Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qızıldərə (Ərdəbil)
Qızıldərə (fars. قزل درق‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 161 nəfər yaşayır (41 ailə).
Qızıldəmir
Qızıldəmir, Qızıl Teymur — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd. Mənbədə Qızıl Tamur kimidir. 1590-cı ildən mə'lumdur. 1728-ci ilə aid mənbədə Qızıl Təmir kimidir. == Tarixi == Rayon mərkəzindən 3 km cənub-şərqdə yerləşir. Erməni mənbələrində Qızıltamur kimi qeyd edilir. azərbaycandilli mənbələrdə səhv olaraq Qızıl Teymur kimi göstərilir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə və 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Qızıldəmir kəndi formasında qeyd edilmişdir. == Toponimi == Toponim qırmızı mənasında işlənən qızıl (torpağın süxurunun rəngini ifadə edir) sözü ilə qədim türk dilində "arx" mənasında işlənən təmir sözünün birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir.
Qızıltəpə
Qızıltəpə (İmişli) — İmişli rayonunun Qızılkənd inzibati ərazi vahidində yerləşən hündür təpə. Qızıltəpə (Laçın) — Laçın rayonu ərazisində dağ. Hündürlüyü 3182 m.
Qızıltəpə (Laçın)
Qızıltəpə — Laçın rayonu ərazisində dağ. Ermənistanla sərhəddə yerləşir. Hündürlüyü 3182 m. Sönmüş vulkan mənşəli dağ, qırmızıya çalan lavanın rənginə görə belə adlandırılmışdır. Oronim qızıl və təpə sözlərindən ibarət olub, "qırmızı təpə" mənasındadır.
Qızıltəpə (İmişli)
Qızıltəpə— İmişli rayonunun Qızılkənd inzibati ərazi vahidində yerləşən hündür təpə. Bu abidə 2018,2019 və 2020-ci illərdə tarixçi Arxeoloq Mikayıl Mustafayevin rəhbərliyi ilə aparılan arxeoloji qazıntılar nəticəsində tədqiq olunmuş və bir sıra qiymətli maddi qalıqlar aşkar edilib. Qızıltəpədə aparılan arxeoloji qazıntılar nəticəsində Xll əsrə aid Eldənizlər dövlətinin pulları, Ox ucluqları ,800 ilə aid qalanın divarı, yaşı 800 ildən artıq olan təndir və çoxlu saxsı (keramika) qabların nümunələri tapılıb. İmişlidə yerləşən Qızıltəpə adlı yaşayış məskənində növbəti arxeoloji qazıntı işlərinə başlanılıb. Ərazidə orta əsrə aid gözətçi qalasının izləri üzə çıxıb. Ekspedisiyanın rəhbəri, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun tarix üzrə fəlsəfə doktoru Mustafayev Mikayıl bildirib ki, Qızıltəpə yaşayış məskəni müxtəlif tarixi dövrləri əhatə edən abidədir: "Şirvanşahlar dövlətindən Səfəvilərə qədər, həmçinin Ağqoyunlu və Qaraqoyunlu dövlətləri zamanı da bu ərazidə intensiv yaşayış məskənləri olub və bu kimi təpələr həmin dövrlər üçün əlverişli yüksəkliklər hesab edilib. Çünki bu qalalar üzərində inşa edilən gözətçi məntəqələri hücumların qarşısının alınmasında əhəmiyyətli rol oynayıb. Monqol yürüşləri zamanı bu ərazilər dağıntıya məruz qalsa da, Əmir Teymurun səfəri zamanı yenidən bərpa işləri aparılıb. Hazırda yerləşdiyimiz yer Qızıltəpə ərazisidir və ən böyük abidələrdən biridir. Bura artıq təpə yox, möhtəşəm qəsr hesab edilir.
Qızıltəpə döyüşü
Qızıltəpə döyüşü — 1877-1878 Rusiya-Osmanlı müharibəsi gedişatında baş tutan döyüş. Qars vilayəti bölgəsində baş tutan döyüş Osmanlıların qələbəsi ilə başa çatmışdır.
Qırmızıdağ-2 (Qızıltəpə)
Qırmızıdağ-2 (Qızıltəpə) - Babək rayonu ərazisində dağ (hünd. 945,9 m). Naxçıvan dağarası çökəkliyinin cənub-şərq qurtaracağındakı Nehrəm platosunun cənub-qərb kənarında zirvə. Nehrəm kəndindən 3 km-dək cənub-qərbdədir. Orta Miosenin Tarxan regiomərtəbəsinin alt hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cavan çöküntüləri ilə örtülmüş Culfa qalxımının şimal-şərq qanadında yerləşir.
Soltanabad-i Qızıltəpə (Bicar)
Soltanabad-i Qızıltəpə (fars. سلطان آباد قزل تپه‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 214 nəfər yaşayır (50 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.