Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ogeday Girişkən
Ogeday Girişkən (27 aprel 1992, Adana) — türk avarçəkmə idmançısı və aktyorudur. Ogeday Girişkən 1992-ci ildə Adanada anadan olub və təhsilini orada davam etdirib. Mərmərə Universitetinin Bədən Tərbiyəsi və İdman Müəllimliyi fakültəsində təhsil almaq hüququ qazanıb. Daha sonra bakalavr təhsilini başa vurdu. İdmançı kimi adından söz etdirən Ogeday o illərdə də diqqət çəkib və o, avarçəkmə sahəsində Fənərbaxçada lisenziyalı idmançı kimi on il avarçəkmə komandasında iştirak edib. Dünya reytinqlərinə damğasını vuran Ogeday Girişken 2017-ci ildə Survivor 2017 yarışmasına qatılıb. Yarışa başlayandan sonra Ogeday həm xarakteri, həm də traslardakı çıxışı ilə qısa zamanda irəliyə doğru bir addım atmağı bacarıb və həmin mövsümün çempionu olub. O, Litvada dünya miqyasında keçirilən U-23 Avarçəkmə Çempionatında yarışı 8-ci yerdə başa vurub. Ogeday Girişkən 2018-ci ildə Bir Litre Gözyaşı serialında "Teoman" obrazı ilə aktyorluğa addım atdı. Daha sonra 2019-cu ildə Savaşçı serialında "Komissar Çavuş Demir Döğer" obrazını canlandırıb.2022-ci ildə Survivor 2022: All Star yarışmasında mübarizə aparır.
İlişgən
İlişgən (lat. Sabanejewia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinə aid heyvan cinsi.
Adi ilişgən
Adi ilişgən (lat. Cobitis taenia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin cobitis cinsinə aid heyvan növü. Öz fəsiləsinin ən kiçik balığıdır. Bədəni lentvari formanda olub, yanlardan sıxılmış formadadır. Burnunun ucunda və ağzının kənarlarında bığcıqlar vardır. Quyruq üzgəcləri çökəkdir. Uzunluqları 12 sm-dir. Burnu kəsikdir. Alt dodağı iki pərlidir. Rəngi açıq sarıdır.
Qızılı ilişgən
Qızılı ilişgən (lat. Sabanejewia aurata) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin i̇lişgən cinsinə aid heyvan növü. Yayılması nisbətən genişdir. Dunay, Egey dənizi çayları, Yuxarı Don və Kuban çayları hövzəsi, Xəzərin İran sahilli, Azərbaycan hüdudlarında bütün Kür və Araz boyu, eləcə də dağətəklərinə qədər onların qollarında qeydə alınır. D II–III (5) 6–7, A II–III 5–6, P I 6–8, V I 5–6, C I 12–14, l.l. 170–200, fəqərələrin sayı 41–43-dür. Bel və anus üzgəclərinin gerisində və ya çox dərəcədə inkişaf etmiş dəri darağı vardır. Gözaltı tikanı yaxşı inkişaf etmişdir. Bığları nisbətən uzundur, ağzın küncündəki bığlar gözün dal kənarı vertikalına qədər çatır. Cüt üzgəcləri xallıdır, quyruq ezgəcinin əsasında tünd rəngli zolaq olur; bu zolaq ortadan qırılmış şəklində olur.
Girişin idarə edilməsi mexanizmi
Girişin idarə edilməsi mexanizmi− avtomatlaşdırılmış sistemlərdə icazəsiz girişi aşkarlayan, onun qarşısını alan və qanuni girişə icazə verən avadanlıq və ya proqram təminatı, sistem proseduru, administrator proseduru və onların müxtəlif kombinasiyalarıdır. İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Girişmə, öldürər! (film, 1990)
Filmin qəhrəmanları-dörd nəfər dost istirahət etmək məqsədilə "Azərbaycan" gəmisində dəniz səyahətinə çıxır. Onlar gəmidə bir guşəyə çəkilib "Şimşimə" kart oyununa başlayırlar. Amma oyunu başa vura bilmirlər. Çünki dostlar macəralarla dolu ağlasığmaz hadisələrin iştirakçısına çevrilirlər. Bu hadisələr filmin əsas süjet xəttini təşkil edir. Ssenari müəllifi: Ramiz Fətəliyev, Pavel Kotorobay Quruluşçu rejissor: Cahangir Mehdiyev Quruluşçu operator: İsrafil Ağazadə (İsrafil Ağayev kimi) Quruluşçu rəssam: Fikrət Ələkbərov Geyim rəssamı: Fikrət Ələkbərov Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Quraşdırılmış səhnələrin rəssamı: Sərvər Musayev Bəstəkar: Cavanşir Quliyev Səs operatoru: Kamal Seyidov Mahnıların mətni: Ramiz Rövşən Montaj edən: Tamilla Muxtarova Kaskadyor: Əli Məmmədov Həsənağa Turabov — Həsən Rasim Balayev — kapitan Rasim Səyavuş Aslan — Səyavuş Zemfira Nərimanova — Zemfira Lətifə Əliyeva — falçı Tələt Rəhmanov — Tələt Əjdər Həmidov — Əjdər Mirzə Babayev — general Rövşən Məmmədov — Qreqo Saleh Sadıqov — sərnişin Nizami Mirsalayev — sürücü Nizami İsmayılov — kapitan köməkçisi Mamuka Kikaleyşvili (Mamuka Kikaleşvili kimi) — sərnişin Əli Məmmədov Yaşar Nuri — general (Mirzə Babayev) (titrlərdə yoxdur) Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Girişmə, öldürər! (film, 1991)