Xətai" adlı şairin əsərlərinin ikicildliyini hazırlamışdı, orada o, "Dəhnamə"nin elmi-tənqidi mətnlərin yaradılmasının əsas prinsiplərinə baxış keçirmişdi.1967-ci ildə tədqiqatçı Qasım Həsənov "Dəhnamənin sintaksisi" (rus. «Синтаксис Дехнаме») adlı işini yayımladı, hansında ki poemanın təyini söz birləşmələrini təhlil etmişdi. Həsənov hələ 1962-ci ildə yazırdı ki, poemada olan təyini söz birləşmələrinin müasir azərbaycan dilindəki kəlmələrlə çox oxşarlıqları var.1977-ci ildə Minayə Cavadovanın "Şah İsmayıl Xətainin Leksikası ("Dəhnamə" poeması əsasında) (rus. «Лексика Шах Исмаила Хатаи (По поэме "Дехнаме")» adlı əsəri nəşr olundu, orada o, "Dəhnamə" poemasının tədqiqi tarixi və Səfəvilər dövründə Azərbaycan dilinin əhəmiyyəti haqqında yazırdı. Cavadova bu əsərində qeyd edir ki, "Dəhnamə" Xətainin ədəbi irsində xüsusi yer tutur və bu əsər Azərbaycan dilində yaradılmış mükəmməl yazılı ədəbi abidələrindən biri sayılır. == Əlyazmalar == Əfqanistanın Məzari-Şərif şəhərindəki muzeydə xəttat Mir İmad Qəzvini tərəfindən köçürülən və "Dəhnamə" məsnəvisindən başlayan əlyazma saxlanılır.Bakı şəhərində Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda XVII əsrdə tərtib edilən poemanın əlyazması saxlanılır."Dəhnamə"nin siyahılarından biri həmçinin Sankt-Peterburqda saxlanılır, onun ətraflı şərh edilmiş təsvirini Vladimir Minorskinin xahişi ilə 1923-cü ildə şərqşünas Nikolay Marr verdi.
Tur (şəhnamə)
Tur (fars. تور‎) — Firdovsinin Şahnaməsində epik bir personajdır. Əfsanəvi Şah Firidunun ikinci oğlu və Səlm və İrəcin qardaşıdır. Gənc şahzadə özünə və bacılarına hücum edən əjdaha ilə cəsarətlə vuruşanda, atası tərəfindən ona "cəsur" mənası verən Tur adı verilmişdir. Firidun imperatorluğunu övladları arasında bölür; Turanı Tura verir. Bu vəziyyət, Turanın iranlılarla mübarizəsinin başlanğıcıdır. Şahnamənin Əfrasiyab kimi ən əhəmiyyətli personajlarından bəziləri Turun nəslindən gəlir. Tur qardaşı İrəcin oğlu Mənuçöhr tərəfindən öldürülmüşdür.
Daş Salnamə Muzeyi
Daş Salnamə Muzeyi — Azərbaycanın daş plastikası tarixinə həsr edilmiş muzeydi. Muzeydə daş plastikanın bir çox növləri sərgilənir. Dövlət Bayrağı Meydanı ərazisində yerləşən Daş salnamə muzeyi Heydər Əliyev Fondu tərəfindən yaradılıb. Azərbaycanda mənəvi həyatın ən arxaik xüsusiyyətləri məhz daş plastika ənənələrində saxlanılıb. == Tarixi == Muzey 1921-ci ildə inşa olunmuş və vaxtilə neft mədənlərinin enerji təminatı üçün nəzərdə tutulmuş elektrik stansiyasının binasında yerləşir. Sonralar bina tamamilə bərpa edildi. Bərpa işlərindən sonra Daş salnamə muzeyi kimi fəaliyyət göstərir.Muzeyin açılışı 2015-ci il iyunun ayının 8-də baş tutdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva muzeylə tanış olublar. == Ekspozisiya == Azərbaycanın müxtəlif guşələrində aşkar edilmiş çoxlu sayda daş plastikasının nümunələri ilə yanaşı, qədim eksponatların əhəmiyyətli hissəsini funksional məna daşıyan və heç bir bəzəyi olmayan müxtəlif məişət əşyaları təşkil edir. "Daş salnamə" sərgisinin ekspozisiyası daş plastikanın bir çox növlərini əhatə edir.
Salnamə (film studiyası)
Salnamə — Azərbaycanda film studiyası. == Tarix == 1988-ci ildə xronikal-sənədli, elmi–kütləvi və tədris filmləri birliyinin bazasında yaradıldı. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərir. Sənədli filmlər istehsal edir. Rəhbəri Nazim Hüseynovdur. 1993-cü ildən sonra isə dövlət statuslu müstəqil sənədli filmlər studiyası adlandırıldı. Hər il dövlət sifarişi ilə 1 film çəkilir. Bundan başqa süjetlər, kinoçarxlar istehsal olunur. Maliyyənin 90 faizini dövlət ödəyir. 3 dəqiqəlik lentlərə xronikal süjetlər çəkilir.
"Salnamə" sənədli filmlər studiyası
Salnamə — Azərbaycanda film studiyası. == Tarix == 1988-ci ildə xronikal-sənədli, elmi–kütləvi və tədris filmləri birliyinin bazasında yaradıldı. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərir. Sənədli filmlər istehsal edir. Rəhbəri Nazim Hüseynovdur. 1993-cü ildən sonra isə dövlət statuslu müstəqil sənədli filmlər studiyası adlandırıldı. Hər il dövlət sifarişi ilə 1 film çəkilir. Bundan başqa süjetlər, kinoçarxlar istehsal olunur. Maliyyənin 90 faizini dövlət ödəyir. 3 dəqiqəlik lentlərə xronikal süjetlər çəkilir.
Şah İsmayıl Səfəvinin tarixi (salnamə)
"Şah İsmayıl Səfəvinin tarixi" (Farsca: تاریخ شاه اسماعیل صفوی) “Tarix-i şah İsmayıl-i Səfəvi” - I Şah İsmayılın naməlum (adı bilinməyən) tarixçisi tərəfindən ədəbiyyatda şərti olaraq “Tarix-i şah İsmayıl-i Səfəvi” (“Şah İsmayıl Səfəvinin tarixi”) adını almış, I Şah İsmayılın həyatının salnaməsi yazılmışdır. Əsər I İsmayılın əcdadları haqqında qısa tarixi ekskursla başlanır, onun gəncliyində baş verən hadisələri işıqlandırır, Səfəvilər dövlətinin banisinin bütün şahlıq dövrünü əhatə edir və onun oğlu I Şah Təhmasibin Təbriz taxtına çıxması ilə başa çatır. Əsər tam nəşr olunmamışdır. Yalnız I İsmayılın həyatının ilk illərinə (1499-cu ilədək) aid olan parçalar keçən yüzilliyin sonunda Denison Ross tərəfindən ingilis dilinə tərcümədə dərc olunmuşdur. Salnamənin iki əlyazma nüsxəsi məlumdur: onlardan biri Londonda - Britaniya muzeyində, digəri isə Kembric Universitetinin kitabxanasında saxlanılır. == Mənbə == Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti.
Qaynama
Qaynama — mayenin bütün həcmində buxar əmələgəlmə hadisəsi. Qaynama zamanı doymuş buxarla dolu olan qabarcıqlar hidrostatik və atmosfer təzyiqlərinə üstün gələrək mayenin səthinə çıxıb dağılır və həmin buxarı fəzaya buraxır. Qaynama temperaturu mayenin növündən və xarici təzyiqdən asılıdır. Məsələn, su 1 atmosfer təzyiqində 100°C-də qaynadığı halda 15,5 amosfer təzyiqdə 200°C-də qaynayır. Xarici təzyiq sabit olduqda qaynama zamanı mayenin temperaturu dəyişmir və ona verilən istilik miqdarı tamamilə buxar əmələ gəlməsinə sərf olunur. Həmin təzyiq artdıqca qaynama temperaturu da artır (əksi də doğrudur) və onun ən böyük qiyməti böhran temperaturuna bərabər olur. Saf maye öz qaynama temperaturundan yuxarı temperaturlara qədər qızdırıla bilir və bu zaman qaynama baş vermir. Belə maye ifrat qızmış maye adlanır. Bu hal metastabildir. Həmin mayeni tərpətdikdə və ya ona başqa qatışıqlar əlavə etdikdə qaynama dərhal başlayır.
Qətnamə
Qətnamə — dövlət idarəetmə orqanları müxtəlif kollegiyal və ictimai orqanlar, qurultaylar, konfranslar, müşavirələr, yığıncaqlar tərəfindən mühüm məsələləri həll etmək üçün qəbul edilir. Dövlət idarəetmə orqanları tərəfindən qəbul olunmuş qətnamələr, normativ olmaqla bütün müəssisə və təşkilatlar tərəfindən yerinə yetirilməsi məcburi xarakter daşıyır.Qətnamə – 1)hər hansı məsələnin kollegial orqanın, məclisin və s. iclasında müzakirəsi nəticəsində qəbul edilən qərar; 2)məhkəmə qətnaməsi hüquqa görə birinci instansiya məhkəməsinin mülki işə mahiyyət üzrə baxması və həll edib qurtarması barədə qərarı. == İstinadlar == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Qannam
Qannam (kor. 강남구) — Seul şəhərinin rayonu. == Tarixi == == Populyar mədəniyyətdə == 2012-ci ildə PSY-ın Gangnam Style mahnısı Qannam rayonu haqqındadır. Mahnının YouTube-a yüklənən videosunu ilk dövrlərdə 350 milyondan çox adam izləmiş və bununla da o Ginnesin Rekordlar Kitabına daxil olmuşdur.
Qaynama nöqtəsi
Qaynama nöqtəsi — buxar təzyiqi xarici təzyiqə bərabər olduqda mayenin əldə etdiyi temperaturudur. Yüksək buxar təzyiqi olan mayelər uçucudur və aşağı qaynama nöqtələrinə malikdir. Yüksək qaynama nöqtələri olan mayelərin, vakuum prosesi ilə buxar təzyiqini artıraraq otaq temperaturunda qaynadılması mümkündür.