Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hidrologiya
Hidrologiya — təbii suları, onlarda gedən hadisələri və prosesləri öyrənən elm. Hidrologiya su obyektlərinin və onları öyrənmə metodlarının spesifik xüsusiyyətləri ilə əlaqədar okeanologiya (okean və dənizlərin hidrologiyası) və qurunun hidrologiyasını (qurunun səth sularını) öyrənir; potamologiya (çayların hidrologiyası), limnologiya (gölşünaslıq), qlyasiologiya, bataqlıqşünaslıq sahələri var; qurunun hidrologiyasına hidrometriya, hidroqrafiya, hidrokimya daxildir. Müasir hidrologiyanın əsas problemləri təbiətdə su dövranının tədqiqi, insanın təsərrüfat fəaliyyətinin ona təsiri, su obyektlərinin, ərazilərin və ümumiyyətlə Yerin hidroloji elementlərinin (suyun səviyyəsi, sərfi, temperaturu və s.) zaman, məkan analizi, həmin elementlərin tərəddüdünün qanunauyğunluqlarının aşkar edilməsi və s. ibarətdir. Çoxillik hidroloji müşahidələr və tədqiqatlar arasında hidroloji proqnozlar tərtib edilir.
Andrologiya
Andrologiya (yun. ανδρικός — kişi + q.yun. λόγος — öyrənmə) — tibbin kişiləri, kişi anatomiyasını və fiziologiyasını, kişi cinsi xəstəliklərini və onların müalicəsi metodlarını öyrənən tibb sahəsi. Avropada andrologiya elmin və təcrübənin ayrı sahəsi kimi dəyərləndirilir. Bu sahənin əsas elmi istiqamətləri aşağıda sadalanmışdır.
Hidrofobiya
Hidrofobluq — kimyəvi xüsusiyyət. Akvafobiya — su qorxusu.
Hidroxoriya
HidroxoriyaA – meyvə və toxumların su vasitəsilə yayılmasıdır.
Histologiya
Histologiya — orqanizmi təşkil edən toxumaların morfoloji-funksional xüsusiyyətlərini öyrənən tibb sahəsi. Xüsusi histologiya yaxud mikroskopik anatomiya ayrı-ayrı orqanların mikroskopik quruluşunu öyrənir. İlk dəfə bitki toxumaları və hüceyrələri haqqında anlayışı 1665-ci ildə fizik Robert Huk irəli sürmüşdür. Sonralar bitki və heyvan toxumalarının hüceyrəvi quruluşunu 1671–1695-ci illərdə M.Malpigi, N. Gryu və Antoni van Levenhuk təsvir etmişdir. Antoni van Levenhuk 300 dəfə böyüdən mikroskop ilə eritrositlərin kapilyarlarda hərəkətini, spermanı, eninə zolaqlı əzələ liflərini, sinir liflərini və s. quruluşunu öyrənmişdir. XVII–XVIII əsrlərdə mikroskopiki tətqiqatların müvəffəqiyyətlərinə baxmayaraq, mikroskopların aşağı keyfiyyətdə olması və preformasiya nəzəriyyəsinə görə bu tədqiqatlar geniş yayılmadı. Bu nəzəriyyəyə görə təbiətdə heç bir şey yenidən əmələ gəlmir, orqanizmin inkişafı cinsiyyət hüceyrələrində əvvəlcədən qoyulmuş mayaların hesabına olur. Preformistlər spermada kiçik formalaşmış insanı axtarırdılar. Bəziləri qeyd edirdilər ki, Adəmin (ə.
İdeologiya
İdeologiya — siyasət yaxud sosial təlim yaradan, hökumətin, siyasi partiyanın, sosial sinfin davranışlarına istiqamət verən siyasi, hüquqi, elmi, fəlsəfi, dini, Əxlaqi, estetik düşüncələr toplusudur. İdeologiyanın nəzəri hissəsində Marksist düşüncələr əhəmiyyətli yer tutur. Marks, Lenin, Gramsci, Lukacs, Frankfurt Məktəbi, Althusser kimi mütəfəkkirlərin bu mövzuda mühüm fikirləri olmuşdur. Bundan başqa, ideologiya nəzəriyyəsi ilə maraqlanan digər mütəffəkirlərin də marksizmlə qarşılıqlı (marksizmə qarşı və ya marksizm tərəfdarı) olaraq fikirlərini irəli sürmələri böyük maraq doğurmuşdur. == Etimologiyası == ideologiya sözü fransızca idéologie (tələffüz: [ideoloʒiː]) (idée - fikir; düşüncə, ologie -elm) sözündən yaranmışdır.Idéologie sözü ilk dəfə Fransa inqilabı dövründə, Antoine Destutt de Tracy tərəfindən işlədilmişdir və ilk ictimai istifadəsi 1796-cı ilə aiddir. == Həmçinin bax == Din Siyasi ideologiyalar siyahısı == Mənbə == Alman İdeolojisi, Karl Marx, Sol yayınları Kapital, Meta fetişizmi bölümü, Marx. İdeoloji ve Ütopya, K.Mannhein İdeoloji ve Devletin İdeolojik Araçları, Louis Althusser, İletişim yayınları. İdeoloji, Terry Eagleton, Ayrıntı yayınları. Eleştiri ve İdeoloji, Terry Eagleton, İletişim yayınları. İdeoloji, Şerif Mardin, İletişim yayınları.
Böyük Şərq (ideologiya)
Böyük Şərq (türk. Büyük Doğu ) — Türkiyədən Nəcib Fazil Qısakürək tərəfindən irəli sürülən islamçı ideologiya.Nəcib Fazil əsərlərində Böyük Şərq ideologiyasının konturunu "islam anlayışının yenilənməsi" əsas tezisi ətrafında izah etmişdir. O, siyasi, mədəni, əxlaqi və fikri mülahizələrdən istifadə edərək "ideal islam dövləti"ni irəli sürmüşdür. "İdeal İslam dövləti" bu gün "Böyük Alilik dövləti" kimi tanınan İBDA-C konsepsiyası ilə təmsil olunur.İslamı əsas istinadlarının mərkəzinə qoyan Böyük Şərq ideologiyası Türkiyə Respublikasının birpartiyalılıq dövründə yetişən islamçı aydınların istifadə etdiyi modernist bir ideologiyaya çevrilmişdir. Nəcib Fazildən sonra Böyük Şərq ideologiyasını İBDA-C qurucusu və kürdəsilli məhkum edilmiş terrorçu Saleh Mirzəbəyoğlu daşımışdır. İBDA-C Türkiyəni devirmək və "Böyük Alilik dövləti"ni yaratmaq məqsədini daşıyır.