Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gileyli məscidi
Comərd Gəray məscidi və ya Gileyli məscidi — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. == Tarixi == Gileyli məscidi iki mərhələdə tikilmişdir: 1309-cu ildə Şirvаnşаhlаr dövründə, sоnrа isə XIX əsrin ikinci yаrısındа. == Haqqında == Köhnə hissə хаçgünbəzli kоmpоzisiyа sistemini təşkil edir. Burаdа хаçın qоllаrı dərin qübbələrdir, künclərdə isə kiçik оtаqlаr yerləşir. Dəqiq prоpоrsiyаlı, memаrlıq elementləri və detаllаrı ilə prоfillənmiş və nахışlаnmış mehrаb, həcmli kütlələrinin sərtliyi və tektоnilliyi ilə fərqlənən ibаdət zаlının dахili interyerini zənginləşdirir. Məscidə əlаvə tikilmiş yeni hissə plаnlаşdırılmа sхеminin vəhdətini pоzmur, əksinə ibаdət zаlının rаhаtlıq imkаnlаrını genişləndirərək, qübbəli, tаclı və çаtmа fоrmаlı künbəzi dахili məkаnın fоrmаlаşmış memаrlıq mühitini təkrаrlаyаrаq, оnun kоmpоzisiyа strukturunа аyrılmаz surətdə dахil оlur. Burаdа аvrоpаsаyаğı memаrlıq üsullаrını ifаdə edən yeni fоrmаlаr tətbiq оlunub. Dаhа qаbаrıq şəkildə bu öz əksini fаsаdın quruluşundа tаpıb. == Qeydlər == == İstinadlar == == Mənbə == "Gileyli məscidi" (az.). icherisheher.gov.az.
Giləhlik (Xoy)
Giləhlik (fars. قيله ليق‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Gideyli
Gideyli — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gideyli kəndi Dağətəyi ərazidə yerləşir. Kəndin adı XIX əsrdə Haputlu Gideyli kimi qeyd olunmuşdur. Haputlu adlı kəndlərin əhalisi Quba qəzasından gəlmələrdir. Orta Asiyanın şərqində qırğız buqu qəbiləsində, həmçinin Altayda xemçik tuva tayfası tərkibində gedey tayfa adına rast gəlinir. Bu da oykonimin türk mənşəli tayfa adından yarandığını sübut edir. Sonralar adın əvvəlindəki Haput sözü düşmüşdür. == Əhali == Əhalisi 305 nəfərdir ki onunda 140 nəfəri kişi, 165 nəfəri qadındır.
Geylik
Homoseksuallıq eyni cinsdən (və ya genderdən) olan şəxslər arasında romantik, cazibə və cinsi davranışdır. Homoseksuallıq, bir cinsi oriyentasiya olaraq, "Özü ilə eyni cinsdə olan insanlara davamlı şəkildə göstərilən cinsi və romantik maraq" olaraq təyin edilir. Bu, həmçinin, "Birinin belə maraqlara, davranışa və LGBT icmasının bir hissəsi olaraq özünü şəxsiyyətcə dərk etməsi" kimi başa düşülür.Biseksuallıq və heteroseksuallıqla bərabər, homoseksuallıq cinsi oriyentasiyalar oxunda əsas üç cinsi oriyentasiyadan biridir. Hal-hazırda homoseksuallığın mövcudluğunun səbəbi elmi şəkildə əsaslandıra bilinməsə də, düşünülür ki, bu, insanın öz seçimi deyildir və əsasən genetik, hormonal və ətraf-mühit amillərinin mürəkkəb şəkildə birləşməsindən qaynaqlanan bir amildir. Bu gün homoseksuallığın səbəbləri haqda bir çox teoriya olsa da, alimlər bioloji nəzəriyyəyə əsaslanır. Kişilərdə homoseksuallığın qeyri-sosial, bioloji səbəblərinin olduğunu, və cəmiyyətin təsirindən asılı olmadığını təsdiqləyən bir çox dəlil vardır. Hal-hazırda nə valideyn tərbiyəsinin və uşaqlıqda yaşanan hər hansı bir təcrübənin insanın cinsi oriyentasiyasına təsir etdiyini sübut edən əsaslı dəlil, nə də ki psixoloji müdaxilənin insanın cinsi oriyentasiyasını dəyişə biləcəyini təsdiq edən sübut mövcud deyil.Bir çox insan homoseksuallığın qeyri-təbii olduğunu düşünsələr də, elmi araşdırmaların nəticəsi onu göstərir ki, bu normal və təbiidir, insanın cinsi oriyentasiyalarından bir variasiyadır, və heç bir neqativ psixoloji təsiri özündə daşımır.Homoseksualları tanımlamaq üçün bir çox terminlərdən istifadə edilir. Bunların ən tanınmış olanları qadın homoseksuallar üçün "lezbiyan" (və ya lezbiyən), kişi homoseksuallar üçün isə "gey" termininləridir. Qeyd olunmuş terminlər hələ də Azərbaycan dilinin orfoqrafiya lüğətinə əlavə olunmamışdır, bu səbəbdən də yuxarıda qeyd edilmiş terminlərin orfoqrafik baxımdan düzgün yazılışı dilçilərin müzakirə mövzusu qalmaqda davam edir. Bir neçə səbəblərə görə, gey və lezbiyanların, və ya eynicinsli romantik və cinsi münasibətlərdə olmuş şəxslərin ümumi sayını və faiz nisbətini dəqiq bilmək çətindir.
Gidəyli
Gidəyli — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Gidəyli- İsmayıllı rayonunun Hacıhətəmli i.ə.v.-də kənd. Kəndin adı XIX əsrdə Haputlu Gidəyli kimi qeydə alınmışdır. Haputlu adlı kəndlərin əhalisi Quba qəzasından gəlmələrdir. Sonralar oykonimin birinci komponenti ixtisara uğramışdır. Gidəyli komponenti isə etnotoponimdir. Tədqiqatçılar göstərirlər ki, Orta Asiyanın şərqində qırğız buqu qəbiləsində, həmçinin Altayda xemçik tuva tayfası tərkibində gedey tayfa adına rast gəlinir. == Həmçinin bax == Ağbulaq (İsmayıllı) İvanovka (İsmayıllı) == Xarici keçid == http://ismayilli.
Siləyli
Siləyli (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Siləyli (Zərdab) — Azərbaycanın Zərdab rayonunda kənd.
Giləhli məscidi
Giləhli məscidi və ya Gileyli məscidi — Şəki şəhərində yerləşən, XVIII əsrdə inşa edilmiş tarixi məsciddir. Gilək məscidi 1749-cu ildə Şəki xanı Hacı Çələbi xan tərəfindən tikdirilmişdir. 1805-ci ildə həmin məscidin yerində Hacı Şəmsəddin bəy yeni məscid tikdirir. Bundan sonra məscid xalq arasında "Hacı Şəmsəddin bəy məscidi" adı ilə tanınmağa başlayır. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. 2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Şəki şəhərinin tarixi mərkəzində yerləşən Giləhli məscid də Ümumdünya İrsinə daxildir. == Tarixi == 20-ci əsrin əvvəllərində Gilək məscidinin yaxınlığında, torpaq altından onun kitabəsi tapılıb. Sonradan kitabə məscidin yaxınlığında bulağın üstünə quraşdırılıb. 1936-cı ildə isə Ələsgərzadə bu kitabəninin foto şəkilini çəkərək, onun haqqında jurnalda yazıb.Sonralar da həmin xəbər və foto-şəkil bir neçə dəfə elmi nəşrlərdə dərc olunub.
Giləkli (Qürvə)
Giləkli (fars. گيلكلو‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 442 nəfər yaşayır (101 ailə). Əhalisini kürdlər təşkil edir.
Siləyli (Qəbələ)
Siləyli — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd Vəndamçayın yaxınlığındadır. Yaşayış məntəqəsi siləyli nəslinin adını daşıyır. == Coğrafiyası == Siləyli. Tarixdə bu adda tayfanın olduğu deyilir. Çox güman ki, həmin türk tayfasının adından götürülüb. Rayon mərkəzi ilə arası 37 km-dir. İri magistral yola çıxış üçün 17 km. qət etmək lazım gəlir. Ucqarda yerləşməsinə baxmayaraq yolu rahatdır.Ərazidə 2 artezian quyusu qazılıb.
Siləyli (Zərdab)
Siləyli — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Zərdab rayonunun Bıçaqçı kənd inzibati ərazi vahidinin Siləyli kəndi Yuxarı Seyidlər kənd inzibati ərazi vahidinin tabeliyinə verilmişdir.
Siləyli bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qleyli-sarı torpaqlar
Qleyli-sarı torpaqlar — Lənkəran zonasında atmosfer və qrunt sularının yüksək rütubətləndirici sahələrində formalaşmış torpaq tipi. Yaz-payız mövsümlərində qrunt sularının dərinliyi 1 m-dəm çox olmur. Yay aylarında isə bu səviyyə 2,-2,5 m-lə əvəz olunur. == Relyefi == Bu torpaqlar relyefin aşağı terraslarında və depressiya sahələrində əsasən dellüvial, allüvial-prolüvial çay və yarğan-bataqlıq çöküntüləri yayılmışdır. Bu çöküntülərin tərkibi mürəkkəb olmaqla çox vaxt laylı quruluşa malik olur. == Morfoloji əlaməti == Morfoloji təsvirdən göründüyü kimi ağır mexaniki tərkibə malik olub, podzollaşma və qleyləşmə profil boyu özünü göstərir. Bu, əsasən relyefdən daha çox asılıdır. çökək ərazilərdə qrunt sularının təsiri daha böyükdür. A1 horizontu boz, kəsəkvari-dənəvari, ot və ağac kökləri, qırmızı rəng seçilir, mexaniki tərkibi gillicəli, qalınlığı 0-11 sm; A2 horizontu daha çox açıq-boz, sıx köklər, qozvari-dənəvari, nisbətən yumşaq/, mexaniki tərkibi ağır gillicəli, qalınlığı 11-32 sm; B1 horizontu sarı-qonur, güclü gilləşmə, şaquli çatlar, gilli, qalınlığı 32-46 sm; C1 daha tünd, qonur-qəhvəyi, gilli, rütubətli. Qalınlığı 85-97 sm; C2 horizontu sarı, rütubətli, karbonat yoxdur.
Bir ailəlik bağ evi
Bir ailəlik bağ evi — tammetrajlı bədii filmi rejissor Yuli Qusman tərəfindən 1978-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film yazıçı Rüstəm İbrahimbəyovun "Qum üzərində ev" pyesinin motivləri üzrə çəkilmişdir. Əsas rolları İqor Kvaşa, Firəngiz Şərifova, Larisa Xələfova, Süleyman Ələsgərov və Rasim Balayev ifa edirlər. == Məzmun == Ana (Firəngiz Şərifova) ilə ata (Süleyman Ələsgərov) dənizin sahilində bütün ailəliklə bağ evi tikməyi qərara alırlar. Valideynlər fikirləşirlər ki, övladları, gəlinləri və nəvələri istirahət üçün buraya yığıla bilərlər. Lakin düz deyiblər ki, sən saydığını say, gör fələk nə sayır. Nə oğlanlar, nə də qız heç cür vaxt tapıb valideynlərinə kömək etmək üçün bağa gələ bilmirlər. Onların başları həmişə qarışıqdır: gah kiminləsə görüşür, gah da iclasda, elmi şurada iştirak edirlər. Nəhayət yalnız böyük oğul Eldar (İqor Kvaşa) ana ilə atanı başa düşür...
Bir ailəlik bağ evi (film, 1978)
Bir ailəlik bağ evi — tammetrajlı bədii filmi rejissor Yuli Qusman tərəfindən 1978-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film yazıçı Rüstəm İbrahimbəyovun "Qum üzərində ev" pyesinin motivləri üzrə çəkilmişdir. Əsas rolları İqor Kvaşa, Firəngiz Şərifova, Larisa Xələfova, Süleyman Ələsgərov və Rasim Balayev ifa edirlər. == Məzmun == Ana (Firəngiz Şərifova) ilə ata (Süleyman Ələsgərov) dənizin sahilində bütün ailəliklə bağ evi tikməyi qərara alırlar. Valideynlər fikirləşirlər ki, övladları, gəlinləri və nəvələri istirahət üçün buraya yığıla bilərlər. Lakin düz deyiblər ki, sən saydığını say, gör fələk nə sayır. Nə oğlanlar, nə də qız heç cür vaxt tapıb valideynlərinə kömək etmək üçün bağa gələ bilmirlər. Onların başları həmişə qarışıqdır: gah kiminləsə görüşür, gah da iclasda, elmi şurada iştirak edirlər. Nəhayət yalnız böyük oğul Eldar (İqor Kvaşa) ana ilə atanı başa düşür...