Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hindşünaslıq
Cənubi Asiya tədqiqatları kimi də tanınan hindşünaslıq Hindistan yarımadasının tarixi və mədəniyyətləri, dilləri və ədəbiyyatının akademik tədqiqidir və beləliklə də Asiya tədqiqatlarının alt hissəsidir. Indology termini (almanca, Indologie ) tez-tez alman təqaüdü ilə əlaqələndirilir və ingilis dili akademiyasından daha çox Alman və kontinental Avropa universitetlərində şöbə adlarında istifadə olunur.
Kinoşünaslıq
Kinoşünaslıq — kino sənətinin tarixini, kinematoqrafiyanın xüsusiyyətlərini, kino sənətinin komediya, dram, sənədli film, tarixi film və s. kimi müxtəlif növlərini öyrənən peşədir. Kinoşünaslıq üç yerə bölünür: Kino tarixi, kino tənqidi və kino nəzəriyyəsi. == Tarixi == Kino yarandığı tarixdən (1895) günümüzə qədər istehsal olunmuş filmlərin tarixini öyrənir. == Tənqidi == Filmlərin və film mühitinin təhlili və qiymətləndirilməsidir. == Nəzəriyyəsi == Kinonun mahiyyətini, konseptual əsasını öyrənməyə xidmət edir, digər sənət növləri ilə əlaqəsini, bəhs etdiyi həyat hadisələrini, insanlara təsirini aydınlaşdırır.
Dinşünaslıq
Dinşünaslıq — dinlər haqqında dünyəvi elm. Tarix, sosiologiya, psixologiya, fəlsəfə, filologiya, antropologiya və s. kimi sahələrin nailiyyətlərindən dinlərin araşdırılmasında istifadə edir. Fənlərarası elmlərə aiddir. Dinşünaslıq ilahiyyat deyil, onu araşdıran elm sahəsidir. == Dinşünaslığın predmeti == Dinşünaslıq dinə dünyəvilik yönündən baxışın zəruriliyindən XIX əsrin ikinci yarısında Avropada yaranmışdır. O zaman böyük həcmdə arxeoloji, tarixi, etnoqrafik, linqvistik və s. biliklər əldə edilmişdi, lakin dinlərə ənənəvi olan ehkamçı və ilahiyyat baxışları bu imkanlardan istifadə etməyi çətinləşdirirdi. Buna görə də Avropa alimləri dinlərə bitərəf, ehkamlardan azad baxışlarla yanaşmış, bütün bu imkanlardan istifadə etmişdilər. Onlar üçün din etiqad deyil, yalnız tədqiqat obyekti olmuşdur.