Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arterial hipertenziya
Arterial hipertenziya – arterial təzyiqin (AT) 140/90 mm.c.süt-dan yuxarı qalxmasına deyilir. Arterial hipertenziya birincili və ikincili olur. Birincili arterial hipertenziya – Hipertoniya xəstəliyi ayrıca bir xəstəlik olub əsas və aparıcı əlaməti AT-in qalxmasıdır. İkincili arterial hipertenziya simptomatik hipertoniya adlanır və bu zaman arterial hipertenziya başqa xəstəliklər nəticəsində əmələ gəlir. == Simptomatik hipertoniya (ikincili hipertoniya) == Simptomatik hipertoniyaya aiddir: Böyrək mənşəli hipertenziya – böyrək arteriasının stenozu, aterosklerozu, pielonefrit, qlomerulonefrit, böyrəkdaşı xəstəliyi və s. Endokrin(hormonal) mənşəli hipertenziya – İtsenko – Kuşinq sindromu, feoxromositoma, hiperaldosteronizm, qalxanabənzər vəz xəstəlikləri(zob), hiperparatireoz, oral kontraseptivlərin qəbulu və s. Sinir mənşəli hipertenziya – Neyrosirkulyator distoniya(NSD), kəllə-beyin travmaları və s. == Risk Faktorları == Həyat tərzi ilə bağlı risk faktorları: • Duzlu və yağlı qidaların qəbulu • Qida rasionunda meyvə və tərəvəzlərin az olması və ya olmaması • Alkoqoldan istifadə • Fiziki aktivliyin az olması və ya oturaq həyat tərzi • Həddindən çox stresli həyat tərzi • Tütünçəkmə Həyat tərzi ilə bağlı qeyd olunan risk faktorlarının təsiretmə səviyyəsi insanların harada yaşaması və işləməsi ilə sıx əlaqəlidir. Bundan əlavə ürək xəstəlikləri, insult, böyrək çatışmazlığı və hipertoniyanın digər ağırlaşmalarına səbəb olan bir sıra metabolik risk faktorlarıda mövcuddur. Bunlara aşağıdakılar aiddir: • Şəkərli diabet • Qanda xolesterinin yüksək səviyyəsi • Artıq çəki və piylənmə.
Hipertoniya

Bədxassəli hipertermiya
Bədxassəli hipertermiya, Narkoz-Hypertermiya-Sindromu (lat. maligne Hyperthermie, maligne Hyperpyrexie) nadir rast gəlinən, həyat üçün çox təhlükəli bir hal olub, ümumi anesteziya zamanı bir fəsad kimi özünü büruzə verir. İnhalyasion anestetiklərə və əzələ reaksantı, suksinilxolin preparatına qarşı bir reaksiya olan bədxassəli hipertermiya zamanı sklet əzələlərində oksidləşmə metobolizmi hədsiz artması, oksigenə olan təlabatı artırır, nəticə etibarilə qanda karbon qazının miqdarının kəskin artması bədən hərarətinin kəskin qalxması baş verir. Son halda təcili tədbirlər görülmədikdə orqanizmin kollapsına və ölümünə səbəb olur. == Epidemiologiya və etiologiyası == İnsanların etnik tərkibindən asılı olmayaraq, genetik dispozisiya ilə izah olunur ki, rastgəlmə ehtimalı 1:3000 - 1:10 000 arasındadır. Klinik olaraq 20 000 - 60 000 narkozdan birində hadisəyə rast gəlinir. Genetik dispozisiya - RYR-1 defekti XIX xromosomun (19q13.1) uzun çiynində yerləşir ki, bu da rianodin reseptorunun kodlaşdırılmasına (sarkoplazmatik retikulumun kalsium kanalı) cavabdehlik daşıyır. Bu genin bədxassəli hipertermiya səbəb olan 25 nöqtəvi mutasiyası mövcuddur. == Patogenezi == Təhrikedici faktor külli miqdarda kalsiumun əzələ hüceyrələlərinin sarkoplazmatik retikulumdan xaric olunmasına səbəb olur ki, (RYR-1genin mutasiyası zamanı) bu zaman əzələlə liflərinin möhkəm yığılması baş verir. Nəticədə ATF ehtiyatlarının tükənməsinə səbəb olur.