İLİŞGƏN

(Füzuli)
asqı. – Torvanı ilişgənnən as
İLİMQULĞUNA
İLİŞMƏX’
OBASTAN VİKİ
İlişgən
İlişgən (lat. Sabanejewia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinə aid heyvan cinsi.
Adi ilişgən
Adi ilişgən (lat. Cobitis taenia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin cobitis cinsinə aid heyvan növü. Öz fəsiləsinin ən kiçik balığıdır. == Təsviri == Bədəni lentvari formanda olub, yanlardan sıxılmış formadadır. Burnunun ucunda və ağzının kənarlarında bığcıqlar vardır. Quyruq üzgəcləri çökəkdir. Uzunluqları 12 sm-dir. Burnu kəsikdir. Alt dodağı iki pərlidir. Rəngi açıq sarıdır.
Qızılı ilişgən
Qızılı ilişgən (lat. Sabanejewia aurata) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin i̇lişgən cinsinə aid heyvan növü. Yayılması nisbətən genişdir. Dunay, Egey dənizi çayları, Yuxarı Don və Kuban çayları hövzəsi, Xəzərin İran sahilli, Azərbaycan hüdudlarında bütün Kür və Araz boyu, eləcə də dağətəklərinə qədər onların qollarında qeydə alınır. D II–III (5) 6–7, A II–III 5–6, P I 6–8, V I 5–6, C I 12–14, l.l. 170–200, fəqərələrin sayı 41–43-dür. Bel və anus üzgəclərinin gerisində və ya çox dərəcədə inkişaf etmiş dəri darağı vardır. Gözaltı tikanı yaxşı inkişaf etmişdir. Bığları nisbətən uzundur, ağzın küncündəki bığlar gözün dal kənarı vertikalına qədər çatır. Cüt üzgəcləri xallıdır, quyruq ezgəcinin əsasında tünd rəngli zolaq olur; bu zolaq ortadan qırılmış şəklində olur.
Qafqaz ilişgəni
Qafqaz ilişgəni (lat. Sabanejewia caucasica) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin i̇lişgən cinsinə aid heyvan növü. Uzunluğu 4-9 sm, maksimal isə 10,6 sm təşkil edir. Öndağlıq və düzənlik çaylarında müşahidə edilir. Bentos, zooplankton və bəzən isə yosunlarla qidalanır. İyul-avqust ayları kürüləmə dövrüdür. Xəzər dənizinin hövzəsinə daxil olan çaylarda (Terek, Kuma, Sulak, Şura-ozen), həmcinin Kuban çayının yuxarı axarlarında yayılmışdır. Təsərrüfat əhəmiyyəti yoxdur. Rusiyanın Qırmızı Kitabına (2001) nadir və az araşdırılmış bir növ olaraq daxil olmuşdur. Məhdud bir ərazidə yayılmışdır.
Xəzər ilişgəni
Xəzər ilişgəni (lat. Sabanejewia caspia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin i̇lişgən cinsinə aid heyvan növü. Aşağı Kürün əlavə su hövzələrində Şilyan, Hacıqabul, Ağçala göllərində, Lənkəran yaxınlığındakı gölməçələrdə, Qumbaşı çayında, Kiçik körfəzi Xəzərlə birləşdirən kanallarda yayılmışdır. Ural, Emba, Ənzəli çaylarının mənsəbində, Pəhləvi körfəzində təsadüf edilir. D II-III 6-7,A I-II 5,P I 6-7, V I 5 şüa var, fəqərələrinin sayı 41-42-dir. Bədəni yanları çox basıqdır. Bədəninin hündürlüyü gövdəsinin uzunluğu qədərdir. Böyürlərində tünd zolaq var, xalları yoxdur. Bığcıqları əvvəlki növlərin ikisindən də uzundur. Gözönü tikanın quruluşu qızılı ilişgəndəki kimidir.
Zaqafqaziya ilişgəni
Zaqafqaziya ilişgəni (lat. Cobitis satunini) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin cobitis cinsinə aid heyvan növü. Adi ilişgən Şərqi Avropa, Sibir, Primorye, Saxalinin çaylarında, Amur hövzəsində yayılmışdır. Zaqafqaziyada bir yarımnöv-Zaqafqaziya ilişgəni yaşayır. O, həmçinin Azərbaycanda Kürün aşağı hissələrində, Alazan, Qarqar, Əkərə, Göndələn, Lənkəran, Astara çaylarında yayılmışdır. Burnu kəsikdir. Alt dodağı ikipərlidir və hər pər iki hissəyə bölünmüşdür. Rəngi açıq sarıdır. Bədənin yuxarı hissəsində bəzən bütöv zolaq əmələ gətirən, nadir hallarda isə olmayan 9-16, böyürlərində isə 10-19 qonur xal olur. Bu cür xallar quyruq (5-8 sıra) və bel üzgəclərində də olur, qalan üzgəclərdə isə olmur.