VENTURE

venture1

n 1. təhlükəli fikir / niyyət; avantüra, fırıldaq; to run the ~ riskə getmək, risk etmək; to decline a ~ təhlükəli fikirdən əl götürmək / çəkmək; 2. spekulyasiya, alver; ticarət müəssisəsi

◊ at a ~ bəxtəbəxt, təvəkkülə; to shoot at a ~ təvəkkülə atəş açmaq; to answer at a ~ təvəkkülə cavab vermək

venture2

v 1. risk etmək; təhlükə altına qoymaq; to ~ one’s life həyatını təhlükə altına qoymaq; 2. cəsarət / cürət etmək, cürətlənmək; to ~ on an opinion / on a protest fikir söyləməyə / etiraz etməyə cürət etmək

VENTILATOR
VENTUROUS
OBASTAN VİKİ
VentureBeat
"VentureBeat" — bloq tipli ABŞ veb saytı. Saytın məzmunu inkişaf etməkdə olan texnologiyalara, innovativ şirkətlərə və onların liderlərinə yönəlmişdir. "VentureBeat" şirkəti "The New York Times" tərəfindən İnternetdəki ən yaxşı bloqlardan biri seçilmişdir və onun məzmunu tez-tez "NYTimes.com", "BusinessWeek", "Yahoo! Yahoo!", "Daily Radar" və başqaları tərəfindən istinad edilib. == Tarixi == Müstəqil "VentureBeat" şirkəti və eyniadlı sayt 2006-cı ilin sentyabrında 1994-cü ildən jurnalist kimi çalışmış və bir neçə jurnalistika mükafatına layiq görülmüş Mett Marşall tərəfindən təsis edilmişdir. 2008-ci ilin oktyabrında The New York Times GigaOM ilə birlikdə VentureBeat-ı internetdəki ən yaxşı texnologiya bloqlarından biri adlandırmışdır.2010-cu ildə VentureBeat Steysi Koheni satış direktoru işə götürərək öz biznes komandasını qurmağa başlamışdır.
Caucasus Ventures
Caucasus Ventures — Azərbaycanda vençur fondu. Ölkədə ilk belə bir fonddur. 29 noyabr 2022-ci ildə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, "PAŞA Holdinq" Şirkətlər Qrupu və fərdi investorların iştirakı ilə yaradılmışdır. == Tarixi == "Caucasus Ventures" 29 noyabr 2022-ci ildə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, "PAŞA Holdinq" Şirkətlər Qrupu və fərdi investorların iştirakı ilə yaradılmışdır. Azərbaycanda ilk belə bir fonddur. Fondun yaradılması ilə əlaqədar keçirilmiş təqdimat mərasimində dövlət və özəl sektoru təmsil edən şirkətlərin təmsilçiləri, investorlar, inkubasiya və akselerasiya mərkəzlərinin məsul əməkdaşları, xarici diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri və media nümayəndələri iştirak etmişdilər.Fondun fəaliyyətinin əsas istiqaməti toxum sonrası böyümə və "A" mərhələsində olan startaplara sərmayə yatırmaqdır. Fondun nizamnamə kapitalı 11,300,000 Azərbaycan manatı təşkil edir. "Paşa Holdinq" Şirkətlər Qrupu fonda 5 milyon manat və fərdi sahibkarlar 1,3 milyon manat vəsait ayırmaq haqqında razılığa gəlmişdilər. Eyni zamanda, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi özəl tərəfdaşların təşəbbüsünə dəstək göstərərək "Caucasus Ventures"ə əlavə 5 milyon manat vəsait ayırmışdır. "Caucasus Ventures" fondunun 2028-ci ilə qədər Azərbaycan, Gürcüstan, Türkiyə, Mərkəzi Asiya və Şərqi Avropa ölkələrindən olan 50 startapa sərmayə yatırmağı planlaşdırılır.
болтну́ться всего́ хоро́шего гнездова́ть гости́нец замути́ть прия́знь сму́ток соскобли́ться тата́рский узо́рить фо́ринт ха́ккер хлоро́зный безвозвра́тность свиристе́лка трю́ковый як кредитор apheresis atavism header infauna send forward spasmolytic гастрический