Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Irania gutturalis
Adi ağboğaz bülbül (lat. Irania gutturalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin ağboğaz bülbül cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Boyu və hərəkətləri ilə bülbülü xatırladır. Üst tərəfi göy rəngə çalan boz, quyruğu, yanaqları qara, qaşı və boyunu ağdır. Qaramtıl-qəhvəyi rəngdə olan dişinin quyruğu tünd qəhvəyi, gövdə yanları narıncı, boğazı ağımtıl, boğazı əhatə edən başın yanı və sinəsi çirkli bozdur. Erkəyin üst tərəfi mavi boz olub, qara quyruğu və qırmızı sinəsi ilə seçilir. Dişisi erkəyə nisbətən sadədir. Daha qəhvəyi və boz yanaqlıdır. Alt tərəfində yalnız yanı qırmızıdır və qara quyruğu ilə dərhal seçilir.
Pterocles gutturalis
Sarıboğaz bağrıqara (lat. Pterocles gutturalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bağrıqarakimilər dəstəsinin bağrıqaralar fəsiləsinin bağrıqara cinsinə aid heyvan növü.
Saxicola gutturalis
Timor çəkçəkisi (lat. Saxicola gutturalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Kultural mühit
Kultural mühit (culture medium) (lat.cultus – yenidən hazırlanma, emal) bitki, heyvan və mikroorqanizm-hüceylərinin yetişdirilməsi üçün in vitro (sınaq şüşəsində, orqanizmdən kənar və ya süni şəraitlərdə) istifadə olunan maye və ya bərk halda qidalı material. Kultural mühit tərkibində qidalı maddələrdən başqa kultura stimullaşdırıcı, məhvedici, toksik, mutagen və ya kanserogen təsir göstərən agentlər saxlaya bilər. Hər bir kultivasiya olunan (yetişdirilən) obyekt üçün xüsusi kultural muhit seçilir. == Mühitin pH-ı == Kultivasiya olunan hüceyrələr mühitin pH-ına çox həssasdırlar. Əksəriyyət hüceyrələr üçün pH-ın optimal qiyməti 7,2–7,4 civarında olur. Natrium hidrokarbonat kultural mühitin "təbii" bufer sistemini tənzimləyir (CO32-/HCO3-); atmosferdə CO2-in 5–10% tərkibdə olmasını tələb edir ki, bu da hüceyrələrin CO2 — inkubatorda kultivasiya zamanı asan yerinə yetirilir. HEPES bufer tutumu 7,2–7,4 pH olan fosfat duzudur. Nəzarət edilməli qaz mühiti tələb etmir, lakin böyük qatılıqlarda bəzi növ hüceyrələr üçün toksik ola bilər. Fenol- qırmızı pH indikatoru kimi istifadə olunur: 7,4 pH-da qırmızı və pH-ın azalması ilə narıncı və ya sarı rəngə qədər dəyişir. Estrogenə həssas hüceyrələrin kultivasiyası üçün fenol-qırmızı olmayan mühitdən istifadə etmək tövsiyə olunur.