Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vəsimə İsmayılqızı
Vəsimə İsmayıl qızı Qarayeva (Tap Qaraqoyunlu) — yazıçı, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1999). == Həyatı == Vəsimə İsmayılqızı Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olmuşdur. Orta təhsilini Tap Qaraqoyunlu kənd orta məktəbində almış, sovxozda işləmişdir. GDU-nu fərqlənmə diplomu ilə bitirmiş (1991), təhsil aldığı universitetdə saxlanmış, psixologiya kafedrasında işləmişdir (1992-1994). Sonralar "Patronat" şirkətində redaktor, "QAPP-Poliqraf" QTSC-də redaktor (1994-1995), "İsmayıl" Nəşriyyat-Poliqrafiya Mərkəzində direktor (1995-1999), "İsmayıl" Nəşriyyat-Poliqrafiya Müəssisəsində direktor vəzifəsində çalışmışdır. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür (1999). Bədii yaradıcılıqla məşğuldur. Dövri mətbuatda şeirlər, kiçik hekayələr, bədii, elmi və publisistik yazılarla çıxış etmişdir. İlk irihəcmli əsəri Goranboy bölgəsinin tarixindən, fiziki, iqtisadi və sosial coğrafiyasından, yaşayış məskənlərindən, toponimlərindən, abidələrindən, etnoqrafiyasından, əlamətdar hadisələrindən, görkəmli şəxsiyyətlərindən bəhs edən "Goranboy" ensiklopedik toplusu 2000-ci ildə nəşr olunmuşdur. Ulu öndər Heydər Əliyevin Goranboya səfərlərindən bəhs edən "Goranboyda izim qaldı" (2001), "Azərbaycan olduğu kimi" (2002), "Goranboyda izim qaldı" (2003, təkmilləşdirilmiş nəşr), "Bu, İrşad Əliyevdir" (2006), "Beyləqan" ensiklopedik toplu (2010) kitabları nəşr edilmişdir.
Axtarış həvəsi (film, 1970)
Axtarış həvəsi qısametrajlı sənədli televiziya filmi rejissor Teymur Bəkirzadə tərəfindən 1970-ci ildə çəkilmişdir. Film Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatı Tahir Salahovun yaradıcılığına həsr olunmuşdur. == Məzmun == Film Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatı Tahir Salahovun yaradıcılığına həsr olunmuşdur. Filmdə onun bəzi əsərlərinin yaranma tarixindən, sənətkarın öz qəhrəmanları ilə görüşməsindən, xarici ölkələrdə olmasından bəhs edilir. Tahir Salahov həyatla sıx bağlı olan sənətkarlarımızdan biridir. O, ölkəmizdə baş verən ictimai hadisələri dərindən təhlil edərək, fəlsəfi fikirləri bədii surətlər vasitəsilə öz əsərlərində əks etdirir. T.Salahov, əsl mənada böyük sənətkar olduğu üçün əsərlərinin mövzusunu xalqımızın qaynar həyatında axtarır, böyük axtarış ehtirasları ilə yaşayır.
Reveşie
Reveşie (gürc. რეშევიე) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 1300 m hündürlüktə, Suxumidən 84 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ქართული საბჭოთა ენციკლოპედია, ტ. 8, თბ., 1984. — გვ. 377.
Heveşi Şandor teatrı
Heveşi Şandor teatrı (mac. Hevesi Sándor Színház) — Macarıstanın Zalaeqerseq şəhərində yerləşən teatr. Şəhərin mərkəzindəki Kostolanyi küçəsində yerləşir. == Tarixi == Binanın inşasına 1950-ci illərdə başlanılmışdır. Tikilməsində ilkin məqsəd işləyən təbəqə üçün mədəni və ictimai tədbirlərin keçirələcəyi məkan inşa etmək idi. Daha sonralar Zalaeqerseq Həmkarlar Birliyinin İşləyən Təbəqə üçün nəzərdə tutulmuş evi (Szakszervezetek Zalaegerszegi Munkásotthona) adlandırıldı. 1968-ci ildə İojef Katonanın Ban Bank əsəri bu teatrda tamaşaya qoyuldu. 1980-ci illərdə binanın interyeri daha da təkmilləşdirildi və 1983-cü ildə İmre Madaçın Bir insanın faciəsi (Az ember tragédiája) əsərinin nümayişi ilə teatr ilk dəfə öz fəaliyyətinə başladı.