Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vəsimə İsmayılqızı
Ölüm həvəsi
Ölüm həvəsi, ölüm instinkti və ya tanatos (q.yun. θάνατος “ölüm”) — psixoanaliz anlayışı olub, Sabina Şpilreyn tərəfindən fenomen kimi kəşf edilmiş və Ziqmund Freyd tərəfindən elmi dövriyyəyə daxil edilmişdir. Sonra Freyd anlayışı konseptuallaşdırır ki, onun işində canlı orqanizmdə ilkin (cansız, qeyri-üzvi) vəziyyəti bərpa etmək istəyinin mövcudluğunu ifadə edir. Yaşamaq həvəsi ilə ziddiyyət təşkil edir. Bəzi hallarda, aqressiya intinstinkti və ya mortido enerjisi ilə müəyyən edilir. == Psixoanalizdə “həvəs” anlayışı == Freyd cinsi həvəsi təhlil edərkən ilk dəfə "Seksuallıq nəzəriyyəsi haqqında üç esse" (1905) "həvəs" anlayışından istifadə etdi və daha sonra "Həvəslər və onların taleləri" (1915) əsərində bunu əsaslandırdı. Freyd bu anlayışa belə tərif vermişdir: “Həvəs” bizim tərəfimizdən əqli və fiziki arasında sərhəddə olan, bədən daxilində yaranan və ruha nüfuz edən qıcıqlanmaların fiziki nümayəndəsi kimi qəbul edilir." Psixoanaliz nəzəriyyəsinə görə, hər bir həvəsin məqsədi, obyekti, mənbəyi var. Həvəsin məqsədi məmnuniyyətdir ki, bu da onun gərginliyini mümkün qədər azaltmaqla əldə edilir. Həvəs obyekti — həvəsin məqsədinə çatdığı obyektdir. Həvəs mənbəyi zehni səviyyədə həvəsin özü ilə təzahür edən bədənin hər hansı bir orqanında və ya hissəsində həyəcanlanma prosesidir.
Axtarış həvəsi (film, 1970)
Axtarış həvəsi qısametrajlı sənədli televiziya filmi rejissor Teymur Bəkirzadə tərəfindən 1970-ci ildə çəkilmişdir. Film Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatı Tahir Salahovun yaradıcılığına həsr olunmuşdur. == Məzmun == Film Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatı Tahir Salahovun yaradıcılığına həsr olunmuşdur. Filmdə onun bəzi əsərlərinin yaranma tarixindən, sənətkarın öz qəhrəmanları ilə görüşməsindən, xarici ölkələrdə olmasından bəhs edilir. Tahir Salahov həyatla sıx bağlı olan sənətkarlarımızdan biridir. O, ölkəmizdə baş verən ictimai hadisələri dərindən təhlil edərək, fəlsəfi fikirləri bədii surətlər vasitəsilə öz əsərlərində əks etdirir. T.Salahov, əsl mənada böyük sənətkar olduğu üçün əsərlərinin mövzusunu xalqımızın qaynar həyatında axtarır, böyük axtarış ehtirasları ilə yaşayır.
Reveşie
Reveşie (gürc. რეშევიე) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 1300 m hündürlüktə, Suxumidən 84 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. ქართული საბჭოთა ენციკლოპედია, ტ. 8, თბ., 1984. — გვ. 377.
Heveşi Şandor teatrı
Heveşi Şandor teatrı (mac. Hevesi Sándor Színház) — Macarıstanın Zalaeqerseq şəhərində yerləşən teatr. Şəhərin mərkəzindəki Kostolanyi küçəsində yerləşir. == Tarixi == Binanın inşasına 1950-ci illərdə başlanılmışdır. Tikilməsində ilkin məqsəd işləyən təbəqə üçün mədəni və ictimai tədbirlərin keçirələcəyi məkan inşa etmək idi. Daha sonralar Zalaeqerseq Həmkarlar Birliyinin İşləyən Təbəqə üçün nəzərdə tutulmuş evi (Szakszervezetek Zalaegerszegi Munkásotthona) adlandırıldı. 1968-ci ildə İojef Katonanın Ban Bank əsəri bu teatrda tamaşaya qoyuldu. 1980-ci illərdə binanın interyeri daha da təkmilləşdirildi və 1983-cü ildə İmre Madaçın Bir insanın faciəsi (Az ember tragédiája) əsərinin nümayişi ilə teatr ilk dəfə öz fəaliyyətinə başladı.