İdeologiya
İdeologiya — siyasət yaxud sosial təlim yaradan, hökumətin, siyasi partiyanın, sosial sinfin davranışlarına istiqamət verən siyasi, hüquqi, elmi, fəlsəfi, dini, əxlaqi, estetik düşüncələr toplusu. İdeologiyanın nəzəri hissəsində Marksist düşüncələr əhəmiyyətli yer tutur. Marks, Lenin, Gramsci, Lukacs, Frankfurt Məktəbi, Althusser kimi mütəfəkkirlərin bu mövzuda mühüm fikirləri olmuşdur. Bundan başqa, ideologiya nəzəriyyəsi ilə maraqlanan digər mütəffəkirlərin də marksizmlə qarşılıqlı (marksizmə qarşı və ya marksizm tərəfdarı) olaraq fikirlərini irəli sürmələri böyük maraq doğurmuşdur.
ideologiya sözü fransızca idéologie (tələffüz: [ideoloʒiː]) (idée - fikir; düşüncə, ologie -elm) sözündən yaranmışdır.
Idéologie sözü ilk dəfə Fransa inqilabı dövründə, Antoine Destutt de Tracy tərəfindən işlədilmişdir və ilk ictimai istifadəsi 1796-cı ilə aiddir.
Din
Siyasi ideologiyalar siyahısı
Alman İdeolojisi, Karl Marx, Sol yayınları
Kapital, Meta fetişizmi bölümü, Marx.
İdeoloji ve Ütopya, K. Mannhein
İdeoloji ve Devletin İdeolojik Araçları, Louis Althusser, İletişim yayınları.
İdeoloji, Terry Eagleton, Ayrıntı yayınları.
Eleştiri ve İdeoloji, Terry Eagleton, İletişim yayınları.