Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Həbibə Allahverdiyeva
Həbibə Rəşad qızı Allahverdiyeva (9 iyun 1981, Külüs, Şahbuz rayonu) — Azərbaycan rəssamı, millət vəkili == Həyatı == Allahverdiyeva Həbibə Rəşad qızı 1981-ci il 9 iyunda Naxçıvan MR Şahbuz rayonun Külüs kəndində anadan olub. 1998–2002-ci illərdə Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin Təsviri incəsənət ixtisasında, 2002–2004-cü illərdə magistr pilləsində təhsil almışdır. 2001–2005-ci illərdə M. T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında kukla rəssamı vəzifəsində çalışmışdır. 2005-ci ildə Naxçıvan Dövlət Universiteti Təsviri incəsənət kafedrasının müəllimi olmuşdur. 2012-ci ildən baş müəlim vəzifəsində çalışır. 2019-cu ildə Təsviri incəsənət kafedrasının müdiri vəzifəsində çalışır. == Fəaliyyəti == 2010-cu ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü olub. 2012-ci ildə Vaqif Məmmədovun "Dənizə qar yağırdı" adlı şeirlər kitabına bədii tərtibat vermişdir. 2013-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademyasının dissertantıdır. 25 elmi məqalənin müəllifidir.
Həbibə Qasımova
Həbibə Süleyman qızı Qasımova (d. 24 avqust 1922, Bakı, Azərbaycan SSR - ö. 19 noyabr 2014,Bakı, Azərbaycan) — biologiya elmləri doktoru (1963), professor (1965), Azərbaycan SSR-nin Əməkdar elm xadimi (1980), Torpaq mikrobiologiyası sahəsində ilk azərbaycanlı qadın alim == Həyatı == Həbibə Qasımova 24 avqust 1922-ci ildə Bakı şəhərində anadan olub. 1939-cu ildə orta məktəbi bitirmişdir. 1944-cü ildə Azərbaycan Dövlət Universitetini "Fərqlənmə" diplomu ilə bitirmişdir. Universitetdə oxuduğu müddətdə fakültənin komsomol katibi, partiya bürosu katibi və universitetin komsomol komitəsi katibinə qədər yüksəlmişdir. 1945-1948-ci illərdə Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsil almış, 1949-cu ildə "Azərbaycanın penisillin əmələgətirən göbələkləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Həbibə Qasımova 1963-cü ildə "Qazıntı üzvi maddələrin torpağın mikroflorasına təsiri" mövzusunda dissertasiya müdafiə edib biologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. 1965-ci ildə professor elmi dərəcəsi almış, 1980-ci ildə Azərbaycan SSR Əməkdar elm xadimi adına layiq görülmüşdür. 1965-ci ildən 1967-ci ilə qədər Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinin dekanı olmuşdur.
Həbibə Soltanova
Səbirə Sərdarova
Səbirə Sərdarova (tam adı: Səbirə Əbdüləli qızı Sərdarova) — kimyaçı alim. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri, baş elmi işçi, kimya üzrə elmlər doktoru. == Həyatı == Sabirə Sərdarova 1940-cı il yanvarın 1-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhər 134 və 6 saylı məktəblərdə aldıqdan sonra, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) kimya fakultəsinə qəbul olunub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra “Üzvi kimya” kafedrası üzrə aspiranturaya daxil olub (1962-ci il). 1965-ci ildə aspiranturanı bitirdikdən sonra elmi rəhbəri akademik Ə.M. Quliyevin dəvəti ilə Aşqarlar Kimyası İnstitutuna mühəndis vəzifəsinə qəbul olunub. 1967-ci ildə “Tiotetralollar (sintezi, xassələri və tədqiqi)” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və elmlər namizədi elmi dərəcəsini almışdır. 1994-cü ildə “Aminometilləşdirilmiş hidroksiasetofenonlar (sintezi, xassələri, tədqiqi)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək kimya üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. Sabirə Sərdarova 1967-2010-ci illər ərzində AMEA Aşqarlar Kimyası İnstitutunda kiçik, böyük və aparıcı elmi işçi vəzifələrində, 2010-cu ildən bu günə kimi isə baş elmi işçi vəzifəsində çalışır. == Elmi fəaliyyəti == Baş elmi işçi Sabirə Sərdarova üzvi kimya sahəsində mütəxəssisdir.
Səbirə Əliyeva
Səbirə Əliyeva (25 sentyabr 1995, Bakı) — Azərbaycanı təmsil edən qadın güləşçi. == Karyerası == Səbirə Əliyevanın birinci beynəlxalq turniri 2013-cü ilin fevralında Sofiya şəhərində (Bolqarıstan) baş tutan D. Kolov — N. Petrov beynəlxalq turniri oldu. Səbirə Əliyeva həmin turniri beşinci pillədə başa vurdu. Daha sonra Belarusda baş tutan A. Medved beynəlxalq turnirinin bürünc medalına sahib olan Səbirə Əliyeva, martda Tbilisi şəhərində (Gürcüstan) baş tutan Avropa Çempionatını yeddinci pillədə başa vurdu. İyulda gənclər arasında Avropa Çempionatının qalibi olan Səbirə Əliyeva avqustda gənclər arasında Dünya Çempionatının gümüş medalına sahib oldu. 2014-cü ildə Səbirə Əliyeva əvvəlcə Paris şəhərində (Fransa) Fransa Qran-Prisinin bürünc medalına sahib oldu. Daha sonra Klippan Lady Open beynəlxalq turnirini 8-ci, gənclər arasında Avropa Çempionatını beşinci pillədə başa vuran Səbirə Əliyeva, avqustda Zaqreb şəhərində (Xorvatiya) gənclər arasında Dünya Çempionatını bürünc medalla başa vurdu. İlin sonunda isə o, Rusiyada Moscow Lights beynəlxalq turnirinin gümüş medalına sahib oldu. 2015-ci ilin əvvəlində Səbirə Əliyeva Fransasa Paris Qran-Prisində 8-ci, Polşada U23 Avropa Çempionatında 5-ci, Bolqarıstanda isə D. Kolov — N. Petrov beynəlxalq turnirində 5-ci oldu. Daha sonra Səbirə Əliyeva iyunda İstanbul şəhərində baş tutan gənclər arasında Avropa Çempionatının qızıl, avqustda Salvador şəhərində baş tutan gənclər arasında Dünya Çempionatının isə gümüş medalına sahib oldu.
Həbibə Məmməd qızı
Həbibə Məmməd qızı (d. 1919 - v. 1984) — Azərbaycan yazıçısıdır. == Həyatı == Bakıda anadan olmuş, məktəbi bir müddətdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. == Fəaliyyəti == Həbibə gənc yaşlarından əmək və yaradıcılıq fəaliyyətinə başlamış, “Azərbaycan qadını”, “Göyərçin” jurnallarında, “Ədəbiyyat və incəsənət” qəzetində işləmişdir. Onun “Təsadüf” adlı ilk hekayəsi 1938-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilmiş, daha sonra yazıları “Gənc işçi”, “Müəllim”, “İnqilab və mədəniyyət”, “Azərbaycan qadını” və başqa qəzet jurnallarda mütəmadi olaraq çap edilmişdir. Həbibənin Kiçik hekyələr adlı kitabı 1953-ci ildə nəşr olunmuşdurş. O, “Dilarə bağa gedir” (1959), “Xoruzun neçə rəngi var” (1960), “Sünbül kukla” (1964) adlı başqa kitablarındakı əsərlərini uşaqların həyatına, təlim-tərbiyəsinə həsr etmişdir. == Kitabları == 1965 - “Ayrıla bilmədim” 1969 - “Xəzri həmişə əsmir” 1970 - “Günəş məndən göyçəkdir” 1972 - “Bahar çiçəkləri” 1982 - “Onu hamı sevirdi” Həbibənin yaradıcılığına aid məqalələr yazılmış, mətbuatda dərc edilmişdir.
Hirəq (Marağa)
Hirəq (fars. هرق‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 356 nəfər yaşayır (102 ailə).