Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hipotenuz
Hipotenuz (yun. ὑποτείνουσα – dartılmış) — düzbucaqlı üçbucağın düz bucaq qarşısında olan tərəfi adlanır. Hipotenuz üçün aşağıdakı xassə doğrudur (düzbucaqlı üçbucaq üçün Pifaqor teoremi): Hipotenuzun kvadratı katetlərin kvadratları cəminə bərabərdir.
Hipotez
Hipotez ( q.yun. ὑπόθεσις — "əsas", "təxmini fikir") — təxmin edilmə, fikrə gəlmə, təsdiq edilməmiş iddia. Elmdə hipotez anlayışı çox vaxt təbiətin, yaxud ictimai həyat hadisələrinin hər hansı bir sahəsini izah edən fərziyə kimi başa düşülür. Hadisəni izah etmək, onun səbəbini, başqa hadisə və proseslərlə qanunauyğunluq əlaqəsini aşkara çıxarmaqdır. Buna görə də, hipotez əksər hallarda elmin həqiqi müddəalarına zidd gəlməyən, lakin müəyyən hadisələr və prosesləri doğuran səbəb haqqında irəli sürülən, sübut olunmasına ehtiyac duyulan fərziyyə hesab olunur. Bir qayda olaraq hipotezlər bir sıra müşahidə və nümunələrə söykənməli və həqiqətə oxşamalıdırlar. Hipotezlər ya təsdiq edilməli və fakta çevrilməli və ya da rədd edilərək əsassız iddia cərgəsinə keçməlidirlər. Elmi tədqiqatlarda hipotezlər müəyyən sayda müşahidələr, təcrübədən alınan nəticələrə əsaslanan mülahizələrin müəyyən edilməsi deməkdir. İrəli sürülən hipoteziərin yoxlanılması xüsusi eksperimentlərin gedişində həyata keçirilə bilər. Təsdiq edilməmiş və rədd ediməmiş hipotez açıq problem adlanırlar.
Nebulyar hipotez
Nebulyar hipotez (lat. nebula – dumanlıq) — kosmoqonik hipotez. Bu hipotezə görə Günəş sistemi və ya ümumiyyətlə səma cisimləri seyrək dumanlıqdan əmələ gəlmişdir. Bu termin planetlərin közərmiş qaz dumanlığından əmələ gəlməsini fərz edən Laplas hipotezi, müəyyən qədər planetlərin toz dumanlığından əmələ gəldiyini ehtimal edən Kant hipotezi ilə əlaqədar olaraq yaranmışdır. Bu hipotez 1734-cü ildə Emmanuil Svedenborq tərəfindən irəli sürülmüşdür. 1755-ci ildə Svedenborqun işi ilə yaxından tanış olan İmmanuil Kant bu hipotezi inkişaf etdirdi. O, hesab edirdi ki, dumanlıq yavaş-yavaş fırlanaraq sıxılır və cazibə qüvvəsi sayəsində yastılaşır. Zaman keçdikcə isə ondan planetlər və ulduzlar yaranır. Bənzər model 1796-cı ildə Pyer-Simon Laplas tərəfindən təklif olunmuşdur. Əvvəlcə hipotez yalnız Günəş sisteminə aid edilsə də, nəticədə bütün kainata şamil edilməyə başlandı.