Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Həmzəlli
Həmzəli — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Həmzəli kəndi çox qədim tarixə malikdir. Kəndin Həmzəli adlandırılması haqqında müxtəlif rəvayətlər mövcuddur. Bir rəvayətə qədim Albaniya dövründə Həmzə adlı bir qoşun başçısının öz əlli nəfərlik qoşunu ilə Qul çayı kənarında məskunlaş və Kəndin adı Həmzə və əlli sözləri birləşdirilərək yaradılmış və illər ərzində Həmzəli kimi formalaşmışdır. Başqa bir rəvayətə görə kəndin tarixi daha qədimə gedir. Həmzə və Əli adlı iki qardaş Böyük qafqaz dağlarının ətəyində çoxlu sayda çayları, səfalı bulaqları, gözəl təbiəti və havası olan bu yerdə özlərinə yaşamaq üçün məskən salır. Kəndin adı isə bu iki qardaşın adları birləşdirilərək Həmzəli adlandırılır. Kəndin ən qədim evləri məhz Qul çayı ətrafında olmuş daha sonra kənd əhalisi artıqca kənd böyüməyə başlamış daha böyük ərazini əhatə etmişdir. == Coğrafi məlumat == Həmzəli haqqında mənbələrdə yazılır ki, ərazidə Şahna və Yurd yerləri olub. Müxtəlif kəndlərdən gələn ailələr burada məskunlaşıblar.
Cəmilli
Cəmilli — Azərbaycanda daha çox işlədilən soyad. Bu soyadı olan tanınmış insanlar Cəmil Cəmilli — Səməd bəy Cəmillinski — Kəndlər Cəmilli (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Cəmilli (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Cəmilli (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd.
Xəmsə həmayili
Xəmsə -(ərəb. خمسة ‎, ivr. ‏חמסה‏‎) — qoruyucu амулет həmayil Ərəblər və yəhudilərin işlətdiyi əl ovcu formasında həmayildir. Onun digər adı Allahın əlidir. "Xəmsə" sözünün mənşəyi sami dil ailəsinə aiddir və "beşlik" deməkdir. Bir qayda olaraq, simmetrik olur, böyük və çeçələ barmaq kənardan , bərabər uzunluqda görünür və ovuc içinin anatomik formasını təkrarlamır. Buna baxmayaraq, onu həm yəhudilər, həm də müsəlmanlar geniş istifadə edirlər. Məlumdur ki, o, səmavi dinlərin yaranışına qədər mövcud olmuş və qədim finikiyalıların Ay ilahəsi , və Karfagen şəhərinin himayədarı Tanrıça Tanit ilə əlaqədar olmuşdur. Arxeoloji məlumatlar ona dəlalət edir ki, üzü aşağı istiqamətlənmiş Xəmsə regionda hələ monoteist (təkallahlı) dinlərin ardıcılları gəlməmişdən əvvəl istifadə olunub. Universal müdafiə işarəsi , sağ əlin açıq ovcunun obrazı hələ qədim Mesopotamiya artefaktları və Buddanın qoruma təlimində — Dxarmaçakra-mudrasında göstərilmişdir.
Cavanşir Həmidli
Cəmilli (Kəlbəcər)
Cəmilli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Seyidlər kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Kəndin adı onun bünövrəsini qoyan Cəmil adlı bir şəxslə bağlıdır. == Yaylaqlar == Ayğır bulağının yurdu, Çalaçökək yurd, Əvəlikli yur, Fermadüşən yurd, Kalafalıq yurdu, Ağbulaq yaylağı, Xıdırdüşən yurd. == Bulaqlar == Sarı su, Qara bulaq, Soyuq bulaq, Məhərrəm bulağı, Ayğır bulağı, Eyvazlı bulaq, Daş bulaq, Komun suyu, Qoçu bulağı, Qafar bulağı, Bayram bulağı, Novlu bulaq, Feyruz bulağı, Behbud bulağı, Novçalı bulaq. == Meşhur yerler == Eyvazlı yalı, Kərəmli, Novun düzü, Əsgərçökəyi, Çaxçaxlı, Taxta, Qaraqaya, Göyxır, Qapaz, Şişqaya, Gendərə, Vəlidərəsi, Armudluq, İtölən, Qaratəpə, Mal oğurlanan, Mehdibiçən, Həsənalı tapı, Quzuqayası, Mehditapı, Arxacyeri, Daşın başı, Boyunyolu, İnəkuçan, Sərpyurd, Sarıyol, Ardışlı, Hüseyn çökəyi, Səmədbiçən, Həştərxan, İmamizi, Cəfalıçimən, İsmayılın ağılı (Xalxal), Ayğır çayı, Komun suyu, Bozlu, Seyidbiçən, Qonur dağ, Kraskalı dağ, Əyriarxac. == Binələr-Qışlaqlar == Qonur binəsi, Mal binəsi, Qoyun binəsi.
Cəmilli (Tərtər)
Cəmilli — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Cəmilli Tərtər rayonunun Dəmirçilər inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Etnotoponimdir.
Cəmilli (Xocalı)
Cəmilli — Azərbaycan Respublikasının Xocalı rayonunun Cəmilli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Cəmilli kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qvvələrinin nəzarətinə qaytarılmışdır. == Tarixi == 1991-ci il 23 avqust tarixində qəsəbədə ermənilər tərəfindən 3 nəfər qətlə yetirilib, 7 nəfər ağır yaralanıb. == Coğrafiyası və iqlimi == Kənd Xankəndi şəhərindən 2,5 km uzaqlıqda, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşir.
Xaqani Cəmilli
Xəqani Cəmilli
Şakir Cəmilli
Cəmilli qətliamı
Cəmilli qətliamı və ya Cəmilli faciəsi — 15 dekabr 1991-ci ildə Azərbaycanda, Xocalı rayonunun Cəmilli kəndində erməni hərbi birləşmələri və Müstəqil Dövlətlər Birliyinin Birləşmiş Silahlı Qüvvələrinə tabe 366-cı motoatıcı alay tərəfindən törədilmiş qətliam. Hadisə zamanı 9 nəfər mülki şəxs öldürülmüşdür. == Qətliam == 13 dekabr 1991-ci ildə erməni hərbi birləşmələri və Müstəqil Dövlətlər Birliyinin Birləşmiş Silahlı Qüvvələrinə tabe 366-cı motoatıcı alay Azərbaycanın Xocalı rayonunun Cəmilli kəndin mühasirəyə almışdı. 14–15 dekabr tarixlərində kəndə hücum etmişdilər. İlk növbədə kənd artilleriya atəşinə tutulmuşdur. Cəmillini yerli özünümüdafiə dəstəsi və Ağcabədi rayonundan olan polis dəstəsi müdafiə edirdi. Bir neçə saat davam edən kütləvi atəşdən sonra onlar kəndə nəzarəti ələ keçirmişdir. Kəndə soxulan silahlılar əvvəlcə 14 evi yandırmış, sonra qarət etməyə başlamışdılar. Bu zaman 9 nəfər azərbaycanlı mülki şəxs öldürülmüşdür. Qətliamın şahidi Tehran İbadovun sözlərinə görə, ermənilər meyitləri qarət edir və məsxərəyə salırdılar.
Həmid Həmidli
Böyük Əmilli məbədi
Kilsədağ kilsəsi — Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində yerləşən qədim alban kilsəsinin qalıqlarıdır. Bəzi tədqiqatçıların fikrincə, kilsə qədim Mitra məbədinin özülləri üstündə inşa edilmişdir. Məbəd 1971 – ci ildə Qəbələ rayonunun Böyük Əmili kəndində aşkar edilmişdir. Kilsədağ məbədi onu Qafqaz Albaniyasının və ümumilikdə Cənubi Qafqazın digər dairəvi məbədlərindən fərqləndirən bir sıra xüsusiyyətlərə malikdir. Kilsənin əsas həcminə şimal-şərq və cənub-şərq tərəfdən iki dairəvi tikili birləşir. == Tarixi == Kilisədağda Mitra (Mitra, cəngavər köçərilərin və dinc əkinçilərin tanrısı idi) məbədi, mərkəzi günbəzli, ikiyaruslu kompozisiyaya malik olan abidədir. Məbədin divarının xarici səthi qeyri-bərabər tərəfli 12 guşəli formada, daxili səthi isə 10,4 metrlik silindr şəklində həll edilmişdir. İkinci daxili dairə 8 sütun üçün stilobat (sütunlar üçün özül) rolunu oynayırdı. Həmin sütunlar günbəzli ikinci yarusun barabanını (günbəzli dairə səmanın – Mitranın rəmzi idi) saxlayırdı. Baş alaqapı girişi məbədin qərb fasadı tərəfindəki əsas kompozisiya görüşündə, iki yan giriş isə şimal və cənub səmtində idi.
Hemşinli
Hemşinlilər — İslam dininə etiqad edən ermənilər. Hemşinlilərin sayı çox olmasa da, onlar adət-ənənələrinə, mədəniyyət və tarixlərinə çox həssaslıqla yanaşırlar. Kulturoloq Altay Arslan deyir ki, "Türkiyənin Qara dəniz bölgəsində yaşayan hemşinlilər çox istiqanlı, emosional insanlardır. Onların sayı çox deyil, amma Rizə bölgəsində hörmətləri böyükdür. Əsəbi, sinirli insanlar təsiri bağışlasalar da, çox səmimi və istiqanlı adamlardır. Ermənilər onları "İslamı qəbul etməyə vadar edilmiş haylar" adlandırsalar da, hemşinlilər bu iddiaları həmişə qətiyyətlə rədd ediblər. Hemşinlilərin ulu babaları gerçəkdən də islamı qəbul etmiş və sünni olmuş ermənilərdir. Amma onların müsəlmanlığa gələn yolu zor, ya da məcburiyyətlə olmayıb. Əksinə, tarixi məxəzlər göstərir ki, qədimlərdə ermənilər islamı könüllü qəbul ediblər və onları dinlərini dəyişməyə kimsə vadar etməyib". == Coğrafi yerləşmə == Hemşinlilər şərq, qərb və şimal olaraq üç qrupdur.