Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sid, sağ qalma təlimatı (animasiya, 2008)
Sid, sağ qalma təlimatı (ing. Surviving Sid) - 2008-ci ildə "Blue Sky Studios" tərəfindən istehsal olunmuş qısametrajlı animasiyadır. Safsar Sid uşaqları təhlükəli yolları dəf edərək onları düşərgəyə aparır. Amma bir müddət keçdikdən sonra uşaqlar Siddən bezərək özləri başçılıq etməyə başlayırlar... Rəsmi sayt «Sidin sağ qalmaq mübarizəsi» — Internet Movie Database saytında.
Psixi pozğunluqların diaqnostik və statistik təlimatı
Psixi pozğunluqların diaqnostik və statistik təlimatı (ing. Diagnostic and Statistical Manual of mental disorders — DSM) — ABŞ-ın psixi pozğunluqlar üçün nomenklaturası. Amerika Psixiatriya Assosiasiyası (APA) tərəfindən hazırlanmış və nəşr edilmişdir. Klassifikatorun 2013-cü ildə buraxılmış son versiyası DSM-5 2022-ci ildə DSM-5-TR adı ilə yeniləndi. 1952 — DSM-I 1968 — DSM-II 1973 — DSM-II (homoseksuallıq ilə 6-cı təkrar buraxılış çıxarıldı) 1980 — DSM-III 1987 — DSM-III-R (R — revised) 1994 — DSM-IV 2000 — DSM-IV-TR (TR — ing.
Ödəniş balansı və beynəlxalq investisiya mövqeyi təlimatı
Ödəniş balansı və Beynəlxalq İnvestisiya Mövqeyi Təlimatı (ing. Balance of Payments and International Investment Position Manual) — Beynəlxalq Valyuta Fondu tərəfindən nəşr olunan və tədiyə balansının hesabatı və təhlili üçün mühasibat standartlarını təmin edən təlimatdır. Bu təlimatdan BVF üzvü olan ölkələrin dövlət qurumları, o cümlədən ABŞ İqtisadi Təhlil Bürosu, Rusiya Mərkəzi Bankı və başqaları istifadə edir. Təlimatın dördüncü nəşri 1977-ci ildə nəşr edilmişdir. 1993-cü ildə buraxılmış beşinci nəşr 1993-cü il Milli Hesablar Sistemi ilə uyğunlaşdırılmışdır. Beşinci nəşrdə ilk dəfə olaraq beynəlxalq investisiya mövqeyinin statistik əks etdirilməsi məsələlərinə baxılmışdır. Təlimatın 2008-ci il milli hesablar sisteminə uyğunlaşdırılmış altıncı nəşri ilkin versiyada 2008-ci ilin dekabrında, son variantı isə 2009-cu ildə buraxılmışdır. Onun adı “Ödənişlər balansı və Beynəlxalq İnvestisiya Mövqeyi Təlimatı” olaraq dəyişdirilib ki, o, təkcə əməliyyatları deyil, həm də müvafiq maliyyə aktivləri və öhdəliklərinin səhmlərini əhatə edir. Rəhbərliklə birlikdə BVF təlimatın mövzuları üzrə praktiki məsləhətlər verən “Ödəniş Balansının Tərtib edilməsi və Beynəlxalq İnvestisiya Mövqeyi üçün Təlimat” adlı əlavə sənəd nəşr etdi.
Tossendan meliyası
Melia azedarach (lat. Melia azedarach) – meliekimilər fəsiləsinin melia cinsinə aid bitki növü. Azedara speciosa Raf. Azedarach commelinii Medik. Azedarach deleteria Medik. Azedarach fraxinifolia Moench Azedarach odoratum Noronha Azedarach sempervirens Kuntze Azedarach sempervirens var. glabrior (C.DC.) Kuntze Azedarach sempervirens f. incisodentata Kuntze Azedarach sempervirens f. longifoliola Kuntze Azedarach sempervirens f. subdentata Kuntze Melia angustifolia Schumach.
İran meliyası
Melia azedarach (lat. Melia azedarach) – meliekimilər fəsiləsinin melia cinsinə aid bitki növü. Azedara speciosa Raf. Azedarach commelinii Medik. Azedarach deleteria Medik. Azedarach fraxinifolia Moench Azedarach odoratum Noronha Azedarach sempervirens Kuntze Azedarach sempervirens var. glabrior (C.DC.) Kuntze Azedarach sempervirens f. incisodentata Kuntze Azedarach sempervirens f. longifoliola Kuntze Azedarach sempervirens f. subdentata Kuntze Melia angustifolia Schumach.
Helemsi (Miyanə)
Helemsi (fars. حلمسي‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 766 nəfər yaşayır (187 ailə).
Səid Səlmasi
Səid Məşədi Xəlil oğlu Haqverdiyev Cənubi Azərbaycanda yetişmiş tərəqqipərəst şairlərdəndir. Dilməqan şəhərində doğulmuşdur. Mədrəsədə oxumuş, ömrünün çox hissəsini Avropa ölkələrinə səyahətdə keçirmişdir.Osmanlı şəhərlərinə də səfərləri olmuşdur. Farsca, fransızca yaxşı savadı var imiş. Səyahət Səid Səlmasinin istər mədəni və istərsə məfkurəvi inkişafına çox böyük təsir etmişdir. Bir müddət Bakıda yaşamışdır. Vətəninə qayıtdıqdan sonra tərəqqi və mədəniyyət yolunda var qüvvəsi ilə çalışmış, öz xərci ilə Səlmasda məktəb açmış, "Şəfəq" adlı qəzet nəşr etdirmişdir. 1905-ci il inqilabı nəticəsində Cənubi Azərbaycanda əmələ gələn azadlıq hərəkatının fəal iştirakçılarından olmuşdur. Bakıda "Füyuzat" jurnalında yeni ruhda şeirlər çap etdirmişdir. Azərbaycan dilində ilk dəfə sonet yazan şairdir.1909-cu ildə Xoy şəhərinə mətbəə apararaq, orada yeni kitabların nəşrilə məşğul olmuşdur.
Əlaəddin Melmasi
Əlaəddin Melmasi, (d.1 yanvar 1952 Təbriz — ö.6 iyun 2011 Şiraz) — fotoqraf, tərcüməçi, elmi işçi, müəllim,dilçi, şair və kimyaçı idi. Əlaəddin Melmasi Mahmud Melmasi ədibin ilk uşağı idi. O, Təbriz Universitetində, İngilis dil və ədəbiyyatı sahəsində təhsil almışdır. Melmasi, Azərbaycanca və Farsca şeirlər yazıb: دئنه پير ميكده یه بو ســـحر، كي بو شـــاعري ايله دعــــــا/Denə pire meykədəyə bu səhər, ki bu şairi eylə dua ئولوم اولميايدي، گؤريدي بير سوزي عالمه ياييلان زمان/Ölüm olmayaydı, göreydi bir sözü aləmə yayılan zaman Melmasi Nəstəliq, Şikəstə nəstəliq, Süls, Nəsx xəttlərində bacarığı varıdı. روشن‌ضمیر، مهدی. یاد یاران. چاپ اول. تهران: انتشارات طلاييه، ۱۳۷۱.
Eurypyga helias
Günəş vağı (lat. Eurypyga) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin günəşvağıkimilər dəstəsinin günəş vağları fəsiləsinə aid heyvan cinsi.
Hüsaməddin xan Səlmasi
Hüsaməddin xan Xosrov xan oğlu Səlmasi (?-?)—arif, alim. == Həyatı == Hüsaməddin xan Xosrov xan oğlu Xoy vilayətinin Səlmas şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Hüsaməddin xan Səfirülarifeyn Pərviz xanın nəvəsidir. Azərbaycanın məşhur Zəhəbiyyə silsiləsindəndir. Onun ata-babaları Salmas mahalında yaşam sürən Lək tayfasının başçıları olublar. Hüsaməddin xan Səlmasi Azərbaycanın tanınmış ariflərindəndir. Bir risalənin müəllifi idi. Bəzi kitabları Təbrizdə çap olunub.
Mahmud Məlmasi-Azarm
Mahmud Məlmasi-Azarm — azərbaycanlı şair və alim. Hümam Təbrizinin nəslindəndir. == Həyatı == Mahmud Məlmasi-Azarm, 1917-ci ildə Təbriz şəhərində anadan olmuşdur. Seyid İbrahim Darvazeyenin qızı ilə ailə həyatı qurmuşdur. 5 oğlan (Ələddin, Rüknəddin, Ziyaləddin, Firudin və Fərrux) və 1 qız olmaqla 6 övladı olmuşdur. == Təhsili == Hələ 5 yaşı olarkən oxuma və yazmanı öyrənmişdir. İlkin dövrlərdə müəllimi atası olmuşdur, lakin sonrakı dövrlərdə müəllimi Mirzə Möhsün Ədib Üləma olmuşdur. 9 yaşı olarkən Sədinin Gülüstan əsərini, 13 yaşı olarkən isə Kəlilə və Dimnə əsərini oxuyub bitirmişdir. Həyatının bu dövrlərində fars dilli və azərbaycan dilli ədəbiyyatı öyrənmişdir. == Ölümü == 1991-ci ilin 23 iyununda vəfat etmişdir.
Nimtac xanım Səlmasi
Nimtac xanım Səlmasi (1869-?)—Cənubi Azərbaycan şairəsi. Nimtac xanım Səlmasi 1869-cu ildə Cənubi Azərbaycanın Salmas bölgəsinin Ləkistan mahalının Sultan Əhməd kəndində anadan olmuşdu. Atası Məsudi-divan ləqəbli Məsud xan Ləkistanın sərkərdələrindən idi. Babası Hacı Vəzir Ləkistani Salmasın məşhur şəxsiyyətlərindən sayılırdı. Anası "Ağa xanım" ləqəbli Nərgiz xanım idi. 1919-cu ildə Şəkkak əşirətinin başçısı İsmayıl ağa Simitko dəstələri Urmiyada toplaşdığı zaman Salmas əhalisi özünü müdafiə etməyə hazırlaşıb. Həmin vaxt Salmasın Ləkistan mahalının əhalisi çox çətinliklər 15 min güllə əldə edib və öz silahlılarına təlim keçiblər. Digər tərəfdən Simitko onları güllələri təhvil verməyə çağırıb və bildirib ki, əgər təslim olmasanız qadın və uşaqların qətl ediləcəyi qaçılmazdır. Nəhayət 1919-cu il dekabrın 19-da Ləkistan əhalisi ilə talançı Simitko qoşunu arasında savaş başladı. Ləkistanlı kişi və qadınlar hamısı savaşa qoşuldu və böyük qəhrəmanlıq göstərdilər.
Mirzə Həsən xan Səlmasi
Mirzə Həsən xan Mirzə Mehdi xan oğlu Səlmasi (1844-1911)—XIX əsr Azərbaycan şairi. Mirzə Həsən xan Mirzə Mehdi xan oğlu 1844-cü ildə Xoy vilayətinin Səlmas şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Mirzə Həsən xan Səlmasi Nasirəddin mirzənin yanında xidmət etmiş, pişxidmət vəzifəsinə yüksəlmişdi. Mirzə Həsən xan Səlmasi şair idi. Xosrovi təxəllüsü ilə qəlb oxşayan şeirlər yazırdı. Mirzə Həsən xan Səlmasi 1911-ci ildə vəfat edib.