Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Honduras
Honduras — Mərkəzi Amerikada yerləşən dövlət. Paytaxtı Tequsiqalpa şəhəridir. 1880-ci ilə qədər paytaxt Komayaqua şəhəri olmuşdur. == Adın etimologiyası == Hondurasın adının mənası barədə bir neçə təsdiqlənməyən ehtimal mövcuddur. Bir versiyaya əsasən 1502-ci ildə bu ərazilərə səfər edən Xristofor Kolumb dəhşətli tufana düşmüş, oradan salamat çıxdıqda isə "Allaha şükür olsun ki, biz bu dərinlikdən xilas olduq" (ispancası "Qrasias a Dios que hemos salido de estas honduras") sözlərini demişdir. Həmin ərazinin yaxınlığında olan burun Qraisios a Dios, ölkə isə Honduras adını almışdır. Hondurasın Qrasios a Dios burnundan qərbdə yerləşən ərazi kimi adı ilk dəfə 1607-ci ildə çəkilmişdir. == Tarix == == Fiziki-coğrafi xarakteristika == Hondurasın şimal sahili Karib dənizi ilə həmsərhəddir və Sakit Okeana Fonseca körfəzindən keçir. Şimalda Qvatemala, qərbdə Salvador, cənubda Nikaraqua dövlətləri ilə həmsərhəddir. Honduras əsasən dağlardan ibarətdir, sahillər boyunca dar düzənliklər var.
Honduras Respublikası

Honduras bayrağı
Honduras bayrağı — Hondurasın Dövlət bayrağı == Mənası == Mavi zolaqlardan biri Atlantik okeanı, digəri isə Sakit okean ilə əlaqəlidir.
Honduras lempirası
Honduras lempirası — 100 sentavoya bərabər olan Hondurasın pul vahididir. 1926-cı ildə mübadilədə daha əvvəl gümüş peso kimi istifadə edilən pul vahidini əvəz etmişdir. 1946-cı ildə Beynəlxalq Valyuta Fondundan məlumata görə, lempiradakı qızılın çəkisi 0,444335 qrama bərabərdir. == Adının mənşəyi == Pul vahidi öz adını hindilərin rəhbəri olan Lempiranın (1497–1537) adından götürmüşdür. Lempira 1536-cı ildə hindilər üçün müvəffəqiyyətsizliklə başa çatan ispan müstəmləkəçilərinə qarşı müharibəni açıq elan etdi. Lempira sui-qəsd nəticəsində öldürüldü və onun dəstəsi darmadağın edildi. == Tarixi == Bir lempiraya bərabər sikkələr 1931–1937-ci illər aralığında 900 əyarlı gümüşdən kəsilirdi. 1974-cü ildən sikkələr, 1 və 5 nominallı lempiralar mislə örtülmüş bürüncdən, latun ilə örtülmüş poladdan kəsilirdi. == Mübadiləsi və saxlanması == Mübadilədə 1, 2, 5, 10, 20, 50 sentavoluq sikkələrdən və 1, 2, 5, 10, 20, 50, 100 və 500 lempiralıq əsginaslardan istifadə olunur. 20 lempiralıq əsginaslar 2008-ci ildə polimerdən istehsal edilmişdir.
Azərbaycan–Honduras münasibətləri
Azərbaycan–Honduras münasibətləri — Azərbaycan Respublikası ilə Honduras Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ilin dekabr ayının 22-də qurulmuşdur. Hələlik iki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmamışdır. Lakin iqamətgahı başqa ölkədə olmaqla Azərbaycan Respublikasının Honduras Respublikasında fövqəladə və səlahiyyətli səfiri var. Belə ki, Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfiri, həmçinin Honduras Respublikasına da akkreditə olunmuşdur. == İqtisadi əlaqələr == === Ticarət === 2015-ci ildə Hondurasdan Azərbaycana idxal 2,7 min ABŞ dolları məbləğində olmuş, ixrac əməliyyatları isə qeydə alınmamışdır. == Müqavilə-hüquq bazası == Azərbaycan Respublikası ilə Honduras Respublikası arasında cəmi 1 sənəd imzalanmışdır.
Azərbaycan–Honduras futbol matçları
== Kişilər == === Əsas milli komanda === 02.06.2010 ?
Honduras milli futbol komandası
== Tarixi == == Uğurları == FİFA Dünya Kuboku 2010-da iştirak etmişdir.
Azərbaycan-Honduras futbol matçlarının siyahısı
== Kişilər == === Əsas milli komanda === 02.06.2010 ?