1. Qolbaq, bilərzik.
Xədəmələr durar sağü solunda; Cavahir bazubənd iki qolunda.
Bu halda şah, başında tac və əlində cavahirnişan toppuz, qolunda cavahir bazubəndlər … taxta çıxıb oturdu.
Salıbsan gərdənə heykəl, həmail; Qızıl bazubəndlər qola yaraşar.
2. Qədimdə döyüşçülərin qollarına geydikləri dəmir qolçaq.
3. din. İçərisində nəzər duası, yaxud dua kitabçalarından bir nüsxə qoyulmuş, meşin və ya parça qovluq; qolbənd.