Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Apricot Stone
Apricot Stone (Azərbaycanca: Qaysı çəyirdəyi) — Ermənistanın 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil edilən mahnı. Mahnını Eva Rivas ifa etdi.
Hamiqot mayakı
Hamiqot mayakı (kor. 호미곶등대) — Cənubi Koreyanın Pohanq şəhərində yerləşən və hal-hazırda da fəaliyyət göstərən mayak. 26,4 metr hündürlüyü ilə Cənubi Koreyanın ən hündür mayakıdır. 1901-ci ildə Yaponiyaya məxsus gəminin yaxınlıqda batmasından sonra 1903-cü ildə tikilib. Cənubi Koreyanın ən hündür mayakı fransız memar tərəfindən layihə edilib, Çin podratçıları tərəfindən tikilib və 1903 -cü ilin dekabrında tamamlanıb. Hündürlüyünə baxmayaraq, mayak armaturdan istifadə olunmayaraq, kərpicdən tikilmişdir. Daxildən altı-mərtəbəyə bölünüb və hər bir tavan Coson sülaləsinin şərəfinə armud ağacının çiçəyi ilə bəzədilib. Mayak hal-hazırda da fəaliyyətini davam etdirir.
İsmu Harinto
İsmu Harinto (16 may 1974) — İndoneziyanı təmsil edən stolüstü tennisçi. İsmu Harinto İndoneziyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 33-cü pillənin sahibi olub.
Heriot-Vatt Universiteti
Heriot-Vatt Universiteti — 1821-ci ildə Edinburqda qurulmuş və 1966-cı ildən universitet kimi faəliyyət göstərən dünyanın ilk mexanik universitetidir. Universitetin Scottish Borders, Orkney, Dubay və Malayziyada kampusları var.
CARICOM
Karib Ölkələri Birliyi — 1973-cü ildə Caquaramaz müqaviləsi ilə qurulmuş Karib Ölkləri Birliyinin üzvləri : Bahamalar, Barbados, Beliz, Qvatemala, Yamayka, Trinidad və Tobaqo, Antiqua və Barbuda, Dominikan, Qrenada, Montserrat, Sent-Kits və Nevis, Sent-Lüsiya, Sent-Vinsent və Qrenadindir. CARİCOM kiçik bir bölgədir və əhalisi 5 milyona yaxındır. Bölgədəki ölkələr inkişaf səviyyələri baxımından çox geridədir və başlıca ixrac məhsullar neft, boksit, alminium və şəkərdir. Yamayka, Trinidad və Tabaco, Barbados öz aralarında ən inkişaf etmiş ölkələrdir. Adıçəkilən qurum üzv ölkələr arasında gömrük birliyinin qurulmasını məqsədəuyğun hesab edir. Qurumun dünya ixracatında payı 0,1 % -ə və idxalatında payı 0,2 % — dir. Bölgədaxili ticarət nisbəti isə 9,1 % — dir.