Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Iris giganticaerulea
Iris giganticaerulea (lat. Iris giganticaerulea) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü.
Abies gigantea
Picea abies var. abies (lat. Picea abies var. abies) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinin adi küknar növünə aid bitki yarımnövü.
Achillea gigantea
Adi boymadərən (lat. Achillea millefolium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik, ot bitkisi olub, gövdəsinin hündürlüyü 20-50 sm, düzqalxan, budaqlanan, dəyirmi, nazikşırımlı, yuxarı budaqcığındakı yarpaqları qısalmışdır. Yarpaqları növbəli, xətti-neştərvari, ikiqat lələkşəkilli yarılmış, iki-üçqat kəsilmiş seqmentli və demək olar ki, kürəkşəkilli, sonluğu xətti formalıdır. Kökümsov yarpaqları saplaqlı uzunluğu 35-50 sm-dir. Kökləri nazik, sürünəndir. Çiçəkqrupu kiçik, çoxsaylı olub, gövdənin zirvəsində mürəkkəb çiçəkqrupunda formalaşan, kənarları ağ dilşəkilli (bəzən çəhrayı) daxili çapıqlı olmaqla, sarı rənglidir. Qalxanşəkilli çiçəklərinin uzunluğu 4 sm-ə (çiçək səbətciyinin əsası) bərabərdir. Hər bir səbətcik kənar dişicikli, (əsasən sayı 5 olan), orta boruşəkilli, ikicinsli (3-30 qədər sayı olan), 5 erkəkcikli və aşağı yumurtalıqlı çiçəklərdən ibarətdir. Çiçəyin əsası qabarıq olmaqla, çiçək yatağı bölünmüşdür.
Aechmea gigantea
Aechmea gigantea (lat. Aechmea gigantea) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Amesia gigantea
Epipactis gigantea (lat. Epipactis gigantea) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin mürgəkotu cinsinə aid bitki növü.
Aristolochia gigantea
Aristolochia gigantea (lat. Aristolochia gigantea) — zəravəndkimilər fəsiləsinin zəravənd cinsinə aid bitki növü.
Bromelia gigantea
Aechmea nudicaulis (lat. Aechmea nudicaulis) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü. == Sinonimləri == Aechmea nudicaulis var. capitata Reitz Aechmea nudicaulis var. flavomarginata E.Pereira Aechmea nudicaulis var. nudicaulis Aechmea nudicaulis var. plurifolia E.Pereira Aechmea nudicaulis var. simulans E.Pereira Billbergia aureorosea Baker Billbergia lanuginosa K.Koch Billbergia lutea Schult. & Schult.f. Billbergia nudicaulis (L.) Lindl.
Cannabis gigantea
Əkin çətənəsi (lat. Cannabis sativa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin çətənə cinsinə aid bitki növü. == Arealı == Rusiyanın Avropa hissəsinin cənub-şərqindən Çinin şimal-qərbivə Pakistana qədər yayılmışdır. == Sinonimləri == Cannabis americana Pharm. ex Wehmer Cannabis chinensis Delile Cannabis erratica Siev. Cannabis foetens Gilib. Cannabis generalis E.H.L.Krause Cannabis gigantea Crevost Cannabis indica Lam. Cannabis indica f. afghanica (Vavilov) Vavilov Cannabis indica var. kafiristanica Vavilov Cannabis intersita Soják Cannabis kafiristanica (Vavilov) Chrtek Cannabis lupulus Scop.
Cephalaria gigantea
Nəhəng qantəpər (lat. Cephalaria gigantea) — qantəpər cinsinə aid bitki növü. Hündürlüyü 150–200 sm, gövdəsi düzduran, şırımlı, çılpaq və ya qısa tüklü, aşağı hissədə aşağı yönəlmiş sərt tüklərlə sıx örtülü, adətən yuxarı hissədə budaqlanan çoxillik ot bitkisidir. == Yarpaq == Yarpaqları qarşı-qarşıya düzülmüşdür, sadədir, liraşəkilli-lələkvari bölünmüşdür; seqmentlər yarpaq oxuna tədricən birləşmiş, uzunsov-neştərşəkilli və ya uzunsov-ovaldır, kənarları sivri iri-mişarvaridir, üst tərəfdən çılpaq, tünd-yaşıl rəngli, alt tərəfdən sıx tüklü və ya demək olar ki, çılpaqdır, yuxarı seqmenti yandakı seqmentlərdən azacıq iridir. == Çiçək == Başcığın diametri 3–4 sm-dir, uzanmış çiçək oxu üzərində təkdir; kənar çiçəklər başcıqda çoxalmışdır. Tac kükürd-sarı rəngdədir, xaricdən tüklüdür. Çiçəklənməsi iyul-avqust, sentyabr aylarında olur. Meyvə verməsi avqust-sentyabrdadır. == Yaşayış mühiti == Meşələrdə və dağ çəmənlərində rast gəlinir. == Təsərrüfat əhəmiyyəti == Yaxşı balverən bitkidir.
Coreopsis gigantea
Coreopsis gigantea (lat. Coreopsis gigantea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin koreopsis cinsinə aid bitki növü.
Drosera gigantea
Drosera gigantea (lat. Drosera gigantea) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Epipactis gigantea
Epipactis gigantea (lat. Epipactis gigantea) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin mürgəkotu cinsinə aid bitki növü.
Helleborine gigantea
Epipactis gigantea (lat. Epipactis gigantea) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin mürgəkotu cinsinə aid bitki növü.
Persea gigantea
Amerika perseyası (lat. Persea americana) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin perseya cinsinə aid bitki növü. Vətəni Mərkəzi Amerika və Meksikanın yüksəkdağlı rayonlarıdır. Botaniki cəhətdən avakado giləmeyvədir. Lakin əmtəəşünaslıq təsnifatına görə çəyirdəkli meyvələr qrupuna aid edilir. Meyvəsi yumru, oval formada, bəzən armudaoxşardır. Qabığı sıx, dərivari hamar və ya çopuq, qara, bənövşəyi və ya yaşıl rəngdədir. Yetişmiş meyvələrin ətliyi qabığından asan aralanır. Meyvənin daxilində iri çəyirdəyi var. Meyvənin ümumi kütləsinin 25%-ni təşkil edir.
Rosa gigantea
Rosa gigantea (lat. Rosa gigantea) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Serapias gigantea
Epipactis gigantea (lat. Epipactis gigantea) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin mürgəkotu cinsinə aid bitki növü.
Stygiomedusa gigantea
Stygiomedusa gigantea (lat. Stygiomedusa gigantea) — heyvanlar aləminin dalayıcılar tipinin sifoidlər sinfinin yastımeduzlar dəstəsinin ulmaridae fəsiləsinin stygiomedusa cinsinə aid heyvan növü.
Vicia gigantea
Leptosyne gigantea
Coreopsis gigantea (lat. Coreopsis gigantea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin koreopsis cinsinə aid bitki növü.
Spiraea gigantea
Adi quşqonmaz (lat. Filipendula vulgaris) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşqonmaz cinsinə aid bitki növü. Hündürlüyü 30-60 sm, gövdəsi sadə, düz, çoxillik çılpaq ot bitkisidir. Kökümsovu kökyumrusu şəklində qalınlaşmış köklərdir. Yarpaqları neştərvari-xətlidir, çoxsaylı, daha iri uzunsov, dərin kəsilmiş və dişli yarpaqcıqlı və onlar arasında oturmuş cüt xırda yarpaqcıqlıdır; bütün yarpaqcıqlar üst tərəfdən çılpaq, alt tərəfdən isə damar boyu tüklüdür. Çiçəkləri çoxçiçəkli süpürgədə toplanmışdır. Ləçək və kasa yarpaqları 6 ədəddir. Ləçəkləri ağ və ya çəhrayı rəngdədir,uzunluğu 6 mm-ə yaxındır,əksinəyumurtaşəkillidir. May-iyun aylarında çiçəkləyir. Meyvələri 9-12 ədəd, düz, oturaq və tüklüdür.
Nicotiana gigantea
Əsl tütün (lat. Nicotiana tabacum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin tütün cinsinə aid bitki növü. Nicotiana florida Salisb. Tabacum nicotianum Bercht.
Eucalyptus gigantea
Girdə evkalipt (lat. Eucalyptus globulus) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Avstraliyanın Viktoriya, Yeni Cənubi Uels ştatları, Tasmaniya, Yeni Zelandiya, Cənubi Amerika, Kaliforniya və Çinin cənubunda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 70 m-ə çatan, bozumtul və ya mavi-ağ rəngli, hamar gövdəli ağacdır. Gövdənin aşağı hissəsi istisna olmaqla qalan hissəsində qabığı uzun, nazik, lentşəkilli qopub tökülür. Cavan zoğlarında yarpaqlar üzbəüz, oturaq, boz və ya külvari-ağ rəngli, ürək və ya yumurtavari formalı, ucu daralmış olub, 7-16 sm uzunluqdadır. Yetkin yarpaqları isə növbəli düzülüşlü, saplaqlı və dərivari, cavan yarpaqlardan iki dəfə qalın və dörd dəfə uzundur. Rəngi tünd yaşıl olub, neştərvari və ya qılıncvari, 15-30 sm uzunluqda və 3-4 sm enindədir. Ağımtıl və ya qırmızı çiçəkləri tək və ya 2-3-ü bir yerdə olmaqla, oturaq və ya qısa ayaqcıq üzərində yerləşir. Çiçək yatağı və qapağı tükcüklü, üzəri mavi-ağ rəngli, muma oxşar təbəqə ilə örtülüdür.
Salvia gigantea
Salvia virgata (lat. Salvia virgata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Mentha pulegium var. gigantea
Pulqar yarpızı, Giləmərzə (lat. Mentha pulegium) — dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Çoxillik, qısa tüklü bitkidir. Gövdəsi düz, yatan və ya bir qədər qalxan çoxbudaqlı, hündürlüyü 15-30 sm-dir. Yarpaqları qısa saplaqlı, 1-2 sm uzunluqda, 5–10 mm enində, oval və ya yumurtavari, ucları küt, qıraqları azacıq dişciklidir. Çiçəkqrupu çoxsaylı, diametri 10–15 mm olan çoxçiçəkli çiçək köbələrindən ibarətdir. Kasacığı ikidodaqlı, xaricdən tüklüdür. Tacı 5–7 mm uzunluqda, kasacıqdan iki dəfə uzun, əlvan çəhrayı rənglidir. Fındıqcıqları xırda, 0,5 mm uzunluqda, yumrudur. Giləmərzə növü Makaroneziya, Avropa, Efiopiya, eləcə də Aralıq dənizi sahillərindən İrana qədər yayılmışdır.
Nymphaea odorata var. gigantea
Nymphaea odorata (lat. Nymphaea odorata) — suzanbağıkimilər fəsiləsinin suzanbağı cinsinə aid bitki növü. Castalia minor (Sims) DC. ex Small Nymphaea odorata var. minor Sims Nymphaea odorata var. odorata Nymphaea odorata f. odorata Nymphaea odorata subsp. odorata Nymphaea odorata var. rosea Pursh Nymphaea odorata var. stenopetala Fernald Nymphaea parkeriana Lehm. Nymphaea odorata var.
Abies excelsa var. gigantea
Picea abies var. abies (lat. Picea abies var. abies) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinin adi küknar növünə aid bitki yarımnövü.
Quantic Dream
Quantic Dream SA — Parisdə yerləşən Fransız videooyun tərtibatçı və yayımlayıcısı şirkətidir. 1997-ci ilin Mayında əsası qoyulan şirkət 5 oyun istehsal etmişdir: The Nomad Soul (1999), Fahrenheit (2005), Heavy Rain (2010), Beyond: Two Souls (2013), və Detroit: Become Human (2018). Şirkət interaktiv hekayəçiliyin təşviqi ilə tanınır. 2022-ci ilin Avqust ayında NetEase şirkəti tərəfindən alınan şirkət "NetEase"in ilk Avropa oyun studiyası olmuşdur.
Giqant-hüceyrəli arteriit
Giqant-hüceyrəli arteriit və ya Xorton xəstəliyi – 50 yaşdan yuxarı, xüsusi ilə qadınlarda rast gələn iri damar vaskulitidir, çox vaxt revmatik polimialgiya ilə birgə təsadüf edir. Klinik yeni tip baş ağrıları, çənənin "fasiləli" axsaması (kladikasyon), görmənin pozulması (korluq birdən və ağrısız yaranır və biopsiyanın cavabını gözləmədən yüksək doza QK tələb olunan haldır), EÇS 50 mm/saat yuxarı olması, temporal arteriyada nəbzin zəifləməsi və ya olmaması, sistem əlamətlərlə özünü göstərir. Seroloji analizlər (RF, anti-CCP, ANA) mənfidir. Aortanın zədələnməsi anevrizmaya gətirir və IgG 4-assosiasiyalı xəstəliyi inkar etmək lazımdır. Gicgah arteriyasının dəyişilmiş hissəsinin biopsiyası önəmlidir.