Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gorilla gorilla gorilla
Qərb düzənlik qorillası (lat. Gorilla gorilla gorilla) — Qərb qorillasına (Gorilla gorilla) daxil olan bir yarımnöv == Yayılması == Dağ ətəklərindəki meşəliklərdə və bataqlıq ərazilərdə ən mox rastlanılırlar. Konqo Respublikası, Anqola, Ekvatorial Qvineya və Qabon kimi ölkələrdə yayılmışlar. Konqo Demokratik Respublikası ərazisində isə nəsli kəsilmişdir. İlk dəfə bu yarımnövə aid qorilla Birmingem zooparkına gətirilmişdir. Bu yarımnövdə olan yeganə albinos "Qar dənəsi" ləqəbli bir erkək qorilla olmuşdur. == Təsviri == Qərb düzənlik qorillaları Qərb çay qorillalarına nisbətdə nisbətən kiçik olurlar. Erkəklər 1.8 m boya, 140 ka çəkiyə, dişilər isə 1.5 m boya və 70 kq çəkiyə sahib olurlar. Bir ailənin yayılma arealı 3 – 18 km² arasında dəyişir. Yaşadığı əraziləri qorumadığından bəzən yayılma zonaları kəsişə bilir.
Gorilla gorilla
Qərb qorillası (lat. Gorilla gorilla) — primatlar dəstəsinə, qorillalar (Gorilla) cinsinə daxil olan növ. == Təsnifat == Qərb qorillası iki yarımnövə bölünür: Gorilla gorilla diehli Matschie, 1904 — Qərb çay qorillası. Nisbədən iri yarımnöv. Sayları 300 baş olaraq qiymətləndirilir. Gorilla gorilla gorilla Savage, 1847 — Qərb düzənlik qorillası. Yarımnövün sayı 95 000 baş olaraq qiymətləndirilir. == Xarici görünüş == Qərb qorillaları Şərq qorillalarına nisbətdə nisbətən həcmcə kiçik və görünüş baxımından açıq rəngdə olurlar. Sifətləri qəhvəyi-sarı və ya boz-sarı rəngdə olurlar. Quyruqlarının olmaması ilə seçilirlər.
Gorilla
Qorilla (lat. Gorilla) — müasir primatlar dəstəsinin ən geniş yayılmış nümayəndələrindən olan meymun cinsi. Qorilla DNT-si insan DNT-sinə çox bənzəyir, 95% ilə 99% arasında eynidir. Qorillalar şimpanze və bonobolardan sonra ən yaxın qohumlarımızdır. Qorillaların iki əsas növü var: Şərq Qorillası və Qərb Qorillası. Qorillalar yaşayan ən böyük primatlardır. Onların boyu 1,25 ilə 1,8 metr, çəkisi 100 ilə 270 kq, qollarının uzunluğu 2,6 metrə çata bilər. Dişi qorillalar daha kiçikdir, adətən erkək qorillaların yarısı qədərdir. Qorillalar qoşun adlanan qruplarda yaşayırlar. Qoşunların liderinə "silverback" deyilir.
Gorilla gorilla diehli
Qərb çay qorillası və ya Çay qorillası (lat. Gorilla gorilla diehli) — Qərb qorillasına (Gorilla gorilla) daxil olan bir yarımnöv . == Yayılması == Bu yarımnövə daxil olan canlılar əsasən Nigeriya ilə Kamerun arasında sərhəddə cəmləşmişlər. Tropik və subtropik enliyarpaq meşələrdə yayılmışlar. Afrikanın digər primatlarına nisbətdə daha həssas canlılar hesab edilirlər. Digər yarımnövdən baş və dişinin quruluşu, boyunun 10–15 sm uzun olmasına və çəkisinin 20–35 kq artıq olmasına görə fərqlənirlər. Ayrıca yarımnöv kimi 2000-ci ildən bəri göstərilir. Bununla belə əvvəlki araşdırmalar da onların ayrı bir yarımnöv olmasını təsdiq etmişdir. == Qorunma statusu == Çay qorillalarının sayı 280 başdır. Onlar əsasən 11 nöqtədə cəmləşmişlər.
Gorilla Glass
Gorilla Glass hal-hazırda bir çox mobil qurğular, və eləcə də notbuk və televizorların displeylərində istifadə edilən çox möhkəm şüşədir. Son illərdə geniş tətbiq sahəsi tapan bu texnoloji məhsulun tarixi 1962-ci ildən başlayır. == Tarixi == 1962-ci ildə Chemcor adlı material ixtira olunur, lakin tətbiq sahəsi tapmır. Üzərindən illər keçdikdən sonra isə bu texnoloji məhsul haqqında xatırlamağa başlayırlar. İlk Gorilla Glass displeyli telefon 2008-ci ildə Nokia N8 oldu. Hazırda isə dünya üzrə istehsal olunan mobil qurğular, və eləcə də notbuk və televizorların 20%-ində bu şüşədən istifadə olunur. Mobil telefonların əvvəl-əvvəl cızılma ilə bağlı problemləri yox idi, çünki onların displeyləri üçün möhkəm və bahalı sapfir şüşədən istifadə olunurdu. Daha sonralar cızılma ilə bağlı problemlər meydana gəldi. Mobil telefon istehsalçıları həll yolunu Gorilla Glass-da gördülər. Həm möhkəm, həm də yüngül olması bu yeni şüşələri əlverişli etmişdi.
Gorilla beringei
Şərq qorillası (lat. Gorilla beringei) — xullar fəsiləsinin qorilla cinsinə aid heyvan növü. Növ alman zabiti Fridrix Robert fon Berinqenin (1865—1940) şərəfinə adlandırılmışdır. O, ilk dəfə qorillaları Briunqa dağlarında aşkarlamışdır. == Təsnifat == Şərq qorillası iki yarımnövə bölünür: Gorilla beringei beringei Matschie, 1903 — Şərq dağ qorillası. Populyasiyanın sayı 700 başdır. Ruanda, Uqanda və Konqo Demokratik Respublikasının vulkanik zirvələrinin ətəklərində yayılmışdır. Gorilla beringei graueri Matschie, 1914 — Şərq düzənlik qorillası. Az təhlükədə olan yarımnövdür. Populyasiyanın sayı 5 min baş olaraq qiymətləndirilir.
Gorilla beringei beringei
Şərq dağ qorillası və ya Dağ qorillası (lat. Gorilla beringei beringei) — primatlar dəstəsinə, qorillalar (Gorilla) cinsinə, Şərq qorillası növünə aid olan yarımnöv. Növ adı alman zabiti Fridrix Robert fon Berinqenin (1865–1940) şərəfinə adlandırılmışdır. O, ilk dəfə qorillaları Briunqa dağlarında aşkarlamışdır. Yarımnöv nəsli kəsilmək ərəfəsindədir. 2012-ci il məlumatına görə onların sayı 880 başı keçmir. == Areal == Dağ qorillaları Mərkəsi Afrikanın Böyük Rift Dərəsi rayonunda yayılmışdır. Onlar 6 sönmüş vulkanın ətəklərində, 40 km uzunluğa və 3–19 km enə, 2200–4300 metr hündürlüyə malik ərazidə yayılmışlar. Cəmi iki iri olmayan populyasiya mövcuddur. Ruanda, Uqanda və Konqo Demokratik Respublikasının vulkanik zirvələrinin ətəklərində yayılmışdır.
Gorillaz
Gorillaz — 1998-ci ildə musiqiçi Deymon Albarn və rəssam Ceymi Hyulet tərəfindən qurulmuş İngiltərə virtual musiqi qrupu. Qrup dörd üzvdən ibarətdir: 2-D (vokal, klaviş), Mördok Nikkals (bas-gitara), Nudl (gitara, klaviş, vokal) və Rassel Hobbs (baraban). Onların kainatı musiqi videolarında, müsahibələrdə, komikslərdə və qısa cizgi filmləri ilə təqdim olunur. == Studiya albomları == Gorillaz (2001) Demon Days (2005) Plastic Beach (2010) The Fall (2010) Humanz (2017) The Now Now (2018) Song Machine, Season One: Strange Timez (2020) Cracker Island (2023) == Mahnıları == Clint Eastwood (2001) Man Research (Clapper) (2001) 19-2000 (2001) Latin Simone (Que Pasa Contigo) (2017) O Green World (2005) Dirty Harry (2005) Feel Good Inc.
Gorillaz (albom)
Gorillaz — Böyük Britaniya virtual musiqi qrupu Gorillaz-ın debüt studiya albomu. 26 mart 2001-ci ildə Parlophone tərəfindən buraxılıb.
Gorillaz: Layiqsiz kumirləri rədd edin
Gorillaz: Layiqsiz kumirləri rədd edin (ing. Gorillaz: Reject False Icons) — 2019‐cu ildə ekranlara çıxan Böyük Britaniya musiqili-sənədli filmi. == Məzmun == Filmdə virtual qrup Gorillaz-ın 2015–2018-ci illərdə lentə alınan eksklüziv görüntüləri təqdim edilir. Filmdə Deymon Albarn və onun komandasının səsyazma studiyalarındakı maraqlı mahnı yazma prosesi, o cümlədən "Humanz" və "The Now Now" albomları üzərində işi, eləcə də konsert turlarının pərdəarxası görüntüləri əks olunub. == Rollarda == Deymon Albarn Remi Kabaka Cr.
Qorilla
Qorilla (lat. Gorilla) — müasir primatlar dəstəsinin ən geniş yayılmış nümayəndələrindən olan meymun cinsi. Qorilla DNT-si insan DNT-sinə çox bənzəyir, 95% ilə 99% arasında eynidir. Qorillalar şimpanze və bonobolardan sonra ən yaxın qohumlarımızdır. Qorillaların iki əsas növü var: Şərq Qorillası və Qərb Qorillası. Qorillalar yaşayan ən böyük primatlardır. Onların boyu 1,25 ilə 1,8 metr, çəkisi 100 ilə 270 kq, qollarının uzunluğu 2,6 metrə çata bilər. Dişi qorillalar daha kiçikdir, adətən erkək qorillaların yarısı qədərdir. Qorillalar qoşun adlanan qruplarda yaşayırlar. Qoşunların liderinə "silverback" deyilir.
Qorilla Musson
Robert James Marella (4 iyun 1937, Roçester[d], Nyu-York ştatı – 6 oktyabr 1999) — daha çox "Gorilla Monsoon" rinq adı ilə tanınan Amerikalı peşəkar güləşçi, play-by-play şərhçisi və buker idi. Musson 1980-ci və 1990-cı illərdə şücaətli super-ağır çəkili əsas yarışmaçı, daha sonra isə Dünya Güləş Federasiyasının (WWF) səsi, şərhçi və səhnə arxası meneceri kimi qaçışı ilə məşhurdur. O, həmçinin 1995–1997-ci illərdə WWF prezidentinin ekrandakı rolunu canlandırıb. Peşəkar güləşdə tədbirin giriş pərdəsinin arxasındakı səhnə sahəsi, Marellanın qurduğu və WWF zamanı tez-tez rast gəlindiyi mövqe karyerasının sonlarında onun şərəfinə "Qorilla Mövqeyi" adlandırılır. Marella Nyu-Yorkun Roçester şəhərindəki Cefferson Liseyində oxuyub, futbol, ​​həvəskar güləş və yüngül atletika üzrə görkəmli idmançıya çevrilib. O zaman onun çəkisi 301 funtdan (136,53 kq) çox idi və komanda yoldaşları onu mehribanlıqla "Kiçik" adlandırırdılar. Marella həm də Nyu-Yorkun İthaka şəhərindəki İthaka Kollecində orta məktəbi bitirdikdən sonra görkəmli idmançı idi. O, indi çəkisi 325 funtdan çox olan güləşi davam etdirdi və 1959-cu ildə NCAA Güləş Çempionatında ikinci yeri tutdu. O, həmçinin 18 saniyəlik güləş pinini və bir neçə atletika fərqlənmələri də daxil olmaqla bir neçə məktəb atletika rekorduna sahibdir. O, 1973-cü ildə İthaka Kollecinin Atletik Şöhrət Zalına daxil edilib.
Gerilla müharibəsi
Partizan müharibəsi və ya Gerilla müharibəsi — hərbi qruplaşmaların yerli əhali arasında gizlənərək düşmənləriylə açıq və iri döyüşlərdən qaçmaqla apardığı müharibə.
Qar dənəsi (qorilla)
Qar dənəsi (isp. Copito de Nieve, kat. Floquet de Neu; 1964 — 24 noyabr 2003) — zooloji müşahidələr nəticəsində indiyənə kimi qeydə alınmış yeganə albinos qorilla. Bu erkək qorilla uzun zaman İspaniyanın Barselona zooparkında yaşamışdır. Qar dənəsi Qərb düzənlik qorillası yarımnövünə aid olmuşdur. Rəsmi məlumata görə bu canlı İspaniya Qvineyası ərazisində 1966-cı ildə tutulmuşdur. Sonra isə Barselona şəhərinə gətirilmişdir. İlk əvvəllər onu ovlayan ovçunun dilində (famnq dili) Nfumu Ngui olaraq adlandırılır. Bu sözün hərfi mənası isə "Ağ qorilla" anlamını verir. Qorilla 15 000 pesetaya satın alınır.
Qorilla Musson (İdmançı)
Mozilla
Mozilla — çoxmənalı termin olaraq Mozilla Foundation qeyri-kommersiya şirkətinin proqram fəaliyyətini və bu proqram çərçivəsində istehsal olunan bir çox proqram məhsullarını bildirmək üçün işlədilir.
Perilla
Perilla (lat. Perilla) - dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Perilla toxumlarında 40-54% tez quruyan (yod ədədi 181-206) texniki yağ və 28 %-ə qədər zülal vardır.Perilla yağının quruma qabiliyyəti kətan yağına nisbətən yüksək-dir. Ona görə də boya və lakların hazırlanmasında istifadə edilir. Tətbiq olunduğu sahədə elastiklik yaradır və çatlar əmələ gətirmir. Perilla yağı aviasiya, gəmiqayırma, avtomobil, elektrotexnika, poliqrafiya və b. sənaye sahələrində işlədilir. Perilla yağı çox yaxşı izolyasiya xüsusiyyətinə malikdir. Perilla yağı hopdurulmuş parça və kağızdan sukeçirməyən plaş və başqa şeylər hazırlanmasında istifadə edilir. Perilla yağı əczaçılıqda və işıqlandırmada lampa yanacağı kimi (his vermədiyinə görə) istifadə edilir.
Varilla
Varilla (lat. Varilla) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Rosilla
Dyssodia (lat. Dyssodia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Boebera Willd. Rosilla Less. Syncephalantha Bartl.
Garcinia morella
Kolşəkilli perilla
Kolşəkilli perilla (lat. Perilla frutescens) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin perilla cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === == Yarımnövləri == Perilla frutescens var. crispa (Thunb.) H.Deane Perilla frutescens var. frutescens Perilla frutescens var.
Mozilla Firefox
Mozilla Firefox — populyar, ödənişsiz və açıq-qaynaqlı İnternet brauzeri (veb səyyahı), əməliyyat sistemi ilə əla uyuşaraq, əvvəlki brauzerlərin favoritlər bölməsindəki informasiya bazasını idxal etmək kimi vacib funksiyalara sahibdir. Pop-up reklamların qarşısını alır və yüksək səviyyədə brauzerin təhlükəsizliyi imkanlarını təklif edir. Rəsmi olaraq Microsoft Windows, Mac OS X və Linux əməliyyat sistemləri üçün buraxılır. İlk adı “Phoenix” (“Simurq”) idi. Ticarət işarələrində yaranmış toqquşma səbəbindən bir müddətdən sonra adı dəyişdirilərək “Firebird” qoyuldu. Eyni səbəbdən sonradan bu ad da “Firefox” adı ilə əvəz olundu. Çox zaman yanlış olaraq “Mozilla” adlandırılır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Mozilla Thunderbird
Mozilla Thunderbird - Mozilla fondu tərəfindən yaradılan pulsuz, açıq kodlu, cross platform email, xəbər və chat (client) proqramıdır. Mozilla Thunderbird bir neçə email hesabını eyni zamanda istifadə etməyə imkan verir.
Perilla frutescens
Kolşəkilli perilla (lat. Perilla frutescens) - perilla cinsinə aid bitki növü.
Rorella intermedia
Drosera intermedia (lat. Drosera intermedia) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü. Drosera americana Willd. Drosera foliosa Elliott Drosera intermedia var. americana (Willd.) DC. Drosera intermedia f. corymbosa (DC.) Fernald Drosera intermedia var. corymbosa DC. Drosera intermedia f. elatior Planch. Drosera intermedia var. elatior Planch.
Rorella longifolia
İngilis şehçiçəyi (lat. Drosera anglica) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü. Adenopa anglica (Huds.) Raf. Drosera anglica var. linglica (Kusak. ex R.Gauthier & Gervais) Schlauer Drosera anglica f. pusilla Kihlm. ex Diels Drosera anglica var. subuniflora DC. Drosera anglica var. woodii (R.Gauthier & Gervais) Schlauer Drosera kihlmanii Ikonn.
Qorallar
Qurallar (pol. Górale; slovak. Gorali) — Polyakların etnik qurupudur. Onlar əsasən Polşanın cənubunda (Podqale və Beskid), Slovakiyanın şimal-qərbində (Kisuse, Liptov, Spiş, Orapa regionları, Çadsa, Tvrdoşin, Nanestovo, Liptovski, Stara Lyobovya, Kejmarok rayonlarında) və Çexiyanın şimal-şərqində (Fridek-Mistek, Opava, Bruntal dairələri) yayılmışdır. Az sayda diaspor ukrayn və rumın Bukovinasında və Çikaqoda mövcuddur. Qoralların ümumi sayı 0,5 - 2,5 milyon nəfərdir. Polşanın Malopolsk voyevodstvosunda və Slovakiyada yayılmış qorallar Malopolskoye dialektində danışırlar. Silez və Opolsk voyevodstvosunda və Çexiyada isə Silez dialektində danışırlar. Onla öz aralarında polyak, çex və slovak dillərində danışırlar. Böyük əksəriyyəti katolik az bir qismi usə provaslavdır.
Qoritsa qayası
Qoritsa qayası (bolq. скали Горица, ‘Skali Goritsa’ \ska-'li go-'ri-tsa\) — Zed adaları arxipelaq qrupuna daxil olan iki qayadan biridir. Qayalıq Antarktidanın Varna yarımadasının Cənubi Şetland adalarında, Livinqston adasının şimal sahillərində yerləşmişdir. Qayanın uzunluğu şimal-qərbi və cənub-şərqi istiqamətində 330 m, eni 700 m-dir. Qaya 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur. Qoritsa qayası Bolqarıstanın şimal-şərqi və cənub-şərqində yerləşən Qoritsa şəhərinin adını daşıyır. Qoritsa qayası 62°25′32″ c. e. 60°09′25″ q. u.