Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fonoqraf
Fonoqraf (yun. φωνή — səs və γράφω — yazmaq sözlərindən əmələ gələn söz) — səsin yazılması və dinlənilməsi üçün ilk qurğu. Fonoqraf Tomas Alva Edison tərəfindən icad edilmiş və 1877-ci il noyabrın 21-də ictimaiyyətə təqdim olunmuşdur. Bu, o dövrünün ən heyrətamiz icadlarından biri olmuşdur. Fonoqrafın inkişafı nəticəsində qramofon və patefon meydana gəlmişdir.
Fotoqraf
Fotoqrafiya (fr. photographie q.yun. φως / φωτος — "işıq" və γραφω "yazıram" sözlərindəndir) — işığın köməyi ilə şəkil çəkmək texnikasıdır. Fotokameranın köməyi ilə statik təsvirin işığahəssas materialda (fotolent və ya fotoqrafik matrisa (sensor)) əldə edilməsi və ya yadda saxlanılmasıdır. Fotoqrafiya, fotoşəkil və ya sadəcə şəkil insan tərəfindən baxıla (bu halda aşkarlanan fotolentin kadrı, elektron və ya çap halında olan təsvir hesab edilir) bilən fotoqrafik prosesslərin köməyi ilə əldə edilən yekun təsvirdir. Daha geniş mənada fotoqrafiya — fotoşəklin əldə edilməsi yaradıcılığıdır. Bədii proses kompozisiyanın axtarılması və seçilməsi, işıqlanmanın, çəkiliş anının seçilməsiylə sonlanır. Bütün incəsənət növlərinə xarakterik olan kimi fotoqrafın da bu seçimi bacarığı, şəxsi üstünlüklərindən, zövqü ilə təyin edilir. Həssas materialın işləmə prinsipindən asılı olaraq fotoqrafiya üç böyük altbölümə bölünür: Kimyəvi fotoqrafiya — fotoprosesslərin baş verdiyi fotomateriallara əsaslanır. Rəqəmsal fotoqrafiya — təsvirin əldə edilməsi prosesi kimyəvi reaksiyalar nəticəsində deyil, matrisada yüklərin yerdəyişməsi nəticəsində baş verir.
Loqoqraf
Loqoqraflar (Ynanca logos- söz,nəsr, grapho — yazıram deməkdir) — Qədim Yunanıstanda bu söz altında iki qrup insan nəzərdə tutulurdu: tarixçilər və natiqlər ( Nitq tərtibatçıları). === Tarixçilər === Tarixə dair ilk yazılı əsərlər qədim Yunanıstanda meydana çıxmışdır. "Epos" adı verilən bu əsərlər Loqoqraflar tərəfindən qələmə alınırdı. Bu qəbildən olan tarixi əsərlər hekayəçi, rəvayətçi xarakterli əsərlər idi. Daha sonra öyrədici, praqmatik xarakterli tarixi əsərlər meydana çıxmağa başlamışdı ki, bu cür əsərlərin qələmə alınmasında məqsəd keçmişdə baş vermiş hadisələrdən dərs almaq, oxuyucuya əxlaqi və mənəvi duyğular aşılaya bilmək idi. İlk loqoqraflar e.ə.VI əsrdə yaşamışlar. İki nəsil Loqoqrafları fərqləndirirlər: Böyüklər ( e.ə. VI əsrdən - e.ə. V əsrədək) Miletli Kadm, Miletli Hekatey, Xaron, Skilak və b. Kiçiklər (e.ə.
Hidroqraf adası
Hidroqraf adası — Kara dənizində Nordenşeld arxipelaqı tərkibinə daxil olan adalar qrupu. İnzibati cəhətdən Rusiya Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Coğrafiya == Kara dənizində, arxipelaqın şimalında yerləşən ada. Heç bir qrupa daxil deyildir. Ruskiy adasının cənub-şərqində yerləşir. Ada arasında məsafə 10 metrlərə bərabərdir. Adalar qarasında qumlu say vardır. Görünür adalar əvvəllər bir olmuşdur. Adadan 2 km-dən bir qədər artıq məsafədə Şileyko adası, 4,5 km cənubda isə — Yermolov adası yeerləşir. Ətrafında çixlu kiçik adalara vardır.
Platon (fotoqraf)
Platon (tam adı: Platon Antoniou; 20 aprel 1968, London) — Britaniya fotoqrafı.
Hüseyn Bağırov (fotoqraf)
Hüseyn Hüseynzadə (fotoqraf)
Hüseyn Hüseynzadə (11 yanvar 1935 – 13 iyul 2019) — Azərbaycan fotojurnalisti. == Həyatı == 11 yanvar 1935-ci ildə anadan olub. Neft-kimya İnstitutunu bitirib. Foto sənətinə "Vışka" qəzetindən başlamışdır. "Kommunist", "Pionerskaya Pravda", "Komsomolskaya pravda" adlı qəzetlərdə fəaliyyətinə davam edib. "Neft gəldi" və "Qazma ustası Faiq Əliyev" adlı fotoşəkilləri 1964-cü ildə keçirilən ümumittifaq sərgidə 1-ci dərəcəli diploma layiq görülmüşdür. Hüseyn Hüseynzadənin təşəbbüsü ilə ilk dəfə milli foto tarixində "Azərbaycanın kulinariya ensiklopediyası" yaranmışdır. Professor Hüseynzadə 60-dan çox kitabın müəllifidir. Foto sənətində qazandığı nəaliyyətlər – "Press Foto-62" beynəlxalq sərgi mükafatı, Azərbaycanın "Qızıl qələm" Jurnalistlərinin İttifaqı (1967), Berlində "İnterpresfoto" sərgilərinin mükafatı. Hüseyn Hüseynzadənin təşəbbüsü ilə ilk dəfə milli foto tarixində "Azərbaycanın kulinariya ensiklopediyası" yaranıb.
Kamal Babayev (fotoqraf)
Babayev Kamal Həbib oğlu (3 iyun 1927, Bakı – 4 yanvar 2022) — azərbaycanlı fotoqraf; Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Fotoqraflar Birliyinin üzvü. == Həyatı == Kamal Babayev 3 iyun 1927-ci il Bakıda anadan olub. 1953-cü ildən "Pioner" jurnalında fotomüxbir kimi fəaliyyət göstərib. Həmin ildən Azərbaycan Dövlət İncəsənət Muzeyində ştatdankənar çalışıb, 1959-cu ildən bu muzeyin əməkdaşı olub və 2022 ilə kimi muzeyin fotoqrafı kimi işləyib. XX əsrin 50-ci illərdə "Gənc texniklər" mərkəzində fotoqrafiya dərnəklərini aparır və bu vaxt foto həvəskarları üçün azərbaycan dilində dörd kitabça-vəsait çapdan çıxır. Sonrakı illərdə müxtəlif qəzet və jurnallarla əməkdaşlıq edərək Azərbaycanın keçmişi, memarlıq abidələri, incəsənəti ilə tanış edib. 1962-ci ildə mətbuatda fəal iştirak etdiyinə görə Fəxri fərmana layiq görülür. 1986-cı ildə İsveçdə keçirilmiş fotomüsabiqədə diplomla mükafatlanır. 1987-ci ildə SSRİ-də çıxan "Elm və həyat" ("Nauka i jizn") jurnalının mükafatını alır – 3-cü yer tutaraq "Kiyev" fotoaparatı ilə hədiyyələnir. Həmən jurnalda 3 məqaləsi dərc olunur.