Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hamarlama
Cilalama- materiallarda kiçik abrazivlərlə aparılan mexaniki emal növü. İncə emal üsullarına aid olub metalların və qeyri-metallar ın emalında tətbiq olunur. Materialın üst səthi mexaniki, kimyəvi və elektrolit üsulları ilə ovularaq səthdə minimum kələkötürlük və parıltılıq yaradılır. Aşağıdakı cilalama üsulları mövcuddur: Əl ilə cilalama (fərdi istehasalatda tətbiq olunur) Maşınla cilalama (seriyalı və kütləvi istehsalda) Hidroabraziv cilalama (iriseriyalı və kütləvi istehsal) Ultrasəs cilalama (bərk xəlitələrin emalı) Elektrolit cilalama (kütləvi istehsal) Kimyəvi-mexaniki cilalama (bərk xəlitələrin emalı)Cilalama prosesini aparmaq üçün əsas və köməkçi materiallardan istifadə edilir. Əsas material kimi ölçüləri 0,05-50 mkm həddində olan abraziv materiallar (almaz, korund, karbidlər) tətbiq olunur. Köməkçi materiallar kimi isə əsasən emal növündən asılı olaraq yağlayıcı maddələrdən (yağ, kerosin, su, stearin, çarezin, duz məhlullarından ibarət pastalar) istifadə olunur. == Mənbə == Əliyev, R. Maşınqayırma leksikonu. Bakı, Apostroff, I hissə, 2012.
Haçaqaya
Haçaqaya — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Haçaqaya Göygöl r-nunun Balçılı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi yaxınlığındakı Haçaqaya dağının adı ilə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 361 nəfər əhali yaşayır.
Haçatala
Haçatala — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Qusar rayonunun Gilah kənd inzibati-ərazi vahidi tərkibindəki Haçatala kəndi Gilahoba kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Oykonim haça (ikiyə ayrılan) və tala (meşədə açıq sahə) sözlərindən düzəlib "haçalanan tala" mənasındadır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qusar maili düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 262 nəfər əhali yaşayır.
Honalama
Honalama incə mexaniki emal üsullarına id olub geniş materiall spektrinin hazırlanmasnda tətbiq olunan texnoloji əməliyyat növüdür. Əsasən deşiklərin honalama alətlərinin köməyi ilə soyuducu yağlayıcı mayedə incə emal edilməsi zamanı onun səthlərinin triboloji xassələrinin yaxşılaşdırlımasına xidmət edir. Ən çox daxili yanma mühərriklərində silindrlərin incə emalında və hidravlik elementlərin kipləşdirici səthlərinin emalında tətbiq olunur. Honalanmış deşiyin forma dəqiqliyi 5mkm və kələkötürlüyü isə Ra=0.63÷0.04 həddində olur. Xarici səthlərin honalanması xüsu və ya modifikasiya olunmuş pardaqlama dəzgahlarında aparılır. Tətbiq olunan hona daşlarının sayından asılı olaraq superfiniş əməliyyatı ilə müqayisədə 2-4 dəfə çox məhsuldarlıq əldə etməyə imkan yaradır. Prosesin əsas kinematikası uzununa irəli-geri hərəkət və honalama daşlarının eninə verişi nəticədinfə formalaşır. Poladların və çüqünların emalında soyucu-yağlayıcı maddə kimi kerosin və ya onun yağla qarışıqından (10 %—20 %) istifadə edilir.
Qaralama
Qaralama — müəllifin və ya redaktorun ilkin əlyazması və ya kompüter çapı. Üstündə işlənməsi onun adını dəyişmir. Redaktə edilərək yenidən yazılmış və ya çap edilmiş nüsxəsi qaralama sayılmır.
Haçaqaya nekropolu
Haçaqaya nekropolu — Ordubad rayonunun Tivi kəndində, eyniadlı yaşayış yerinin yaxınlığında, təpə üzərində, qumluq ərazidə yerləşir. Sahəsi 1,5 ha yaxındır. Nekropolun ərazisi cənubdan yaşayış yeri, şimaldan və şərqdən dərə ilə əhatə olunmuşdur. Nekropoldakı qəbirlər daş qutu tiplidir. Yaşayış yerindən tunc, antik və orta əsrlərə aid xeyli arxeoloji materialların əldə edilməsi orada insanların həmin dövrdə müntəzəm yaşadığını göstərir.
Haçaqaya(dağ)
Haçaqaya dağı-Tovuz və Gədəbəy rayonları arasında yerləşən,2200 metr yüksəkliyində olan ziyarətgah. == Ümumi məlumat == Tovuzla Gədəbəy arasında yerləşən Haçaqayaya Xınna dərəsindən qalxan yol Keşkənd yolu ilə çox sərt yamacdan keçir. İnzibati olaraq Tovuz rayonuna aid olsa da, buraya nisbətən rahat yolla yalnız Gədəbəyin Slavyanka kəndi ərazisindən keçərək getmək mümkündür. Slavyankadan 21 kmlik məsafədəki pirə maşınla 2–3 saatlıq yoldur. Yol boyu bulaq suları, möhtəşəm dağ mənzərəsinin müşayiət etdiyi bu yer Qərb zonasının ən böyük ziyarətgahıdır. Yüksəklərə qalxdıqca yaylaq camaatının qurduğu alaçıqlar qarşınıza çıxır. Yerlilər bu yaylaq evlərinə "binə" deyirlər. Əsrarəngiz mənzərə, təmiz hava və inanclar buranı yay aylarında bölgənin ən çox üz tutulan ziyarətgahına çevirir. İnsanlar buraya qurban kəsməyə, arzularının yerinə yetməsi üçün dua etməyə, bir çoxları isə sadəcə əsrarəngiz təbiət abidəsini izləmək üçün üz tuturlar. Bir-birindən düz bucaq formasında ayrı düşən 3 böyük qaya 100 illərdir öz görkəmi ilə insanlarda bir maraq yaradır.
Haçaqaya dağı

Haçaqaya yaşayış yeri
Haçaqaya yaşayış yeri — Tivi kəndinin cənub-qərbində, Gilançayın sol sahilində, eyni adlı dağın üzərində yerləşir. Yaşayış yerinə qalxarkən yol boyu qayaaltı sığınaqlara rast gəl-mək olur. Sahəsi 4 hektardan artıqdır. Abidə şimaldan və cənubdan qayalıq, şərqdən və qərbdən yarğanla əhatə olunmuşdur. Onun yerləşdiyi ərazi zəngin otlaq sahəsinə malikdir. Yaşayış yerinin yaxınlığında təbii bulağın olması orada insanların məskunlaşmasına şərait yaradan əsas amillərdən birini təşkil etmişdir.Yaşayış yeri əlverişli strateji mövqedə yerləşir. Oradan Gilançay vadisinin bir hissəsinə nəzarət etmək mümkündür.
Hidravlik parçalama üsulu
Hidravlik parçalama üsulu və ya frekinq — şist nefti çıxarma üsulu. == Sağlamlığa və ekologiyaya təsiri == Frekinq üsulunda su və kimyəvi maddələr yüksək təzyiqlə qazma quyularına vurulur. Bu metod ekologiyaya, xüsusən içməli suyun çirklənməsinə səbəb ola bilər.Bu metod müxtəlif təbii kataklizmlərə səbəb olur. Frekinq metodunun tətbiqi 2013-cü ildə ABŞ-nin Ohayo ştatında çoxsaylı zəlzələlərə gətirib çıxarıb.