Rayon mərkəzindən 3 km cənub-şərqdə yerləşir. Erməni mənbələrində Qızıltamur kimi qeyd edilir[8]. azərbaycandilli mənbələrdə səhv olaraq Qızıl Teymur kimi göstərilir[9]. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə[10] və 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə[11] Qızıldəmir kəndi formasında qeyd edilmişdir.
Toponim qırmızı mənasında işlənən qızıl (torpağın süxurunun rəngini ifadə edir) sözü ilə qədim türk dilində "arx" mənasında işlənən təmir[12] sözünün[13] birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. I.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib (erməni dilinə kalka edilib) Voskevaz (Qızıldəmir) qoyulmuşdur. XIX əsrin sonlarına aid ədəbiyyatda Qızıl Teymur kimi göstərilmişdir. "Dəmir (Teymur) adlı şəxsə mənsub qırmızı rəngli yer" mə'nasındadır.[14]
Burada 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır[15]. 1828–30-cu illərdə kəndə İrandan ermənilər köçürülüb yerləşdirilmişdir[16]. Sonralar azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 120 nəfər azərbaycanlı yaşamışdır[17]. 1870-ci illərin əvvəllərində azərbaycanlılar deportasiya olunmuşdur. 1897-ci ildə burada 3 nəfər azərbaycanlı qalmışdır[18]. Onlar XX əsrin əvvəllərində deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.
↑Алиев Играр. Погребова М.И. Об этнических процессах в областях Восточного Закавказья и Западного Ирана в конце II- в начале I тыс. до н. э. Сб. “Этнические проблемы истории Центральной Азии в древности”. М. 1981. .
↑Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.22, 106
↑Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995. s.104
↑İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.162
↑İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.88
↑Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә.Гызылдәмир // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
↑Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи, СПб, Типография императорский Академии Наук, 1852. s.583–584
↑Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи, СПб, Типография императорский Академии Наук, 1852. s.583–586
↑Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.106
↑Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.22–23