GİZİLDƏMƏK

f.
1. Yorğunluqdan, ağrıdan, soyuqdan sancmaq, göynəmək.
O əyilib şırranda əllərini yudu, barmaqları donub gizildəyincə qalxıb o tərəf-bu tərəfə boylandı. S.Rəhimov.
Həsrət duracaqda ayağının birini götürüb o birini qoyur, soyuqdan gizildəyən burnunu, qulağını ovuşdura-ovuşdura … düşünürdü. B.Bayramov.

2. məc. Titrəmək, qorxu keçirmək, həyəcanlanmaq.
Qızın yumşaq və nazik əlləri ovcuna toxunanda Nərimanın qəlbində odlu bir sim gizildədi. Mir Cəlal.

Синонимы

  • GİZİLDƏMƏK gizildəmək bax ağrımaq
  • GİZİLDƏMƏK sızıldamaq — zoqquldamaq — göynəmək
GİZİLDƏMƏ
GİZİLDƏTMƏ

Значение слова в других словарях