Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hərəmxana
Hərəm (Osmanlı Türkcəsi: الحريم من أنا همايون, Hərəm-i Hümayun) — lüğətdə qorunan, müqəddəs və möhtərəm yer mənasını verir. Ev və saraylarda ümumiyyətlə içəri həyətə baxacaq bir şəkildə planlaşdırılmış, qadınların başqa kişilərlə qarşılaşmadan rahatca gündəlik həyatlarını davam etdirdikləri yer idi. Burada yaşayan qadınlara da hərəm deyilirdi. İslamiyyətin bu yerlərə, xüsusilə hərəmxana qadınlarıyla hər hansı bir qan bağlılığı olmayan kişilərin (naməhrəm) daxil olması qadağan idi. == Osmanlı imperiyasında hərəm == Hərəm həyatı Osmanlı sarayında quruluşdan etibarən mövcud olmaqla, Fateh Sultan Mehmed səltənətində təşkilat halını almış və dövlətin ümumi strategiyasına uyğun olaraq devşirmə sistemi vasitəsilə genişləmişdir. Burada, ən aşağı təbəqə olan cariyəlikdən (kənizlikdən) son mərtəbə olan ustalığa (hasəki və validə sultan istisna olmaqla) yüksəlmə bir çox baxımdan Əndərun təşkilatındakı yüksəlmə sisteminə bənzəməkdədir. Osmanlı saray təşkilatındakı Hərəm-i Hümayun ifadəsi də özündə həm hərəmxana, həm də Əndərun bölümünü birləşdirir. Əndərun bölümü padşahın, sarayın və dövlətin müxtəlif xidmətlərində çalışacaq kişilərin, hərəm isə qadınların yetişdirilməsi üçün nəzərdə tutulan bir təhsil qurumu idi. İstanbulun fəthindən öncəki Ədirnə sarayının hərəmiylə bağlı heç bir məlumat yoxdur. Fəthdən dərhal sonra bu gün İstanbul Universitetinin yerində inşa edilən köhnə sarayın hərəmi haqqında isə məlumat olduqca azdır.
Srapion Həkimyan
Srapion Həkimyan (erm. Սրապիոն Հեքիմյան; 16 avqust 1832, Konstantinopol – 7 mart 1892, Konstantinopol) — Osmanlı ermənisi dramaturq, tərcüməçi, tənqidçi, teatr və mədəniyyət xadimi. İbtidai təhsilini mexitarist məktəbində almış, daha sonra Venesiyadakı Murad-Rafaelyan Kollecində təhsil almışdır. O, bir sıra Avropa dillərində danışırdı. Həkimyan fəal teatr xadimi idi, 1861-ci ildə İstanbulda erməni, türk və italyan dillərində tamaşalar göstərən peşəkar erməni teatrının təşkilinə töhfə vermişdir. Romantik tarixi pyeslərin müəllifidir.
Yetimxana
Salvia ekimiana
Salvia ekimiana (lat. Salvia ekimiana) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Yetimxana (film, 2007)
Yetimxana (ing. The Orphanage, isp. El orfanato) — 2007-ci ildə istehsal olunmuş ispan filmi. 1975-ci ildə İspaniyada Laura adında balaca bir uşaq yetimxanadan övladlıq alınır. 30 ildən sonra yetişkin Laura əri Karlos və yeddi yaşındakı Simon adındakı oğulları ilə birlikdə yetimxanaya qayıdır. Laura yetimxananı əngəlli uşaqlar üçün yenidən açmaq istəyir. Simon Tomas adında bir uşaqla dost olduğunu iddia edir və onun çuval (kisə) maskası taxan bir uşaq olaraq şəkillərini çəkir. Özünü sosial xidmət işçisi olaraq Beniqna kimi tanıdan biri Simonu görmək üçün evi ziyarət edir. Beləliklə Laura və Karlosun Simonu övladlıq götürdükləri və Simonun QİÇS daşıdığı ortaya çıxır. Beniqnanın icazəsiz girişinə əsəbləşən Laura ondan getməsini istəyir.