Mustafa Kamalın Samsuna gəlişi

Mustafa Kamalın Samsuna gəlişi (türk. Mustafa Kemal'in Samsun'a çıkışı) — 1919-cu ilin 19 may tarixində 9-cu Ordu müfəttişi Mustafa Kamalın Bandırma gəmisi ilə etdiyi səfərin sonunda Samsuna çatması hadisəsi. Bu hadisə Türkiyə İstiqlaliyyət müharibəsinin başlanğıcı olaraq qəbul edilir.[1]

Mustafa Kamalın Samsuna gəlişi
Tarix 19 may 1919
Yeri Samsun
Nəticəsi Türkiyə İstiqlaliyyət müharibəsinin başlaması
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Samsunda yunan qrupları və türk xalqı arasında meydana gələn toqquşmaların yatırılması üçün Osmanlı hökuməti tərəfindən Mustafa Kamal vəzifələndirilmiş və ona 9-cu Ordunun müfəttişliyi vəzifəsi verilmişdir.[2] Buna əsasən müfəttiş, vəzifə bölgəsinə Bandırma gəmisi ilə çatmış və 1 həftə ərzində Qazi Muzeyində qalmışdır. Bu müddət ərzində bölgədə əmələ gəlmiş toqquşmaların səbəbini araşdırmış və işğalçılara qarşı birbaşa türk müqavimət təşkilatlarının yaradılmasında ciddi rol oynamışdır.[3] Mustafa Kamal 1 həftəlik müddətin sonunda Havzaya yönəlmişdir. Havzada keçirdiyi 17 günün sonunda isə şəhərdən ayrılaraq Amasyaya hərəkət etmişdir.

Anadoluda ümumi vəziyyət

[redaktə | mənbəni redaktə et]
Müdafiə Nazirliyinin Mustafa Kamalı 9-cu Ordu Müfəttişliyinə təyinat əmri.

Osmanlı İmperiyası 1918-ci ilin sonlarına doğru Birinci Dünya müharibəsindən məğlub ayrılmış, Mudros müqaviləsini imzalayaraq artıq dağılma dövrünün sonuna gəlmiş bir dövlət halında idi. Avropa dövlətlərinə görə xəstə adam olaraq xarakterizə edilən Osmanlı İmperiyası imzaladığı atəşkəs ilə boğazların hakimiyyətini, yeraltı qaynaqların istifadə haqqlarını və donanma ilə ordu üzərindəki bütün əmr haqqlarını Antanta dövlətlərinə təslim etmiş olur.[4]

Mudros müqaviləsinin ardınca İzmir yunanlar, Adana fransızlar, AntalyaKonya italyanlar tərəfindan işgal edilmişdi. Bunlarla bərabər Urfa, Maraş, Antep, Merzifon və Samsuna ingilis əsgərləri daxil olmuş, İstanbulda isə Krallıq donanması yerləşmişdi.[5] Bunlara qarşı olaraq türklər tərəfindən Frakiya-Paşaəli Müdafiə Hüquq Cəmiyyəti, Vilayəti Şərqiyə Müdafiə Hüququ Milli Cəmiyyəti, Rəddi İlhaq Cəmiyyəti kimi cəmiyyətlər qurulmuş və işğalı sonlandırmanın çarələri barəsində düşünülməyə başlanmışdı.[6]

Müfəttişlik vəzifəsinin verilməsi

[redaktə | mənbəni redaktə et]
Mustafa Kamalı Samsuna aparan Bandırma Gəmisinin rəsmi.
Bandırma Gəmisinin Samsundakı Şərq Parkında yerləşən və muzey olaraq istifadə edilən surəti.

Bu dövrdə bütün Osmanlı torpaqlarında olduğu kimi Samsunda da işğalçılarla türk xalqı arasında silahlı toqquşmalar yaşanmağa başlamışdı. Bununla əlaqədar Artur Kalforpun imzası ilə Antanta dövlətləri Osmanlı hökumətinə bir nota vermiş və bölgədəki qarışıqlıqların aradan qaldırılmasını istəmiş, əks halda Mudros müqaviləsinin yeddinci bəndinə əsasən bölgənin işğal ediləcəyini bəyan etmişdir.[7] Dövrün Hərb naziri olmuş Abuk Əhməd Paşa ilə Sədrəzəm Kürəkən Fərid Paşa qarışıqlıqların aradan qaldırılması vəzifəsi üçün Mustafa Kamalı uygun görmüş, özünə bu vəzifə Abuk Əhməd Paşa tərəfindən bildirilmiş və vəzifə Mustafa Kamal tərəfindən qəbul edilmişdir.[8] Mustafa Kamal bu görüşdən sonra dövrün Baş qərargah ikinci sədri olan Kazım İnanç ilə görüşmüş və səlahiyyətlərini müzakirə etmişdir. Ona 9-cu Ordu müfəttişliyi verilmiş, vəzifə səlahiyyətlərinin göstərildiyi fərman imzalanmışdır.[2] Əlavə olaraq Mustafa Kamal bu fərmanda qeyd edilən bəzi bəndləri birbaşa özü yazmışdır.[9] Müfəttişlik vəzifə və səlahiyyətlərinin yer aldığı fərmanın, vəzifələri ehtiva edən maddələr qısa olaraq bu şəkildədir:

  1. Bölgədə sabitliyin qurulması və baş vermiş hadisələrin səbəbinin araşdırılması.
  2. Bölgədə haqqında danışılan silah və sursatların toplanaraq Osmanlı anbarlarına yerləşdirilərək qorunması.
  3. Bölgədə yerləşdiyi iddia edilən türk müqavimət birliklərinin dağıdılması

Ayrıca olaraq fərmanda Mustafa Kamalın 3 və 4 nömrəli korpuslarla birgə Diyarbəkir, Bitlis, Elazığ, AnkaraKastamonu vilayətlərinin korpus komandirlərinə birbaşa əmr verə biləcəyi səlahiyyət bəndlər arasında göstərilmişdir.[10] Bu fərman ilə 9-cu Ordu müfəttişi Mustafa Kamal, Anadolu coğrafiyasının bütün şərq qisminə əmir verəbiləcək rütbəyə yüksəlmişdir.

Müfəttişlik vəzifəsini özünün İstanbuldan uzaqlaşdırılması üçün verilmiş bir vəzifə olaraq düşünən [11] Mustafa Kamal müəllifi olduğu Nitq adlı əsərinin 1-ci bölməsində yer alan Mənim qərarım adlı qismində vəzifəni qəbul etməsinin arxasındakı düşüncələrini bu şəkildə qələmə almışdır[12]:

" Osmanlı ölkələri bütünlüklə parçalanmışdı. Ortada bir ovuc türkün sığındığı bir ata yurdu qalmışdı. Son problem, bunun da paylaşılmasını təmin etmək üçün məşğul olmaqdan başqa bir şey deyildi. Osmanlı dövləti, onun müstəqilliyi, padşah, xəlifə, hökumət, bunların hamısı mənasını itirmiş mənasız sözlərdi.

Nəyin və kimin toxunulmazlığı üçün kimdən və nə kimi yardım istəmək düşünülürdü?

Elə isə sağlam və gerçək qərar nə ola bilərdi?

Bəylər, bu durum qarşısında bir tək qərar vardı. O da xalq hökmranlığına söykənən, tam müstəqil yeni bir Türk dövləti qurmaq.

Budur, daha İstanbuldan çıxmadan öncə düşündüyümüz və Samsunda Anadolu torpaqlarına ayaq basar basmaz tətbiq etməyə başladığımız qərar, bu qərar olmuşdur.

"

Falih Rıfkı AtayMahmud Nedim Soydanın xatirələrinə əsaslanan Nitq öncəsi Atatürk danışır adlı kitabda Mustafa Kamalın səfər öncəsi VI Mehmed Vahidəddin ilə görüşdüyü və padşahın ona bunları söylədiyi yazılmışdır[13]:

" Paşa, paşa! İndiyədək dövlətə çox xidmət etdin. Bunların hamısı artıq bu kitaba girmişdir, tarixə keçmişdir!.. Bunları unudun, əsl indi edəcəyiniz xidmət hamısından daha önəmli ola bilər! Paşa, paşa... Dövləti xilas edə bilərsən!.. "

Samsuna hərəkət

[redaktə | mənbəni redaktə et]

15 may 1919-cu ildəki bu görüşmədən sonra özü üçün hazırlanan və onu Samsuna aparacaq Bandırma gəmisinin kaptanı İsmail Haqqı Bəyi otağına çağıraraq səfər haqqında məlumat almış ve ertəsi gün günorta hərəkət edəcəklərini bildirmişdir. Səfər günü gəmi, Sirkəçi stansiya sahillərində ingilislər tərəfindən axtarış işlərinin aparılmasına və nəzarətə tabe tutulmuş[14]Mustafa Kamal, Beşiktaş körpüsündən Qız qülləsi (İstanbul) sahillərində gəmiyə minmişdir. Gəmi hərəkət etməzdən öncə Rauf Bəy Mustafa Kamala gəminin işgalçı qüvvələrə mənsub bir torpedo tərəfindən təqib ediləcəyini və batırılacağını xəbər aldığını bildirmiş, fəqət o, səfərin planlanşdırıldığı kimi davam edəcəyini söyləmişdir.[11]

Gəmi Mustafa Kamal və 18 əsgərlə bərabər 16 may 1919-cu il tarixində günorta İstanbuldan Samsuna doğru yola çıxmışdır. Rauf Bəyin gördüyü ingilis gəmisi Bandırma Gəmisini izləməyə başlamış ancaq Qara dənizə açıldıqdan sonra fırtınalı havada izlərini itirmişdir. Mustafa Kamal, İsmail Haqqı Bəyə sahilə yaxın bir xətt ilə irəliləməsini və düşmənin hücumu olduğu halda gəmini ən yaxın sahilə çəkməsini əmr etmişdir.[15] Sərt havada, dalğalı bir dənizdə irəliləyən gəmi 17 may tarixində gecə saat 23:00 radələrində İnebolu Limanına girmiş,[16] 18 may tarixində günorta saat 12:00-da Sinop Limanına yaxınlaşmışdır.[11] Baş leytenant Hikmət Bəy qayıq ilə sahilə çıxmış və yolda olduqlarını Samsun Bölmə Komandirliyinə teleqraf ilə xəbər vermişdir. Bandırma Gəmisi, bu teleqrafdan bir gün sonra, 19 may 1919-cu ildə Samsuna çatmışdır.[5]

Mustafa Kamal ilə Samsuna yola çıxan əsgərlər bunlardır[17]:

  • Kazım Dirik — Müfəttişlik qərargah rəisi
  • Mehmet Arif Bəy — Qərargah rəisi köməkçisi
  • Hüsrəv Gerede — Birinci şöbə müdiri
  • Kamal Doğan — Müfəttişlik topçu komandiri
  • İbrahim Tali Öngörən — Ordu səhiyyə rəisi
  • Rafiq Saydam — Səhiyyə müdir köməkçisi
  • Cevat Abbas Gürər — Müfəttişlik yavəri
  • Müzəffər Kılıç — Müfəttişlik ikinci yavəri
  • Əli Şövkət Öndərsev — Müfəttişlik komandiri
  • Hayati Bəy — Qərargah rəisi
  • Yüzbaşı Mümtaz Bəy
  • Yüzbaşı İsmayıl Haqqı Bəy
  • Yüzbaşı Mustafa Bəy — Qərargah komandiri
  • Baş leytenant Abdullah Bəy — İaşe zabiti
  • Birinci Sinif Katib Faiq Bəy — Şifrə katibi
  • Dördüncü Sinif Katib Məmduh Bəy — Şifrə katibi köməkçisi
  • Refet Bey — 3. Kolordu komandiri
  • Hikmət Bəy — Refet Bəyin yavəri

Samsun günləri

[redaktə | mənbəni redaktə et]

19 may tarixində Tütün Estakadasından Samsuna çıxan[18] Mustafa Kamal vəzifəsinə aid işləri yerinə yetirmək üçün hərəkətə keçmiş və bəzi dəyərləndirmələr etmişdi. Bu dəyərləndirmələr nəticəsində yunan dəstələrinin müsəlman xalqa hücum etdiyi, yerli idarəçilərin isə xarici dövlətlərin vəziyyətə qarışması ilə bu hadisələrə müdaxilə edə bilmədiyi qənaətinə gəlmişdir.[3] Nəticədə Canik qubernatorunu vəzifəsindən azad edərək yenisini təyin etmiş və bölgədə baş verən qarışıqlıqlara xarici əsgərlərə önəm vermədən dərhal müdaxilə etməsini əmr etmişdir.[3]

ƏrzurumAnkarada olan korpuslar ilə əlaqə quran Mustafa Kamal müfəttişlik vəzifələri arasında yer alan "bölgədə yer aldığı iddia edilən türk dirəniş qruplarının dağıdılması"nı yerinə yetirmək bir kənara öz əli ilə milli dirəniş təşkilatlarının qurulmasında təşəbbüskar olmuşdur.[3]

Mustafa Kamal tamamilə ingilis yoxlaması altında olan şəhərdə milli hərəkatın idarə edilməyəcəyi qənaətinə gəlmiş və 25 may günü Havzaya hərəkət etmişdir.[19] Havzada keçən günlərində AnkaraKonyadakı korpus komandirləri ilə teleqraflaşmış, ölkədəki ümumi durum haqqında məlumat almağa çalışmışdır.

Bir həftə Samsunda, 17 gün də Havzada qalan Mustafa Kamal bu müddətdə Anadolunun və xalqın ümumi durumu haqqında məlumat alaraq milli hərəkatın ideya təməllərini yaratmışdır.[20] Bununla bərabər 28 may 1919 tarixində müdafaa-i hüquq cəmiyətlərinə göndərdiyi bir təmimnamə ilə İzmirin işğalına etiraz edilməsini istəmiş və bunun nəticəsində bütün Anadoluda 96 mitinq keçirilmişdir.[21] Bu, Osmanlı hökuməti tərəfindən xoş qarşılanmamış və onun İstanbula geri dönməsi əmr edilmişdir.[22] Müdafiə Nazirliyinə əyləndirici bir teleqraf göndərən müfəttiş 12 iyun 1919 tarixində Amasyaya hərəkət etmiş və burada bir təmimnamə elan ederək açıq şəkildə Milli Mücadilənin başladığını elan etmişdir.[23]

19 may 1935 tarixində Samsundakı qeyd etmələrdən bir görüntü. Mustafa Kamalın Samsuna çıxışı canlandırılır.

Türkiyə Cümhuriyyətinin quruluşuna gedən yolun ilk dayanacağı kimi qəbul edilən bu hadisə türk tarixindəki dönüş nöqtələrindən biridir.[24] Şərq Məsələsi adı altında yox edilməsi planlaşdırılan türklər üçün 19 may 1919 tarixi milli azadlıq, müasirləşmə və demokratikləşməyə gedən yolun ilk addımıdır.[25]

Bu gün Atatürkün çox önəm verdiyi bir gündür.[26] Atatürk, cümhuriyyət qurulduqdan sonra 19 may tarixinin önəmini, bu günü doğum günü kimi qəbul edərək göstərmişdir.[27]

Bundan savayı 19 may tarixi, 1938-ci ildən bəri milli bayram olaraq qeyd edilir.[28] Ancaq Atatürk "doğum günüm" dediyi 19 may qeyd etmələrinə sadəcə bir dəfə qatıla bilmişdir.[29]

İndiki zamanda Mustafa Kamalın Samsuna çıxışı ilə bağlı müxtəlif şərhlər mövcuddur. Bu şərhlər isə VI Mehmed Vahidəddinin Türk Milli Hərəkatına dəstək verib vermədiyi mövzusu ətrafında dolaşır. Mətin Hülaqünün yazdığı Yurdsuz İmperator Vahidəddin adlı kitab[30] bu iddiaların yer aldığı kitablardandır. Kitabda ingilis gizli sənədlərinə söykənərək VI Mehmed Vahidəddinin Mustafa Kamala 40.000 məcidiyə verdiyi və Türk Milli Hərəkatını dəstəklədiyi qeyd edilir.[31] Ancaq Turqut Özakman bir konfransında bu iddiaların gerçək olmadığını müdafiə etmişdir.[32] Bundan başqa Mustafa Kamal, Nitq adlı əsərində VI Mehmed Vahidəddinin Türk Milli Hərəkatına dəstək verməsi bir yana, bu hərəkəti mənimsəməyə çalışdığını bildirmiş və haqqında vətən xaini deyərək bəhs etmişdir.[5]

  1. Atay, Mehmet. "TÜRK ULUSAL KURTULUŞ HAREKETİNİN BAŞLANGICI". meb.gov.tr. 2013-11-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-10-21.
  2. 1 2 Bozdağ, İsmet: 119. səh.
  3. 1 2 3 4 Atatürk, Mustafa Kemal. "Ordu İle İlişki". Nutuk.[ölü keçid]
  4. "Mondros Mütarekesi (Ateşkes Anlaşması)". Mondros Limanı: kultur.gov.tr. 30 oktyabr 1918. 6 May 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 October 2018.
  5. 1 2 3 Atatürk. "Türk Yurdunun Genel Durumu". Nutuk. kultur.gov.tr. 2011-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-10-21.
  6. Atatürk, Mustafa Kemal. "Düşünülen Kurtuluş Yolları". Nutuk. kultur.gov.tr.[ölü keçid]
  7. Bozdağ, İsmet: 115. səh.
  8. Bozdağ, İsmet: 116. səh.
  9. Atatürk, Mustafa Kemal. "Müfettişlik Görevimin Geniş Yetkileri". Nutuk. kultur.gov.tr.[ölü keçid]
  10. Bozdağ, İsmet: 120. səh.
  11. 1 2 3 "Bir kurtuluş hikayesi: Samsun'a çıkış". ntvmsnbc.com. 23 may 2006. 10 December 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 November 2018.
  12. Atatürk, Mustafa Kemal. "Benim Kararım". Nutuk. kultur.gov.tr. 22 May 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 November 2018.
  13. Bozdağ, İsmet: 132. səh.
  14. Bozdağ, İsmet: 133. səh.
  15. Kayseri Akın Gazetesi, Burhanettin Akbaş
  16. Milliyet Gazetesi, 15 noyabr 1998, 79 yıllık ayıptan kurtuluyoruz
  17. "MUSTAFA KEMAL'in SAMSUN'a ÇIKIŞI". ataturk.net. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-16.
  18. "Kurtuluş yolu ve Tütün İskelesi projesi". 8 fevral 2010. Archived from the original on 2015-03-15. İstifadə tarixi: 2019-01-05.
  19. "Atatürk'ün Samsun'a Çıkışı". 2016-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-16. (#first_missing_last)
  20. Atatürk, Mustafa Kemal. "Ulusal Örgütler Kurulması ve Ulusun Uyarılması". Nutuk.[ölü keçid]
  21. Şahingöz, Mehmet. "İzmir, İstanbul ve Maraş'ın İşgaline Tepkiler". Ankara, 1986. 2015-03-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-16.
  22. Yeşilbursa, Behçet Kemal. "ATATÜRK'ÜN 19 MAYIS 1919'DA SAMSUN'A ÇIKIŞI VE TÜRKİYE'DE MİLLİ EGEMENLİK İLKESİNİN GERÇEKLEŞMESİ". 2013-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-16.
  23. Kodaman, Bayram. Millî Hakimiyet Fikrinin Gelişmesi. Samsun: TBMM Kültür, Sanat ve Yayın Kurulu Yayınları.
  24. "Milli mücadelenin dönüm noktası: 19 may". Anadolu Ajansı. 25 may 2007. 10 December 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 December 2018.
  25. Özüçetin, Yaşar. "MİLLÎ MÜCADELE İÇERİSİNDE "19 MAYIS 1919"" (PDF). 20 sentyabr 2004. 2012-12-10 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-12-16.
  26. Akyol, Ahmet. "Baba Soyunun Köyü: Kocacık". 19 may 2006.[ölü keçid]
  27. İnan, Afet. "Atatürk'ün Doğum Tarihi Üzerine". oktyabr 1980. 12 May 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 September 2020.
  28. Çetinoğlu, Neşe. "19 MAYIS 1919 TARİHİNİN ANLAMI VE ÖNEMİ". 2011-12-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-16.
  29. "19 may, Atatürk'ün 'doğum günüm' dediği gündü". Anadolu Ajansı. 19 may 2010.[ölü keçid]
  30. Hülagü, Metin. Yurtsuz İmparator Vahdeddin. Timaş Yayınları. ISBN 9752636903.
  31. Günal, Bülent. "M. Kemal'i Vahdettin mi gönderdi?". 2012-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-16.
  32. Özakman, Turgut. "İŞGALCİ NAMUSU KADAR OLAMAMAK." 24 fevral 2009. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-16.
  • Bozdağ, İsmət. Hüseyn Movit (Ed.). Nitq Öncəsi Atatürk Danışır (Çap edilmiş). Topqapı: Truva Yayınları.