Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məsturə Avşar
Məsturə Cəmşid xan Məcdüssəltənə qızı Avşar (1898-1951)—İranın ictimai xadimi. == Həyatı == Məsturə xanım Cəmşid xan Məcdüssəltənə qızı 1898-ci ildə Urmiya şəhərində dünyaya zinət vermişdi. Türk, fars, rus və fransız dillərini bilirdi. "Vətənsevər qadınlar" cəmiyətinin üzvi idi. Möhtərəm xanım Iskəndərinin ölümündən sonra bu cəmiyyətin başçısı oldu. Onun başçılığı ilə Iranda qadınların qurultayı keçirildi. Rza şah Pəhləvinin əmri ilə bu cəmiyyət qapandı. Məsturə Avşar "körpələr evi"nə rəhbərlik edirdi. Məsturə Avşar 1951-ci ildə vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Aydın Avşar, Avşarlar, Bakı, "Şuşa", 2008, 352 səh.
Mahşərəf xanım Məsturə
Mahşərəf Ərdəlan və ya Mahşərəf xanım Məsturə (1805, Sənəndəc – 1848, Süleymaniyyə) — kürd şairəsi, tarixçisi və yazıçısı. == Həyatı == Mahşərəf xanım Məsturə 1805-ci ildə Sənəndəc şəhərində anadan olmuşdur. Onun atası Əbülhəsən bəy Ərdəlan xanlarının sarayında yüksək vəzifələr tutmuş Qadiri nəslindən idi. Əlavə olaraq, Mahşərəf Məsturənin anasının ailəsi həmin xanlıqda hakimiyyət uğrunda mübarizədə əhəmiyyətli rola malik olmuş, gah Ərdəlan valilərini fəal müdafiə etmiş, gah da əllərində silah onlara qarşı çıxmışlar. Mahşərəf xanım Məsturə Ərdəlan valisi Xosrov xan Sani ilə evlənmişdir.Mahşərəf xanım Məsturə əsərlərini fars və kürd dillərində yazmış, Yəğma Cəndəgi və Xızr Nali kimi şairlər ilə ədəbi əlaqə saxlamışdı. Məsturənin 20 min beytdən ibarət "Divan"’ı olmuş, lakin əksəriyyəti itib-batmış və 1926-cı ildə Tehranda çap olunmuş "Divan"ında onun ancaq farsca şerləri toplanmışdır ki, bu da 2 min beytdən artıq deyil. Şairənin məlum əsərləri fars dilində yazılmış, lakin onun şerlərinin əksəriyyətinin kürd dilinin gorani dialektində yazıldığı məlumdur. == İrsi == İran heykəltəraşı Hadi Ziyadini tərəfindən hazırlanmış Mahşərəf Ərdalan heykəli İranın Sənəndəc şəhərində ucalır.
07 Vestur
07 Vestur — Farer adalarını təmsil edən futbol klubu. 2007-ci ildə qurulmuşdur. Sandavóavur və Servoavur (Voar adası) şəhərlərini təmsil edir. == Tarixi == Klubun tarixi 1993-cü il dekabrın 18-də "Mivoavur" və "Sandavoavur" klublarının birləşməsi nəticəsində "Vaqar" klubunun yarandığı vaxtdan başlayır. 1998-ci ildə "Servoavur" klubuda onlara qoşuldu, nəticədə Voar adasında vahid komanda formalaşdı və tezliklə Farer çempionatının yüksək divizionuna yüksələ bildi, amma klub uzun müddət yüksək liqalarda yer tuta bilmədi və tezliklə oradan aşağı liqaya düşdu. Uğursuzluqlar nəticəsində klubdaxili parçalanmalar kəskinləşdi və 2004-cü ildə onlar, əvəllər olduğu kimi ayrı-ayrı komandalara ayrıldı. Buna baxmayaraq, Voar adasında vahid güclü klub yaratmaq ideyası ölmədi və 8 noyabr 2004-cü ildə vahid "Vagar 2004" klubu yenidən yaradıldı və 2007-ci ildə "Servoavur" klubu yenidən ona qoşuldu. Bu birləşmə nəticəsində klub indiki adı "07 Vestur" qəbul etdi və 6 noyabr 2007-ci il klubun rəsmi yaranma tarixi oldu.2008-ci ildə klub birinci liqanın qalibi oldu və Farer adalarının yüksək divizionu olan Vodafondaildində oynamaq hüququ qazandı. Yüksək Liqadakı ilk mövsümündən sonra klub birinci liqaya düşdü, lakin yenidən qalib gələrək 2011-ci ildə yenidən Yüksək Liqada oynamaq hüququ qazandı. 2011-ci il mövsümünün sonunda çempionatda 9-cu yeri tutdu və yenidən birinci liqaya düşdu.
Hestur adası
Hestur adası (far. Hestoy/Hestur) — Farer adalarına daxil olan ada. 2013-cü il məlumatına görə adada 21 nəfər yaşayır. Sahəsi 6.1 km²-dır. Farer dilindən tərcümədə Hestoy sözü anlamını verir. Ən yüksək nöqtəsi hündürlüyü 421 m-dir. Adanın cənub qutacağında mayak vardır.
Qabriella d'Estre bacısı ilə
Qabriella d'Estre bacısı ilə (fr. Gabrielle d'Estrées et une de ses sœurs) — naməlum rəssam tərəfindən təxminən 1594-cü ildə çəkilmiş rəsm əsəridir. Hazırda, Parisdəki Luvr muzeyində saxlanan əsərin Fontenblo məktəbi rəssamlarından birinə aid olması güman edilir. == Təsviri == Rəsm əsərində Fransa kralı IV Henrixin xanımı Qabriella d’Estre çılpaq vəziyyətdə hamamda oturmuş və əlində üzük tutmuş vəziyyətdə dəfn edilmişdir. Onun bacısı çılpaq vəziyyətdə üzbəüz oturaraq sol əli ilə sağ döş giləsini tutmuşdur. == Təfsirləri == === Qabriellanın hamiləliyi === Döş giləsinin sıxılması jesti bəzən Qabriellanın Henrixin uşağı olan Sezar de Burbona hamiləliyinin simvolik elanı kimi qiymətləndirilir. Luvr muzeyinin saytında qeyd edilir: “Qabriella d’Estrenin sağ döş giləsinin bacısı tərəfindən incə şəkildə tutulması, onun IV Henrixin qeyri-qanuni uşağına hamilə olmasını simvolizə edir. Bu ehtimal arxa səhnədə oturan qadının körpə üçün geyim tikməsi ilə də təsdiqlənir.” Qabriellanın əlində tutduğu üzük isə, ölümündən bir müddət əvvəl Henrixin sevgi göstəricisi kimi ona hədiyyə etdiyi tacqoyma üzüyüdür. === Erotik təfsirlər === XVII əsrin əvvəllərində fransız tarixçi Pyer de Burdeyl bir qrup qadının rəsm əsərinə baxmağa gəlməsini qeyd edir. O, bildirir ki, rəsmdə hamamda iki “tam çılpaq qadın” təsvir edilmişdir və əlavə olaraq vurğulayır ki, onlar bir-birinə “toxunur və hiss edir, sığallayır, əzizləyirlər.” Burdeyl bildirir ki, qadınlar dəstəsi rəsmə baxarkən, dəstəyə daxil olan “böyük xanımlardan biri” “rəsm qarşısında səbrini itirərək sevgilisinə müraciət edərək demişdir: Burada yaman çox vaxt itirdik.
Qetura
Qetura — İbrahim peyğəmbərin 3-cü arvadı. Bibliyaya görə, İbrahim peyğəmbər onunla ilk arvadı Sara öldükdən sonra evlənmişdir. Onun Qeturadan 6 uşağı olmuşdur.
Qəmtarə (Soyuqbulaq)
Qəmtarə (fars. قمطره‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 370 nəfər yaşayır (70 ailə).
Üsturə (Salmas)
Üsturə (fars. استوره‎‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 583 nəfər. yaşayır (84 ailə).
Aşağı Qeşqünə (Soyuqbulaq)
Aşağı Qeşqünə (fars. قشقونه سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 65 nəfər yaşayır (7 ailə).
Yuxarı Qeşqünə (Soyuqbulaq)
Yuxarı Qeşqünə (fars. قشقونه عليا‎‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 62 nəfər yaşayır (6 ailə).
Xəyallar hara gətirə bilər (film, 1998)
Xəyallar hara gətirə bilər (ing. What Dreams May Come) — Riçard Metisonun eyniadlı əsəri əsasında Vinsent Uord tərəfindən çəkilmiş fentezi-dram filmi. Film ən yaxşı vizual effektlər nominasiyasında Oskar mükafatının laureatı olmuşdu. == Məzmun == Kris və Enni tətildə olarkən tanış olurlar. Aşiq olduqdan sonra evlənirlər, vaxt keçdikcə bir oğul və bir qızları da olur. Amma bir gün hər iki övladını avtomobil qəzasında itirirlər. Enni depressiyaya düşür, Kris isə unutmağa çalışaraq pediatr peşəsinə çoxlu vaxt ayırır. Dörd il sonra Kris də avtomobil qəzasına düşərək dünyasın; dəyişir. Ruhu arvadı Enninin yanında qalır, Enni bunu hiss edir, lakin psixikası dözmür. Buna görə Kris onu tərk edir və cənnətə düşür.