Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gecikmiş gündəlik (film, 1986)
== Məzmun == Film Azərbaycanın ilk diplomatı İbrahim Əbilovun qısa, lakin mənalı ömrünə və fəaliyyətinə həsr olunmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Cəmil Fərəcov Ssenari müəllifi: Cəmil Fərəcov Operator: Sərdar Vəliyev Səs operatoru: Nataliya Nuriyeva == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 331.
Dəlinmiş yarğanotu
Thlaspi perfoliatum L. = Microthlaspi perfoliatum (L.) F. K. Mey. == Qisa morfoloji xüsusiyyətləri == Hündürlüyü 3-30 sm olan, çılpaq, göyümtülyaşıl rəngli, birillik ot bitkisidir. == Yarpaq == Gövdə yarpaqları tamkənarlıdır, gövdə həcmini artıran olub, dəyirmi qulaqcıqlıdır. Kökətrafı yarpaqları saplaqlıdır. == Çiçək == Ləçəkləri ağ rəngdədir, kasacıqdan iki dəfə uzundur. Qınları əksinəyumurtaşəkillidir, qanadları dairəvi olub, damarlanması aydın seçilmir. == Çiçəkləməsi == Aprel-May == Meyvə verməsi == May-İyun == Azərbaycanda yayılması == Abşer., Qob.,BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi. Nax., Lənk., Muğ. Ovalıqdan, orta dağ qurşağına qədər. == Yaşayış mühiti == Çəmənlərdə, kollar arasında, alaqlı və çaqıl daşlı yerlərdə rast gəlinir.
Mustafa Kamalın Samsuna gəlişi
Mustafa Kamalın Samsuna gəlişi (türk. Mustafa Kemal'in Samsun'a çıkışı) — 1919-cu ilin 19 may tarixində 9-cu Ordu müfəttişi Mustafa Kamalın Bandırma gəmisi ilə etdiyi səfərin sonunda Samsuna çatması hadisəsi. Bu hadisə Türkiyə İstiqlaliyyət müharibəsinin başlanğıcı olaraq qəbul edilir.Samsunda yunan qrupları və türk xalqı arasında meydana gələn toqquşmaların yatırılması üçün Osmanlı hökuməti tərəfindən Mustafa Kamal vəzifələndirilmiş və ona 9-cu Ordunun müfəttişliyi vəzifəsi verilmişdir. Buna əsasən müfəttiş, vəzifə bölgəsinə Bandırma gəmisi ilə çatmış və 1 həftə ərzində Qazi Muzeyində qalmışdır. Bu müddət ərzində bölgədə əmələ gəlmiş toqquşmaların səbəbini araşdırmış və işğalçılara qarşı birbaşa türk müqavimət təşkilatlarının yaradılmasında ciddi rol oynamışdır. Mustafa Kamal 1 həftəlik müddətin sonunda Havzaya yönəlmişdir. Havzada keçirdiyi 17 günün sonunda isə şəhərdən ayrılaraq Amasyaya hərəkət etmişdir. == Anadoluda ümumi vəziyyət == Osmanlı İmperiyası 1918-ci ilin sonlarına doğru Birinci Dünya müharibəsindən məğlub ayrılmış, Mudros müqaviləsini imzalayaraq artıq dağılma dövrünün sonuna gəlmiş bir dövlət halında idi. Avropa dövlətlərinə görə xəstə adam olaraq xarakterizə edilən Osmanlı İmperiyası imzaladığı atəşkəs ilə boğazların hakimiyyətini, yeraltı qaynaqların istifadə haqqlarını və donanma ilə ordu üzərindəki bütün əmr haqqlarını Antanta dövlətlərinə təslim etmiş olur.Mudros müqaviləsinin ardınca İzmir yunanlar, Adana fransızlar, Antalya və Konya italyanlar tərəfindan işgal edilmişdi. Bunlarla bərabər Urfa, Maraş, Antep, Merzifon və Samsuna ingilis əsgərləri daxil olmuş, İstanbulda isə Krallıq donanması yerləşmişdi.
XI qırmızı ordu hissələrinin Bakıya gəlişi (film, 1920)