Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Limerik
Limerik (ing. Limerick) — İrlandiyada şəhər-qraflıq. Limerik (Manster vilayəti) və Kler qraflıqları arasında yerləşir. İri ticarət və inzibati mərkəzdir, əhalisinin sayına görə (70 min) İrlandiyada üçüncü şəhərdir.
Nimiria
Vachellia (lat. Vachellia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
İmirzik
İmirzik — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonu ərazisində qədimi kənd İmirzik kəndi Dəvəgözü çayının yanında, Gərniçayın sol axarında yerləşirdi. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Əmirzik formasında, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1930-cu illərdə Vedi (Ararat) rayonunun inzibati ərazi bölgüsünə daxil idi. Kənddə 1873-cü ildə 188 nəfər, 1886-cı ildə 232 nəfər, 1897-ci ildə 348 nəfər, 1904-cü ildə 254 nəfər, 1914-cü ildə 328 nəfər, 1916-cı ildə 456 nəfər azərbaycanlı yaşamışdır. 1918–19-cu illərdə kəndin sakinləri ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə dönə bilmişlər. Burada 1922-ci ildə 65 nəfər, 1926-cı ildə 96 nəfər, 1931-ci ildə 151 nəfər, 1939-cu ildə 269 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin 1948-ci ildəki xüsusi qərarı ilə kəndin sakinləri azərbaycanlılar zorla Azərbaycana köçürülmüşdür. Kənd xarabalığa çevrilmişdir, hazırda ölü kənddir. Toponim 24 oğuz tayfalarından biri olan eymur (imir) etnoniminə -zik şəkilçisinin artırılması ilə düzəlmişdir.
Gimri
Gimry (rus. Гимры, avar. Генуб) — Dağıstan Untsukulsky rayonunda bir kənd.
Girik
Girik — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yerli əhalinin məlumatına görə, oykonim ləzgi dilindəki küyqü sözündən olub, "çaytikanı" deməkdir. Girik sözü Azərbaycan dilinin dialektlərində "çayın keçid yeri", türk dillərində isə "gərilmiş, dartılmış, uzanmış" mənalarında işlənir. == Coğrafiyası və iqlimi == Kənd Samurçayın sahilində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1307 nəfər əhali yaşayır.
Mirik
Mirik — Azərbaycan Respublikasının Laçın rayonu Mirik kənd inzibati ərazi dairəsində kənd. 18 may 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 9 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli atəşkəs bəyanatının 6-cı bəndinə əsasən 1 dekabr 2020-ci ildə işğaldan azad edilmişdir. Mirik kəndi Qarabağ yaylasındadır. Kənd qədim Mirik qalasının yanında yerləşdiyi üçün həmin qalanın adını daşıyır. Keçmiş adı Mirik Hasanalı olmuşdur. Yaşayış məntəqəsini təqribən XVIII əsrin axırları XIX əsrin əvvəllərində Dərələyəz mahalından gəlmə Hasanalı tayfasına mənsub ailələr salıb. Ehtimal olunur ki, mirik sözü türk dillərindəki marak/maraq sözündən olub, “muşahidə məntəqəsi” mənasındadır. Mirik kəndinin yaranma tarixi ilk orta əsrlərə, buradakı ilk insan məskənlərinin mövcudluğu isə ibtidai icma dövrünə qədər gedib çıxır. Bu kəndin ərazisindəki siklon xarakterli memarlıq nümunələri, antik qala, yeraltı mağaralar, tunellər və kəhrizlər Azərbaycan tarixini öyrənmək üçün çox maraqlı, əvəzsiz materiallardır.
Fatma Girik
Fatma Girik (12 dekabr 1942, İstanbul, Türkiyə – 24 yanvar 2022, İstanbul, Türkiyə) — türk aktrisası, siyasətçi, rejissor, ssenarist. Yeşilçamın önəmli simalarından biri. Əsasən filimlərdə yaratdığı güclü qadın obrazları ilə tanınıb. O, 1989–1994-cü illərdə Sosial Demokrat Xalq Partiyasından Şişli Bələdiyyə Başçısı olub. == Həyatı == Fatma Girik 1942-ci ildə İstanbulda balıqçı Hayri Girik və fabrik işçisi Münnəvər Girikin ailəsində dünyaya gəlib anadan olmuşdur. Fatmaya uşaq ikən cəsur xasiyyətinə görə "Oğlan Fatma" (erkek Fatma) deyirdilər. 1955-ci ildə, 13 yaşında, "Günahkar Baba" filmində kiçik bir rol oynayaraq, ilk filminə çəkilib. 1957-ci ildə "Ləkə" filmində baş rolu oynamışdır. Bundan sonra o, müntəzəm olaraq filmlərə çəkilməyə başladı. 1960-cı ildə Memdüh Ünanın "Ölüm arxamızda" filmində oynadığı bu rol Giriki məşhurlaşdırdı.
Gimri tuneli
Gimri tuneli — Rusiyanın ən uzun yol tunelidir. Tunel Dağıstanda yerləşir; Buynaksk və Gimri kəndini birləşdirən tunel, İrqanay Su Elektrik Stansiyasının tikintisi üçün ən qısa və hava şəraitindən asılı olmayan nəqliyyat əlaqəsini təmin edir. Tunel həmçinin respublikanın mərkəzi dəmir yolu xətti ilə Dağıstanın 9 dağlıq bölgəsini birləşdirir. Tunelin uzunluğu 4303 m-dir. Gimri tunelinin ötürmə qabiliyyəti saatda 4 min avtomobildir. Yolun hərəkət hissəsinin eni 7 metr, hündürlüyü isə 5 metrdir. Tunel, səthdən 900 m-ə qədər dərinlikdə əhəng daşı, qumdaşı, alevrolit və argillit qatında yerləşir. Tunelin kəsişmə diametri 9 m, hərəkət hissəsinin eni 7 m-dir. Drenaj və ventilyasiya xidməti tunelə paralel yerləşir (birləşdirən körpülər hər 300 m-də yerləşir). Tunel işıqlandırılıb və burada avtomatik yanğın siqnalizasiya sistemləri, oğurluq həyəcan siqnalları, yüksək səsli elanlar, telefon əlaqələri, televiziya nəzarəti, əməliyyat ventilyasiyası, mərkəzi dispetçer nəzarəti quraşdırılıb.
Qımırlı
Qımırlı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin Əliabad naibliyinə daxil olan Qımır kəndində milli tərkibi muğallardan ibarət 153 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 14 təsərrüfatda hər iki cinsdən toplam 27 nəfər əhali yaşamaqdadır. Qımırlı oyk., düz. Qax r-nunun Qax İngi- loy i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Şəki r-nundakı Aşağı Göynük və Yuxan Göynük kəndlərindən gəlmiş ailələr Qımır adlı yerdə salmışlar. Görünür, kəndin ilk sakinləri bir vaxtlar Zaqatala r-nunun Qımır kəndindən köçüb gəlmiş ailələr olmuşlar.
Biz haradan gəlmişik? Biz kimik? Biz hara gedirik?
“Biz haradan gəlmişik? Biz kimik? Biz hara gedirik?" (fr. D’où venons nous? Que sommes nous? Où allons nous?) — Pol Qogenin ən məşhur rəsmlərindən biri. 1897-1898-ci illərdə Taitidə yaradılmış bu əsər hal-hazırda ABŞ-ın Massaçusets ştatının Boston şəhərindəki Təsviri sənət muzeyindədir . == Tarixi == Pol Qogen 1891-ci ildə Taitiyə doğma Fransadan daha təbii və sadə bir cəmiyyət axtarmaq üçün gəlmişdi. Fərdi mifologiyasını ifadə edən bir neçə başqa rəsm əsəri ilə yanaşı, o, bu rəsmə 1897-ci ildə başlamış və 1898-ci ildə tamamlamışdır. Rəssamın özü bu əsərini fikirlərinin ülvi zirvəsi hesab edirdi.
Qımır
Qımır (Zaqatala) — Zaqatala rayonunda kənd. Qımırlı — Qax rayonunda kənd. Qımırlı — Şəmkir rayonunda yerləşən Dəllər Cırdaxan kəndinin bir hissəsinin tarixi adı.
Qımır (Zaqatala)
Qımır — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Kənd Çobankol bələdiyyəsinin tərkibindədir.