Həkimxanlılar
Həkimxanlılar — Azərbaycanın Çəmənli oymağının sayılan soylarından biri.
== Tarixi ==
Həkimxanlılar nəsli kəndli nəslinə mənsubdur. Soy öz adını Həkimxan Rüstəm oğlunun (1818-1848) adından almışdır. Bu soyun kökü Çəmənli oymağındandır. Həkimxanın Gülməmməd (1808-...) adlı böyük qardaşı olmuşdur.Həkimxan Mülkicahan xanımla evlənmişdir. Onun Kərim (1836-...), Zal (1841-...), Abdulla (1843-...), Cavad (1847-...) adlı övladları dünyaya gəlmişdir.XIX əsrin 70-ci illərində bu nəslin övladları imkanlı kəndlilər sayılmışlar.
== Şəxsiyyətləri ==
Məmməd Abdulla oğlu Həkimxanov (1880-...)
Cümşüd Rüstəm oğlu Həkimxanov (1883-...)
Səməd Cavad oğlu Həkimxanov (1883-...)
== İstinadlar ==
== Mənbə ==
Orxan Zakiroğlu (Baharlı).Çəmənli oymağı və Hatəmxan ağa nəsli. I kitab.